2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

- 36 -
 
 
Xəstəlik  ən  çox  istixanalarda  yerləşən    arıçılıq  təsərrüfatlarında  rast  gəlinir,  burda  olan 
yüksək temperatur və rütubət xəstəliyin sürətlə inkişaf etməsinə şərait yaratdığından burda saxlanan 
arı ailələri zəifləməyə başlayır.        
Zəifləmiş  arı  ailələrinə  müxtəlif  antibiotiklərin  verilməsi  onların  orqanizmində  maddələr 
mübadiləsinin  pozulmasına  səbəb  olur.  Arı  ailələrinə  quzqulaq  turşusu  məhlulunun  verilməsi 
onların  askoferozla  yoluxma  intensivliyini  artırır.  Arılar  askoferozla  bədən  səthi  və  ya  qida 
vasitəsilə  yoluxur.  Bədən  səthi  ilə  yoluxma  zamanı  sürfələrin  bədənində  spordan  çıxan  mitseli 
kutukulanı  deşib  keçir.  Qida  vasitəsilə  yoluxma  zamanı  isə  sporlar  bağırsağın  epiteli  qatını  deşib 
bədən boşluğuna daxil olur. Nəticədə epitelinin sitoplazma və nüvəsi zədələnir, enositin və bədəndə 
olan yağ təbəqəsinin pozulması baş verir. Xüsusən sürfələrin bədənində enositlərin artımı müşahidə 
olunur. Yağ hüceyrələrində nüvənin  zədələnməsi  nəticəsində nekrobioz prosesi  başlayır. Nəticədə 
malpigi  borularında  hipertrofiya  gedir.  Sonralar  mitselilər  bütün  toxumaları  zədələyir,  sürfələrin 
bədən səthi boyu sürətlə çoxalmağa başlayır. Sürfə quruyub ağımtıl rəngli bərkimiş kütləyə çevrilir. 
Kütləvi  məhv  olma  prosesi  beçə  vermə  dövrünün  başlaması  zamanı  pupun  əmələ  gəlməsi  və 
sürfənin son qabıq dəyişməsi zamanı baş verir. İlkin yoluxma zamanı sürfələr ağımtıl-sarı rəng alır, 
sonra  parıltılı yumşaq kütləyə çevrilir. Sonralar göbələyin ağ mitselisi ilə tam örtülüb pətəyin digər 
hissələrinə  yayılır.  Sürfələrin  mumiyası  bərkiyib  kiçilir.  Əgər  arı  pətəyinə  göbələyin  ancaq  erkək 
mitselisi  düşərsə  bu  zaman    sürfənin  bədəni  ağımtıl-sarı  rəng  almır.  Yoluxma  əsasən  pətəyin  yan 
tərəflərindən başlayır, çünki burda rütubət və temperatur əlverişli olur. Parazit üçün əlverişli rütubət 
və temperatur şəraitində arı ailəsinin 60-70 % məhv olur. Yeşiyin dibində ölmüş sürfələr toplanır ki, 
bu arı ailəsinin tam zəifləməsinə gətirib çıxarır.      
Diaqnoz    qoyulan  zaman  xəstəliyin  epizootologiyasına  xüsusi  diqqət  verilməlidir.  
Xəstəliyin kliniki əlamətləri və patoloji-morfoloji əlamətləri araşdırılmalıdır. Etibarlı diaqnoz ancaq 
ölmüş  sürfələrin  mikroskopik  tədqiqindən  sonra  qoyula  bilər.  Bunun  üçün  ölmüş  sürfələr  çox  da 
köhnə olmamalıdır. Könhə sürfələrdə spor kürələri yaxşı vəziyyətdə qalmır.  
Profilaktika – arı ailələrində yoluxmanın qarşısını almaq üçün onları quru,  
küləkdən yaxşı qorunan yerlərdə  saxlamaq lazımdır.  
Virus daşıyıcısı olan gənələrdə yoluxmaya səbəb olur. Varroa gənələri virus daşıyıcılarıdır. 
Xarici görünüşü sağlam olan arılar virus daşıyıcıları ola bilər. Xroniki iflicə səbəb olan viruslar üst 
çənənin  və  nazik  bağırsağın  sinir  hüceyrələrinin  sitoplazmasına  daxil  olub  çoxalmağa  başlayır. 
Yoluxmuş  hüceyrələrin  daxilində  polimorf  hissəciklər  əmələ  gəlir  və  72  saatdan  sonra  arılar 
fəaliyyətdən  düşürlər.  Xroniki  iflic  zamanı  ilkin  əlamətlər  4-10  gündən  sonra  üzə  çıxır,  arılar 
arasında  narahat  vəziyyət  baş  verir,  onlar  vurnuxmağa  başlayır.  Xarici  təsirlərə  qarşı  biganəlik 
müşahidə  olunur.  Xəstəliyin  xarakterik  əlaməti  arıların  xarici  tük  örtüyünü  itirməsi  ilə  müşahidə 
olunur. Arılar qaralmağa və parıldamağa başlayır, qarıncıq kiçilir,  uçmaq qabiliyyəti itir və 12-20 
gündən sonra ölürlər. Arı ailələri zəifləyir və çoxala bilmirlər. 
Kəskin  iflic  əsasən  cavan  arılar  arasında  müşahidə  olunur.  Qarıncığın  böyüməsi  baş  verir, 
onlar uça bilmir. 
Arıların məruz qaldığı infeksion xəstəliklərdən biri də spiroplazmoz xəstəliyidir. Xəstəliyin 
törədicisi Spiroplasma apis kiçik ölçülü, sap şəkilli, hərəkətli mikroorqanizmlərdir. Mikoplazmlara 
aiddir. Hüceyrələrinin divarı bir qatlı membrandan ibarətdir. Bu xəstəlik ilk dəfə 1976-cı ildə ABŞ-
da qeydə alınmışdır. Arılar əsasən may və iyun aylarında yoluxmaya məruz qalır. Mikroorqanizmlər 
orta  bağırsağa  daxil  olub  çoxalmağa  başlayır  və  hemolimfaya  keçərək  onların  ölümünə  səbəb 
olurlar. Yoluxma ən çox  3-12 günlük fərdlər arasında baş verir. Yoluxmadan  4-9  gün sonra ölüm 
baş verir. 
Arıların əsas parazitlərindən biri də varroa gənələridir. Varroa jacobsoni varroatoz xəstəliyi 
törədir. Arı sürfələrinin yoluxduğu ən ağır xəstəliklərdəndir. Puplar və yaşlı arılar da xəstəliyə eyni 
intensivliklə  tutulurlar.  Xəstəlik  arıçılıq  təsərrüfatlarına  ciddi  ziyan  vurur.  Yoluxmuş  arı  ailələri 
müalicə olunmasa2-4 il ərzində məhv olurlar.  
Gənənin dişi fərdi qonur rəngli bel tərəfdən bir qədər sivridir. Bədən xaricdən tüklə örtülüdür, 
sancıcı-sorucu  ağız  aparatına  və  4  cüt  yaxşı  inkişaf    etmiş  ətraflara  malikdir.  24  saatdan  sonra 
yumurtadan  yaxşı  inkişaf  etmiş  sürfə  çıxır.  Protonimfa  inkişaf  edərək  deytonimfaya,  o  isə  öz 


- 37 -
 
 
növbəsində  yetkin  gənəyə  çevrilir.  Hər  bir  çevrilmə  mərhələsində  gənə  sahibin  hemolimfası  ilə 
qidalanır. Gənənin tam inkişafı 6-7 sutkaya başa çatır.  
May-iyun aylarında parazitin qışlamadan çıxmış nəsli yenisi ilə əvəz olunur. Dişi fərdlər qışı  
arıların qarın boşluğunda hemolimfa ilə qidalanaraq keçirirlər. Gənənin hemolimfa ilə qidalanması 
daimi  və  ritmikdir.  Xarici  mühitdə  yaşaması  temperatur  və  rütubətdən  asılıdır.  Ac  vəziyyətdə 
parazit 5-7 sutka qala bilir. Bədəndə olan su ehtiyatı azaldıqda parazit məhv olur. Varroaz xəstəliyi 
nəticəsində arıların həyat qabiliyyəti azalır, yeni nəsillər az yaşayır, digər parazitar xəstəliklərə qarşı 
həssas  olurlar.  Arıların  ölçüləri  kiçilir,  qanadların  itirilməsi  müşahidə  olunur.  Xəstəliyin  klinik 
əlamətləri yoluxmadan 3-4 il sonra özünü büruzə verir.  
Arıların  xəstəliklərinə  qarşı  mübarizə  tədbirləri  profilaktik  və  kimyəvi    üsulla  aparılır. 
Çürüdücülərə  qarsı  profilaktik  tədbirlər  sırasında  arılara  qulluq  edilən  alətləri  təmiz  saxlamaq, 
vaxtında  dezinfeksiya  etmək  daxildir.  Sanitariya-veterinar  qaydalara  riayər  edilməli,  arı  saxlanan 
yer  3%-li    hidrogen  peroksid  məhlulu  ilə  dezinfeksiya  edilməlidir.  Arıların  saxlandığı  yeşiklər 
dəyişdirildikdə 3%-li  qarışqa və sirkə turşusu məhlulu ilə dezinfeksiya edilməlidir.  
Kimyəvi yolla aparılan mübarizə zamanı arıların müalicəvi yemlərlə qidalandırılması effekt 
verir.  Bunun  üçün  norsulfazol-natri  preparatını  streptomitsin  və  kanametsinlə  qarışdırıb  şəkər 
məhulul  ilə  arıları  yemləyirlər.  Sağalma  müşahidə  olana  qədər  yemləmə  davam  etdirilir.  Arılar 
arasında xəstəlik olub-olmamasından asılı  olmayaraq ilkin  yaz aylarından başlayaraq arı saxlanan 
yerlər  dezinfeksiya  edilməlidir.  Yaxın  qohumların  çoxalma  prosesinin  qarşısı  mümkün  qədər 
alınmalı  zəif  arı  ailələrinin  yaranmasına  yol  verməmək  lazımdır.  Arı  saxlanan  yerlər  təmiz,  quru, 
küləksiz və işıqlı olmalıdır. 
Yazın ilk aylarında yeşiklərdə zədələnmiş sürfələr müşahidə olunarsa onlar xaricə çıxarılıb 
yandırılmalıdır.  Hafniozla  yoluzmuş  arıları  diqqətlə  müayinə  edərək  onların  kliniki  əlamətlərini 
öyrənmək  lazımdır.  Xəstəliyin  aradan  qaldırılması  üçün  veterenar-sanitariya  qaydalarına  ciddi 
riayət  etmək  lazımdır.  Yeşiklər  və  arıların  saxlanması  üçün  lazım  olan  bütün  avadanlıqlar  qaynar 
3%-li natrium-carbonatla dezinfeksiya olunmalı, soyuduqdan sonra su ilə təmiz yuyulmalıdır. Qeyd 
etmək lazımdır ki, xəstə arıların balından ancaq şirniyyat istehsalında istifadə oluna bilər. 
Salmonelyozdan  qorunmaq  üçün  arı  saxlanan  yerlər  heyvandarlıq  təsərrüfatlarından  uzaq 
olmalıdır. Arıların xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri müxtəlif olduğu üçün xəstəliyin 
diaqnozu düz qoyulmalıdır. Bunun üçün veterinar laboratoriyaların xidmətindən istifadə oluna bilər. 
Arıları  askosferozdan  qorumaq  ünün  xəstəliyin  etizootologiyaslna  diqqət  vermək  lazımdır. 
Mikroskopik  tədqiqat  aparılarsa  göbələyin  olmasını  müşahidə  etmək  mümkündür.  Kimyəvi 
mübarizə  zamanı  0,5 %-li  qarışqa turşusu məhlulu  və  4%-li xlor-yodid  məhlulu  istifadə olunur. 
Askosferozun  müalicəsi  üçün    nistatin  istifadə  olunması  müsbət  nəticə  verir.  Arıların  göbələk 
xəstəliklərindən  qorunması  üçün  günəş  şüalarının  birbaşa  yeşiklərin  içərisinə  düşməsinə  təmin 
etmək  lazımdır.  Yoluxmanın  qarşısını  mümkün  qədər  almaq  lazımdır  ki,  xəstəlik  sağlam  arılara 
keçməsin. Ölmüş arıları mütləq yandırmaq lazımdır. Bütün bu tədbirlərlə yanaşı arılara qulluq edən 
adamların geyim əşyaları da  vaxtlı-vaxtında dezinfeksiya olunmalıdır.  
İnvazion və infeksion xəstəliklərin bir-birindən ayrılması da vacib məsələdir. Nozematozla   
yoluxmuş    arılar  yay  aylarında  aktiv  hərəkətdə  olduqları  zaman  daim  zülallı  qida  ilə  təmin 
olunmalıdır.  Xəstəliyə  qarşı  kimyəvi  mübarizə  zamanı  arı  saxlanan  yerlər  və    avadanlıq    4%-li 
formalin  məhlulu  ilə  dezinfeksiya  edilir.  Nozematoz  zamanı  hər  il  periodik  olaraq  dezinfeksiya 
aparılmalıdır.  Dezinfeksiya  üçün  formalin  buxarından  da  istifadə  olunur.  Rezin  borular  yeşiklərə 
daxil edilir və 30 dəq. müddətində 50-55 dərəcə temperaturda dezinfeksiya aparılır. Arılar formalin 
iyinə davamsız  olduqlqrına görə formalin iyini  yox etmək  üçün 1%-li naşatır spirti məhlulundan 
istifadə  olunur.  Qurd  xəstəliklərindən  qorunmaq  üçün  profilaktik  tədbirlər  sırasına    təmiz  su 
təminatı da daxildir. 
ƏDƏBİYYAT 
 
1. Кашковский В. Г. Технология ухода за пчелами.— Новосибирск: Новосибирское книжное 
издательство, 1989 г. — 224 с. 
2. «Методические рекомендации по применению термического способа освобождения пчёл 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə