2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

- 24 -
 
 
zoobaytar mütəxəssislərinin  və arıçıların diqqətindən yayınmamalıdır.
 
Bölgəmizdə  yayılma  ehtimalı  olan  arı    xəstəliklərinin  vaxtında  aşkarlanması,  yaranma 
səbəblərinin aydınlaşdırılması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməsi hər il minlərlə arı 
ailəsinin  məhv  olmasının  qarşısını  alır.  Nəticədə  ailələrdə  məhsuldarlıq  aşağı  düşmür  və  arıçılıq 
gəlirli  bir  sahəyə  çevrilir.  Arıçının  zəhməti  hədər  getmir.  Lakin  xəstəliklərə  görə  profilaktik 
tədbirlər  vaxtında    aparılmazsa  təsərrüfatda  məhsuldarlıq  aşağı  düşər  və  arıların  kütləvi  tələfatına 
səbəb olar. Belə  xəstəliklərdən biri də Arıların Kolibakteriozudur 
 Arıların  kolibakteriozu  –  yaşlı  arıların  infeksion  xəstəliyi  olub,  bağırsaqların  zədələnməsi,  
uçma qabiliyyətinin itməsi, ailənin zəifləməsi bəzən də bütöv bir ailənin tələf olması ilə nəticələnir. 
Tarixi  məlumat.   Xəstəliyin törədicisi olan patogen bağırsaq çöpü bakteriyaları 1893-cü ildə  
K.A.  İensen  tərəfindən  xəstə  uşağın  kalında  tapılmışdır.    Kolibakterioz  bütün  növ    heyvanların 
cavan nəslində, xüsusən də    baytar-sanitar vəziyyəti qeyri  –  qənaətbəxş  olan təsərrüfatlarda qeydə 
alınır.  Kolibakteriozun  müxtəlif  heyvan  növləri  üçün  patogen  qrupları  müəyyən  edilib.  Son 
dövrlərdə bu xəstəliyə  arılar arasında təsadüf edilməsi varroa  gənəsinin yayılması ilə əlaqədardir.  
Bu  gənələr  arıların  rezistentliyini  zəiflədir,  və  hətta  xəstəliyin  törədicisini  yoluxdura  bilir. 
Kolibakteriozdan  dəyən    iqtisadi  zərər    arıların  kütləvi  tələf  olması  və  xəstəliyin  ləvğ  edilməsinə 
çəkilən xərc ilə ölçülür. 
Törədicisi.  Enteorobaktericeae    fəsiləsinin    Escherichia    cinsinə  daxil  olan  Escherichia    coli 
balıq,  quş,    məməli  heyvanlar,    cücələr  və  insanın  bağırsağının  daimi  sakinləridir.  Xəstəliyə 
Escherichia    coli-nin  invazion  və  toksigen  xassəyə  malik  ayrıca  patogen  tipləri  törədir.  Morfoloji 
göstəricilərinə görə E.  Coli  hərəkətli, qram mənfi, ucları əyilmiş, 1-3;  0,3- 0,6 mkm ölçüdə, spor 
əmələ gətirməyən, bəzi serotipləri  kapsulalı bakteriyalardır. Eşerixalar seçici qida mühitində  Endo 
və Levində  37-38
0
c temperaturada, 7,0 -7,4 pH-da yaxşı inkişaf edir. 
Qidalı  mühitə  əkdikdən  24  saat  sonra  sulu,  dairəvi,  bərabər  kənarlı,  saya  səthli  ağ-boz 
koloniyalar görünür.  Əkmədə intensiv bulanma, az miqdarda çökmə olur və çalxaladıqda dağılar.  
Endo    mühitində  xarakter  tünd-  albalı  rəngində    metal  parıltılı  yaxud  qırmızı  -moruğu  rəngli, 
qızılgül    haşiyəli  koloniyalar  əmələ  gəlir.  Levin  mühitində    tünd-bənövşəyi,  yaxud  qara  koloniya 
yaranır. 
         Patogen eşerixiyalar 3 növ antigenə  malikdir. 
         -- O (somatik) antigen: törədicinin seroloji spesifikliyini, toksikliyini, və immunogen                                                                                                      
             xassəsini yaradır; 
         --  K  antigen:  yarım şəkərli təbiətə malik olub, nekroz yaratmaq xassəsinə malik            
              Olmaqla, eritrositlərin hemolizini yaradır. 
        --  H antigen:  seroloji xüsusiyyətlə xarakterizə olunur. 
         Xəstəliyin  törədicisi  ətraf  mühitə  kifayət  qədər    dözümlüdür.    Torpaqda  və  nəcisdə    11  aya, 
suda 300 günə , balda  4-20

C- də  7 günə qədər qalır.  60
0
 C-ə  qədər qızdırdıqda  10 dəqiqəyə, 
100
0  
C-də  isə həmin an ölür. Bakteriyalar dezinfeksiyaedici  maddələrin  təsirindən ( xlorlu əhəng,  
natrium əsası, formaldehid,  karbol turşusu) tez dağılır.  
 
            
Epizootoloji    göstəriciləri.  Kolibakteriozla  yalnız  yaşlı  arılar  xəstələnir.  İnfeksiya  mənbəyi 
patogen eşerixiyalari nəcislə ətrafa ifraz edən xəstələnmiş arılar hesab olunur. Xəstəlik törədicisini 
bir arıdan başqasına varroa gənələri də ötürür. Arıxana əhatəsində xəstəlik həmçinin azmış və oğru 
arılar vasitəsilə də yayıla bilir. Törədicinin ötürülmə amili xəstə arı nəcisi ilə çirklənən su, yem, şan, 
çərçivə, həmçinin arıçılıqda istifadə edilən avadanlıq da ola bilər. 
Arıxanada kolibakterioz qışlamanın sonunda, yaxud yazda özünü göstərərək arıların rezistentliyinin 
kəskin aşağı düşməsinə  və törədicinin qeyri-sağlam pətəklərdə  əhəmiyyətli dərəcədə toplanmasına 
səbəb olur. Xəstəliyin inkişaf və  yayılmasına pətəyin soyuması,  yem çatışmazlığı, ailələrin zəifliyi 
geniş  şərait  yaradır.  Xəstəliyin  kəskin  gedişli  formasında  hətta  bütün  ailənin  tələf  olması 
mümkündür. 
Patogenezi.  Xəstəliyin  törədicisi  yem,  yaxud  su  ilə  bağırsağa  düşərək  artıb  çoxalır, 
hemolimfaya keçir, sepsis və ağır intoksikasiya yaradaraq arını öldürür. 
Klinik əlamətləri. Qışın sonunda arılar sürünərək pətəkdən çıxır, çox zəif, şişkin qarıncıqla görünür 
və uça bilmirlər . Xəstə arılar bir çoxu ölür, şan çərçivələrinin altında, həmçinin uçuş bacasına yaxın 


- 25 -
 
 
yerdə toplanırlar, xoşa gəlməyən iyli arı ifrazatı ilə çirklənir. Ölmüş arıları yardıqda bağırsaqlarında 
bozumtul-ağ rəngdə nekrotik zədələnmələr görünür. 
Diaqnozu.Xəstəliyin  diaqnozu  Klinik  əlamətlərinə  ,törədicinin  təmiz  kulturasının    ayrılması  və 
fərqləndirilməsini  yerinə  yetirən  laboratoriya  müayinələrinin  nəticələrinə  əsaslanır.  Laborator 
diaqnostikası  bakterioloji  və  bioloji  müayinələri  ,ayrılmış  eşerixa  kulturasının  antibotik  və 
sulfanilamid  preparatlarına  həssaslığının  təyin  edilməsini  özündə  birləşdirir.  Müayinə  üçün 
laboratoriyaya ikiqat tənziflə örtülmüş şüşə bankada ən azı 50 ölmüş arı göndərilir. 
Profilaktika  və  mübarizə  tədbirləri.  Kolibakterioza  görə  qeyri-sağlam  arıxanada  arılara  müvafiq 
qulluq  və  saxlama  şəraiti  yaradılmalı,  arıxana  quru  ,küləkdən  qorunan  ,heyvandarlıq  binalarından 
uzaq və  su axarı olmayan  yerdə  yerləşdirilməlidir. Ailəni  xüsusən payızda və  yazda  yaxşı  isitmək 
lazımdır. Qışda pətəkdə nəmişliyin yaranmasına yol verilməməlidir. Yuvanı qışlamaya hazırladıqda 
arılar lazımi miqdarda yalnız yaxşı keyfiyyətli möhürlü bal ilə ,yaxud şəkər şərbəti ilə təmin etmək 
lazımdır.  Arı  ailəsinə  törədicini  keçirən  varroa  gənəsinin  məhv  edilməsi  ilə  əlaqədar  olan  tədbirə 
xüsusi diqqət edilməlidir. 
Arıxanada  yalnız  güclü  ailələr  saxlanılmalı  ,arılara  bütün  il  boyu  düzgün  qulluq  edilməli, 
eşerixiyaların uzun müddət pətəkdə qalmasının qarşısının alınması məqsədilə tədbirlər görülməlidir. 
Arı yuvalarını xəstəlik törədicidən təmizlənməsi istiqamətində sanitar tədbirlərin aparılması yalnız 
xəstəliyin miqdarının azalmasına  yox , eyni zamanda arıxanada xəstəliyin tam ləvğ edilməsinə də 
imkan  verir.  Arıların  qişlamaya  hazırlanmasında  payız  dezinfeksiyasının  aparılması  da 
kolibakteriozla mübarizədə səmərəli nəticə verir. 
Yazda arılar aktiv fəaliyyətə başladıqdan sonra bütün qeyri-sağlam ailələr  3%-li isti (70
0
C) 
natrium qələvisi ilə  2 saat  ,yaxud tərkibində  3%-li formaldehid  və 3%-li natrium qələvisi olan isti 
(30
0
C)  məhlul  qarışığında  3  saat  dezinfeksiya  edilmiş  isti  ,quru  pətəklərə  köçürülür.  Pətəklərin 
səthləri  dezinfeksiyadan  əvvəl    su  ilə  yuyulur  və  qurudulur.  Arı  nəcisi  ilə  çirklənmiş  şanların  
mumları əridilir. Xüsusi geyim ,dəsmal , üz örtüyü suda 10 dəqiqə qaynadılır, yaxud 1%-li xloramin 
məhlulunda 4 saat ,ya da 2%-li formaldehiddə 2 saat saxlanılır. Xəstəlik ləvğ edildikdən 1 il sonra 
son yoxlamalar aparıldıqda arıxana kolibakterioza görə sağlam hesab edilir. 
Müalicəsi.Törədicinin  antibiotik  və  sulfanilamid  preparatlarına  həssaslığını  müəyyənləşdirdikdən 
sonra həmin preparatların qarışdırıldığı müalicə yemi ilə xəstə arı ailələrinə verilir.Müxtəlif preparat 
qarışıqlarının istifadə edilməsi daha səmərəli nəticə verir. 
-
 
levimisetin 0,1q + neomitsin 100000 TV; 
-
 
biomitsin 0,2q +oksitetrasiklin  400 000 TV 
-
 
norsulfazol natrium 1-2 q +kanamitsin 400 000 TV 
Antibiotiklərin  şərbətlə  istifadəsi  də  yüksək  nəticə  verir:  neomitsin,  tetrasiklin,  eritromitsin, 
kanamitsin, monomitsin- 400 000 TV, streptomitsin – 500 000 TV, tetrasiklin, yaxud xlortetrasiklin 
300 000 TV 1l şərbətə qatılmaqlatətbiq edilir. Əvvəlcə müalicə preparatının sulu məhlulu hazırlanır, 
sonra  1l    isti  şərbətlə  qarışdırılır  və  hər  pətəyə  100-150  ml  hesabı  ilə  5-7  gündən  bir,  arıları  tam 
sağalana qədər verilir. 
 
ƏDƏBİYYAT 
     
1.Bal arılarının xəstəlikləri və zərərvericiləri. Saleh Məhərrəmov, Elsevər  Əsədov,  Həbib 
Hüseynov, Əli Tahirov, Yunis Rüstəmli.  
2. Qulam Hüseynli. Arı xəstəlikləri və onlarla mübarizə. Bakı 1999. 
 
ABSTRACT 
Vali Novruzov 
 
This topic found wide reflection mixing on the spread, treatment and prevention of the pathogen of 
infectious diseases colibacillosis bees. In our region, the likelihood of the spread of infectious bee 
diseases  and  timely  dealing  with  them  to  prevent  the  deaths  of  thousands  of  bee  colonies.  As  a 
result, the families, the productivity falls and beekeeping becomes profitable field. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə