- 40 -
tənəffüs orqanları, zədələnmiş xarici örtük vasitəsi ilə orqanizminə daxil olur.Zədələnmiş xarici
örtükdən varroa gənəsi ilə yoluxması dahada təhlukəlidir.Q.İ.İqnateva 1983 septisemiya ilə
xəstələnmiş arı ailəsindən topladığı 560 varroa yakobsoni gənəsini müayinə etdikdə 186 nümunədə
32,8% törədicinin olduğunu müəyyənləşdirmişdir.Varroa gənəsi septisemiya törədicisinin sahibi
olmaqla mikrobları sağlam arılara keçirir.
Törədici gənə və başqa parazitlə arı orqanizminin kutikulasına, traxeyasına, həmçinin
bağırsağına keçir.Hemolimfada çoxalaraq müxtəlif orqanlara düşür. Keyfiyyətsiz yem, beçə vermə,
dövrü mum istehsalının güclənməsi, arıxananın nəm yerdə yerləşdirilməsi və digər amillər
törədicinin arı orqanizmində inkişafına şərait yaradır.
Xəstəlik kəskin və xroniki gedişlidir. Xronoki halda arı ölümü az olur. Xəstəliyə bütün arı
cinsləri müxtəlif yaşda olan işçi, ana və erkək arıları yoluxur.Xəstələnmiş arılar əvvəlcə narahat
olur, yemdən imtina edir, zəifləyir və döş əzələləri ağır zədələndiyindən uçma qabiliyyətini
itirirlər.Arılar pətəkdən sürünərək çıxır,qanadlarını çırpır, qıcolma, qarıncığın titrəyici yığılması,
ətrafların, xortumun əsməsi əlamətləri ilə ölürlər. Xəstə arıların hemolimfası mikrobun artıb-
çoxalması ilə əlaqədar parlaq-çəhrayı rəngini itirərək ağımtıl olur.Ölmüş arının baş və qarıncığını
ayırıb, döşünü barmaqla sıxdıqda hemolimfa damcısı bayıra axır.Törədici əzələlərdə olduqda bu
orqanları əhəmiyyətli dərəcədə dəyişir. Döş əzələləri əvvəlcə bulanıq-boz, sonra çəhrayı və qara
rəng alır.Əzələ quruluşu pozularaq yumaq kütləsinə çevrilir.Arı cəmdəyinə toxunduqda o ayrı –ayrı
seqmentlərə parçalanır.Ətraf mühitin temperatur və rütubətdən asılı olaraq cəsəd bəzən öz-özünə
dağılır.Törədicisinin hemolimfasında və həzm traktında inkişafı həzm prosesinin pozulmasına səbəb
olur.Xəstə arılarda diareya müşahidə olunur.Ölmüş arılardan pis qoxu gəlir, yaz fəslində daha çox
olur. Septisemiya xəstəliyi təsərrüfatlara ciddi iqtisadi ziyan vurur.Bu xəstəliyə Masallı, Ağdaş,
Kürdəmir, Lənkəran, Ağsu rayonlarında rast gəlindi.Bu xəstəliyin“Kənd təsərrüfatı heyvanlarının
infeksion xəstəliləri şöbəsi “ndə müayinə işi aparılmışdır.
TƏDQİQATIN MATERİAL VƏ METODLARI
Canlı, xəstə ölmüş arının döş əzələlərindən, bağırsağından, hemolimfa (qan limfası) və arı
zəhərindən, həmçinin açıq və örtülü qovuq sürfələrindən (işçi və erkək arı sürfələrindən) steril su
əlavə etməklə suspenziya hazırlanmışdır.Həmin suspenziyadan ƏPA, ƏPB, Endo, Vismut sulfata
əkilir.37°C-də 24-48 saat müddətinə termostata qoyulur. ƏPA, ƏPB, Vismut sulfatda yaşılımtıl
yapışqanvari kütlə əmələ gəlir. Yaşılımtıl rəng bu mikrobun xarakterik rəngidir.Endo qida
mühütində koloniyalar çəhrayı rəngdə olur.
Klinik əlamətlərə, mikroskopik, bakterioloji müayinələrə (törədicinin ayrılmasına),
antibiotiklərə həsaslığına görə yoxlamaqla diaqnoz qoyulur. Sodaçov üsulu ilə də bu xəstəliyə
diaqnoz qoyulur. Xəstəliyin diaqnostikasında diaqnostik serumlardan damcı aqlyutinasiya
reaksiyasından istifadə etmişik.
Müalicədə gentametsindən, neometsindən,eritrometsindən antibiotiklərindən, bee Agra,
polivit, bio bee dərmanlarından istifadə olunur.
Mübarizə
tədbirləri. Pətəklər mexaniki təmizlənir.Xəstə arı ailələri dezinfeksiya edilmiş pətəklərə
köçürülür.Dezinfeksiya edici kimi 1-3% li hidrogen peroksid, 0,5% -li qarışqa turşusu tətbiq edilir.
Hal-hazırda yuxarıda göstərilən xəstəliyə qarşı dezinfeksiya məqsədilə natrium hipoxlorit maddəsi
sınaqdan keçirilir.
ABSTRACT
Ağanisə Safarova
Avtandil Yusifov
EPİZOOTOLOJİ STUATİON STATE OF THE SEPTİSEMİYA İLLNESS İN
AZERBAİJAN İN THE BEES AND İMPROVE OF THE MEASURES CEREMONİES OF
FİGHT
It damages the infectious illnesses to apiculture economy farm seriously. This diminishes
decreases quantity of the harvests products of honey and some bee from the illness. Preventive
measures are implemented of the infectious illnesses for to prevent. Illness rainy when this passes
- 41 -
and plants given honey happen when summer is not enoygh. When septisemiya happens is changed
and dry place of the apiaries the illness, it is moved to the sunny place Measures of cure,
prophylaxis, disinfection arecarried.
РЕЗЮMЕ
Аjтандиу Сафарова
Автaндил Юсифов
ЭПИЗООТИЧЕСКАЯ МЕРЫ БОРЬБЫ С БОЗНЯМИ И УЛУЧШЕНИЕ
ПОЛОЖЕНИЯ СЕПТИЦЕМИИ ПЧЕЛ.
Инфекционные заболевания вызывают серьёзный ущерб пчеловодству ферм. Это
заболевание уменьшает количество меда и продукты пчеловодства. Необходимо
профилактические меры по предотвращению инфекционных заболеваний. Заболевание
возникает, когда летом появляются дождливые погоды и нарушаются и кормления пчел.
Лечение,профилактика,Bедетсядезинфекция.
Dostları ilə paylaş: |