2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

- 26 -
 
 
 
РЕЗЮМЕ 
Вали Новрузов 
     
На эту тему нашли широкое отражение свидения о распространения, лечения и 
профилактики возбудителя инфекционных заболеваний  koлибактериоз пчел. В нашем 
регионе вероятность распространения инфекционных заболеваний пчел и своевременное   
борьба с ними  предотвращает гибели тысяч пчелиных семей. В результате в семьях 
производительность не падает  и пчеловодство становится рентабельным сфере.  
 
 
 
                                                                                                                                  
                                                                                                                                 
 
 


- 27 -
 
 
AFƏT SÜLEYMANOVA 
Azərbaycan Baytarlıq Elmi-Tədqiqat Institutu 
a.suleymanova67@gmail.com 
QULAMHÜSEYN SULTANLI 
Azərbaycan Baytarlıq Elmi-Tədqiqat Institutu 
 
ARILARIN AKARAPİDOZUNA QARŞI MÜALİCƏ-PROFİLAKTİKA  
TƏDBİRLƏRİNİN İŞLƏNİLMƏSİ 
    
Açar sözlər:  arıçılıq, yoluxma, akarapidoz, müalicə, akarisidlər 
Key words: beekeeping, infection, acarapidosis, treatment, acaricide 
Ключевые слова:  пчеловодствo, заражение, акарапидоз, лечение, акарациды 
2008-2015-ci  illərdə  Azərbaycanın  müxtəlif  bölgələrində  arıçılıq  fermer  təsərrüfatlarında 
arıların  yoluxucu  akarapidoz  xəstəliyinin  yayılması  öyrənilmişdir.  Müalicə  və  profilaktika 
məqsədilə  təsərrüfatlarda  akarapidoza  qarşı  bir  sıra  akarasidlər  elmi-istehsalat  sınağından 
keçirilmişdir. Yüksək səmərəliliyi ilə fərqlənən Akarasan (86,7-88,5 %), Fumisan (78,7 %), Tanis 
(71,5 %) preparatları arıçılıq təsərrüfatlarında tətbiq edilmişdir. 
Akarapidoz  -  işçi,  ana  və  erkək  arıların      Acarapis    woodi    paraziti  tərəfindən  törədilən 
invazion xəstəliyidir. Bu xəstəlik ilk dəfə 1904 – cü ildə İngiltərənin Uayt adasında  (buna görə də 
bəzən  bu  xəstəlik  Uayt  xəstəliyi  adlanır)  qeydə  alınmış  və  burada  bütün  arı  ailələrinin  tələfatına 
səbəb  olmuşdur.  Sonradan  xəstəlik  Fransa,  Almaniya,  İsveçrə,  Skandinaviya    ölkələri    və  bütün 
Avropaya yayılmışdır. Daha sonra Yeni Zelandiya, Kanada və Amerikanı bürümüşdür. 
Akarapidoz  xəstəliyi  keçmiş  SSRİ  məkanında  ilk  dəfə  1926-cı  ildə  Tula,  Voronej,  Orlov  və 
başqa  vilayətlərdə  qeydə  alınmışdır.1971-ci  ildə  Gürcüstanda  bu  xəstəlik  baş  vermiş,  sonra 
Azərbaycanın Gürcüstanla sərhəd -  Balakən, Zaqatala, Şəki  rayonlarında yayılmışdır. 
Son  zamanlar  respublikada  arıların  akarapidoz  xəstəliyinin    yayılması  və  onun  arıçılıq 
təsərrüfatlarına  vurduğu  böyük  iqtisadi  ziyanı  nəzərə  alaraq  bu  xəstəliyin    respublika  şəraitində 
yenidən  öyrənilməsi,  və  müalicə  profilaktika  tədbirlərinin    hazırlanmasının  zərurəti  yaranmışdı 
[3,4,5]. 
MATERİAL  VƏ  METODİKA. Tədqiq edilən patoloji material  respublikanın müxtəlif 
bölgələrində  yerləşən  9  fermer  arıçılıq  təsərrüfatlarından    əldə  edilmişdir.Müayinələr  üçün   
(Dəvəçi-80,  Xızı-180,  Siyəzən-70,  Masallı-85,  Astara-120  ,  Qax-260)  rayonlarının  arıçılıq  
təsərrüfatlarından cəmi 795 ədəd arı ailəsi tədqiqatlara cəlb edilmişdir. Xəstəliyə şübhəli hər bir  arı  
ailəsindən 50-60 xəstə  arı nümunəlri  zona baytarlıq laboratoriyalarında və  AzBETİ-nun  “Balıq və 
arı xəstəlikləri” şöbəsinin laboratoriyasında mikroskopiya edilmişdir.  
Tədqiqatlar [1, 2] metodlarına əsasən aparılmışdır  
ALINAN NƏTICƏLƏRIN TƏHLILI 
2008-2015-cı    illərdə    Respublikanın  şimali-qərb  və  cənub-şərq  bölgələrində  arıçılıq  fermer 
təsərrüfatlarında movcud epizotoloji dururm müəyyənləşdirilmişdir 
         Aparılan  tədqiqatlara  əsasən  akaripadoz    xəstəliyinə    ilin    bütün    vaxtlarında,  ən  çox  qış  və 
yazın əvvəlində təsadüf edilir. Qışda arıların yuvada sıxlığı xəstəliyin başqa arılara siraət etməsinə 
şərait yaradır və qışın axırında, yazın əvvəlində maksimal dərəcəyə çatır.Yayda yağmurlu, əlverişsiz 
hava şəraitində xəstəlik şiddətlənir. 
          Xəstəliyin  törədicisi  0,1  mm  böyüklükdə  olan  endoparazit  xüsusilə  cavan  arıların  tənəffüs 
orqanlarında lokalizasiya edir. Parazit traxeya divarını zədələyərək arının hemolimfası ilə qidalanır, 
orada  çoxalaraq  tənəffüs  yollarını  qapayır  və  dərin  zədələnmələr  əmələ  gətirərək  onu  zəiflədir, 
tənəffüsünü çətinləşdirir, nəticədə arının  ölümünə səbəb olur. 
        Dişi gənə bir arının traxeyasından çıxaraq digər arının üzərinə yapışır, onun traxeyasına daxil 
olur (Şəkil 1.). Dişi gənə sutka ərzində 10-dək yumurta qoyur və xüsusi yapışqanvari maddə ilə onu 
traxeyanın  divarına  yapışdırır.  Yumurtadan  çıxmış  dişi  gənə  bir  neçə  gündən  sonra  mayalanaraq 
yumurta qoymağa başlayır. Akarapidozun törədicisi bu yolla öz inkişaf siklini davam etdirir (Şəkil 
1.).  


- 28 -
 
 
1.Sağlam arının traxeyası 
2. Akarapidoza yoluxmuş traxeyası: zədələnmiş sahələr və gənələr görünür 
3. Akarapidoza intensiv yoluxma zamanı traxeyanın görünüşü 
          Törədicisi  -  Acarapis  woodi    paraziti  on  günlüyünədək  olan  cavan    arıların    nə  qədər  ki, 
tənəffüs  dəliklərini  örtən  tüklər  codlıaşmayıb  birinci  cüt  tənəffüs  traxeyasına  daxil  olurlar.  Parazit 
traxeyanın  epiteli  toxumasını  deşib  arının  hemolimfası  ilə  qidalanır.Həmin  sahədə  qan  sağıntıları 
əmələ  gətirir.  Parazit  traxeya  daxilində  çoxalaraq  tənəffüs 
yolunu  mexaniki  olaraq  qapayır.  Arıların    tənəffüsünü 
çətinləşdirir  və  həyat-fəaliyyəti  nəticəsində  əmələ  gətirdiyi 
toksiki  məhsullarla  arıya  zəhərləyici  təsir  göstərir.  Bunun  da 
nəticəsində  arıların  döş  əzələləri  iflic  olduğundan  qanadlarını 
hərəkət  etdirib  uça  bilmirlər,  xəstə  arının  bir  yaxud  hər  iki 
qanadı  çəpləşir.  Onlar  pətəkdən  çıxaraq  uçmaq  istərkən  uça 
bilmir  və  o  tərəf  bu  tərəfə  tullanırlar,  parazitlərdən  azad  olmaq 
üçün arılar arxası üstə çevrilib gırlanma hərəkəti edirlər. 
        Arılar  tələf  olduqdan  sonra  parazit  onu  tərk  edərək,  cavan 
sağlam  arıya  hücum  edirlər.Ailədə  yoluxmanın  intensiv  dövrü 
qış aylarına təsadüf edir. Çünki qışda arılar yuvada daha sıx topa 
halında olurlar. Yayda isə yoluxma çiçək üzərində arılar nektar 
toplarkən bir-birilə təmasda olarkən baş verir. 
          Xəstəliyin vurduğu zərər  onunla izah olunur ki, arı ailəsinin xəstəliyə  yoluxmasından 3-5 il 
sonra kliniki əlamətləri: qanadların çəpləşməsi,tullanaraq uçuş bacası qabağında sürünməsi, arıların 
pətək  yaxınliğındakı  bitkilərin  yuxarı  hissəsinə  toplanması,  ailənin  zəifləməsi  və  tələf  olması  baş 
verir. 
           Aparılan tədqiqatların nəticələri 1 saylı cədvəldə göstərilmişdir. 
Cədvəl 1.   
Arıların akarapidoz xəstəliyinə görə aparılan kliniki arıxana və laborator müayinələrinin  nəticələri 
 
 
 
    
Rayonlar 
 
    Arıxana 
  yerləşən sahə 
 
Arı 
ailələrinin 
miqdarı 
 
     Xəstəliyə 
     yoluxma %-

     Xəstəlikdə 
tələf 
 olmuşdur 
Ailənin  
      sayı 
    % -

Dəvəçi 
Dəvəçi 
     80 
    40 
     10 
     8 
Siyəzən 
Siyəzən 
    70 
    35 
     8 
      
11.4 
Xızı 
Baxışlı 
    80 
   30 
    7 
 
8,

 
Baxışlı 
    100 
   25 
    4 
 
     

Astara 
Siyatük 
    120 
   20 
    3 
       
2.5 
Masallı 
Mollaoba 
    60 
   40 
   3 
      5 
 
Mollaoba 
    25 
   15 
    -- 
     -- 
Qax 
Turaclı 
    150 
   30 
   10 
       
3.3 
 
Tasmalı 
    110 
   25 
   5 
      
1.8 
6 rayon 
9 arıxana 
   795 
    32,7 
   50 
       
6.3 
 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə