2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

- 22 -
 
 
РЕЗЮМЕ 
 
Махир Магеррамов 
Акиф Байрамов 
 
ВРАГИ МЕДОНОСНЫХ ПЧЁЛ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ 
РЕСПУБЛИКЕ И МЕРЫ БОРЬБЫ С НИМИ 
 
  В  статье  приведены  сообщения  о  биоэкологических  особенностей  некоторых  видов 
беспозвоночных  и  позвоночных  животных,  вредящих  медоносным  пчелам  в  автономной 
республике,
  а  также  о  мерах  для  эффективной  борьбы  с  ними
. Установлено, что Philanthus 
triangulum из семейства Crabronidae перепончатокрылых,  целый ряд видов, принадлежащий 
подсемействам  Eumeninae,  Masarinae,  Polistinae  и  Vespinae  семейства  Vespidae,  особенно 
Vespa  orientalis  и  большинство  видов  семейства  Formicidae  причиняют  серьёзный  ущерб 
медоносным  пчелам.  В  статье  также  обсуждены  соображения  о  вреде  пчеловодству 
богомолов, стрекоз, уховерток, пауков, ктырных мух и зеленой щурки. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  


- 23 -
 
 
VƏLİ NOVRUZOV 
Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı 
Velinovruzov 65@mail.ru 
 
ARILARIN KOLİBAKTERİOZ  XƏSTƏLİYİ VƏ ONA QARSI  
MÜBARİZƏ TƏDBİRLƏRİ 
 
           
Açar sözlər: Arıçılıq, kolibakterioz, xəstəlik törədicisi,  profilaktika, xəstə arı, ekoloji mühit. 
           
Key words:   Honey, bees, environment, prevention of disease vectors, ill, kolibakteriozno. 
           
Ключевые  слова: Пчеловодство, колибактериоз, возбудителем болезни, больной 
пчела, екологическая среда. 
         Azərbaycanın  ən  qədim  diyarlarından  olan  Naxçıvan  Muxtar  Respublikasının  coğrafi 
mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq 
örtüyü,  bu  ərazidə  qədim  zamanlardan  insanlar  tərəfindən  bir  sıra  təsərrüfat  sahələrinin  meydana 
gəlməsinə və inkişafına səbəb olmuşdur. Bu təsərrüfat sahələrindən biri də xalqımızın təsərrüfat və 
məişət  həyatında  başlıca  yerlərdən  birini  tutmuş  arıçılıqdır.  Müstəqillik  qazanıldıqdan  sonra  şəxsi 
təsərrüfatlarda  olan  arı  ailələri  getdikcə  artırılmış,  təsərrüfatın  bu  sahəsi  ilə  məşğul  olan  adamlar 
dədə-baba qaydalarını heç vaxt unutmamış və arıçılığı inkişaf etdirərək bu günə qədər yaşatmışlar. 
Arıçılıq  hal-hazırda  təkcə  insan  üçün  bal  verən  bir  təsərrüfat  sahəsi  deyildir.  Elmin  və  təbabətin 
yüksələn  inkişafı  arıların  bir  sıra  tibbi  və  təsərrüfat  əhəmiyyətli  məhsullar  hazırladığını  müəyyən 
etmiş və arıçılıq farmakologiya sənayesini xammalla təmin edən bir sahəyə çevrilmişdir. Təbiətin 
möcüzəsi olan bu kiçik varlıqlar bal, mum, vərəmum, güləm, arı südü, arı zəhəri kimi çox dəyərli 
məhsullar  hazırlamaqla  yanaşı  entomofil  bitkiləri  tozlandıraraq  onların  məhsuldarlığını  artırır.  Bu 
baxımdan da arıçılığın inkişafı diqqət mərkəzindədir. Naxçıvanda arıçılığın inkişaf etdirilməsi üçün 
geniş  imkanlar  yaradılmış,  yerli  şəraitdə  arı  ailələrinin  və  onlardan  əldə  olunan  əmtəəlik 
məhsulların  miqdarı  artaraq  bütün  dövrlərlə  müqayisədə  ən  yüksək  həddə  çatdırılmışdır.  Bu  günə 
qədər  arıların  bir  çox  xəstəlikləri,  onların  törədiciləri,  xəstəliklərə  qarşı  mübarizə  tədbirləri 
müəyyən edilmişdir.                           
 Bu baxımdan Bal arıları cəmiyyət halında yaşayan, ailədə çox ciddi iş bölgüsü həyata keçirən 
canlılar  olub,  yaşayış  yerlərini  hər  zaman  təmiz,  daim  havası  dəyişdirilən,  xəstəliklərdən  qorunan 
halda  saxlanılır.  Amma  buna  baxmayaraq  arılarının  çoxlu  düşmənləri  və  xəstəliktörədiciləri 
mövcuddur. Bal arısının infeksion, invazion və yoluxmayan xəstəlikləri, zərərvericiləri,  yırtıcıları, 
arıxanada    vaxtında  aparılmayan  baytarlıq-sanitariya  tədbirləri,  mühit  və.  s  arıların  təlafatına  və 
məhsuldarlığının aşağı düşməsinə təsir edən başlıca  faktorlar hesab olunurlar. Bal arısını qorumaq 
və  arıçılığı  inkişaf  etdirmək  üçün  dünya  miqyasında  ciddi  tədbirlər  görülür.  Təsadüfü  deyil  ki. 
Arıçılığın inkişafı ilə bağlı proqramlar BMT-nın bir neçə layihəsinə daxil edilmişdir. 
 Ölkəmizdə bu sahənin  inkişafını təmin etmək üçün 2009-cu ildə  “Arıçılıq  haqqında qanun” 
qəbul  edilmişdir.  Arıçılığın  inkişaf  etdirilməsi  “2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”na  daxil 
edilmişdir. 
Muxtar Respublika Ali Məclisinin  Sədrinin sərəncamı ilə 18 noyabr 2016-cı il tarixdə “2017-
2022-ci   illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın  inkişafı üzrə  Dövlət  Proqramı” qəbul 
edilmişdir. 
 Naxçıvan  Muxtar  Respublikasında  arıçılığın  inkişafının  dövlət  proqramında  öz  əksini 
tapması, bu sahədə həyata keçirilən kompleks tədbirlər damazlıq işinin  yaxşılaşdırılması, yerli arı 
cinslərinin  və  populyasiyalarının  qorunub  saxlanması  və  təkmilləşdirilməsi,  yeni  cinslərin 
yetişdirilməsi üçün əlverişli mühitin formalaşdırılması son nəticədə arıçılıq məhsulları istehsalının 
artırılmasına səbəb olmuşdur. 
Muxtar Respublikada aparılan aqrar islahatlardan  əvvəl ictimai və fərdi təsərrüfatlarda cəmi 
6045 arı ailəsi olmuşdur. Göstərilən dövlət qayğısının nəticəsidir ki, 01 yanvar 2017-ci il tarixə  arı 
ailələrinin sayı 70537-ə   çatdırılmış və ötən il  1403 ton bal istehsal edilmişdir.  
Arı  ailələrinin  artımı  baş  verə  biləcək  xəstəliklərin    inkişafına  şərait  yaratdığından,  bu  sahə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə