2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

- 29 -
 
 
Cədvəldən  göründüyü  kimi  tədqiqat  aparılan  rayonların  arıxanalarının  hamısında  müxtəlif   
dərəcəli  akarapidoza  yoluxma  aşkar  edilmişdir.  Bunların  içərisində  ən  çox  yoluxma  ekstensivliyi  
Dəvəçi  rayonunun    Dəvəçi  kəndindəki  arıxanada  (40%  yoluxma,  8%  tələfat)  Siyəzəndə    (35% 
yoluxma, 11,4% tələfat), Masallı  rayonunun Mollaoba kəndindəki   arıxanada  (40%  yoluxma, 5% 
tələfat),  nisbətən  az  Astara  rayonu  Siyatük  kəndində    arıxanada  (20%  yoluxma,  2.5%  təlafat)  və 
Qax  rayonunun  Turaclı  kəndində  arıxanada  (30  %  yoluxma,  3,3  %  tələfat),Tasmalı  kəndində 
arıxanada (yoluxma 25%, tələfat 1,8%) olmuşdur.     
Akarapidoza  qarşı işlədilən preparatların səmərəliliyi haqqında bir-birini təkzib edən müxtəlif 
fikirlər  mövcuddur.  Beləki,  hər  müəllif,  yaxud  tədqiqatçı  öz  işlətdiyi  preparatın  daha  səmərəli 
olduğunu iddia edir. Digəri isə əksinə az səmərəliliyini qeyd edir. 
Akarapidozun  müalicəsi  üçün  son  zamanlar  efirsulfonat,  keltan,  tanis,  polisan,  akarasan, 
tedion  və  s.  preparatlardan  istifadə  edilir.  Bu  preparatların  akarapidoza  görə  səmərəliliyi  barədə 
müxtəlif  fikirlər  mövcuddur.    Buda  preparatın  müxtəlif  iqlim  zonalarında  işlədilməsi,  törədicinin 
xarici mühit şəraitindən asılı olaraq bioloji inkişafının uyğunlaşmaması ilə əlaqədar olduğu güman 
edilir. Buna görədə bu preparatlardan bəzilərinin akarapidoz xəstəliyinə qarşı səmərəsini öyrənmək 
məqsədilə sınaq təcrübələri  aparılmışdır. 
Təcrübədən  əvvəl  hər  bir  arı  ailəsindən  50  ədəd  arı  seçib  onların  akarapidoza  yoluxma 
dərəcəsini  müəyyən  etdikdən  sonra    ailənin  qüvvəsini,  yuvanın  həcmini  və  akarapidoza  yoluxma 
dərəcəsini  nəzərə  almaqla  arı  ailələri  qruplaşdırılmışdı.  Pətəkdə  dərman  maddəsinin  buxarlarının 
yuvadan  kənar  edilməsinin  qarşısını  almaq  üçün  pətəyin  hava  girən  yerləri  palçıqla  suvanmışdır. 
Analoji qüvvəyə (çərçivə aralığı arı hesabı ilə) akarapidoza yoluxma dərəcəsinə, ananın yaşına, açıq 
və  möhürlü  sürfələrin  miqdarına  və  yem  ehtiyatına  görə  bərabər  olan  12  arı  ailəsi  seçilmişdir. 
Onlardan hər biri 5 ailədən ibarət 2 qrup və 2 ailədən ibarət isə  nəzarət qrupu ayrılılmışdır. 
Pətəkdə əvvəlcə çərçivə arası məsafə genişləndirilmiş, arı ailələri kifayət qədər yem və su ilə 
təmin  olunmuşdur.  Bir  lövhə  akarasan  preparatı  dəmir  lövhə  üzərində  yandırılaraq,  alovu 
söndürüldükdən  sonra  tüstüləyən  vəziyyətdə  pətəyin  boş  yerində  elə  yerləşdirilmişdir  ki,  taxta 
hissəsinə toxunmasın. Uçuş bacası 1 saatlığa bağlandıqdan sonra açılıb preparatın tam halda yanıb-
yanmadığı  yoxlanılmış,  əgər  yarıya  qədər  yanmışsa,  preparatın  yarısı  qədər  ,  bütövlükdə 
yanmayıbsa proses təzədən təkrar olunub. Tanis də akarasan işlədilən qaydada 10  çərçivəlik arıya 1 
lövhə    işlədilmişdir.  Akarasan  preparatının  sınaqları  zamanı  ana  arı  ölümü  müşahidə  edilməmiş, 
tanis  və  nəzarət  qrupunda  hərəsində  1  ana  arı  tələf  olmuşdur.  İşçi  arılardan  olan  tələfat  isə  təbii 
tələfata yaxın olmuşdur. Aparılan sınaqların nəticələri 2 saylı cədvəldə göstərilmişdir. 
 
Cədvəl 2.  
   Masallı  arıçılıq təsərrüfatında  arıların akarapidozuna qarşı akarasan  və tanis akarasidilərlə 
aparılan sınaqların nəticələri 
 
Preparatların
adları 
Ailə №-
si 
Xəstəliyəyoluxma 
%-i 
Səmərəlilik 
%-i 
Tələfolmuşdur 
Preparatdan 
əvvəl 
sonra 
Ana arı  İşçi arı 
Akarasan 

40 

87,5 
--- 
10 
 

40 

85,0 
--- 
15 
 
15 
40 

90,0 
--- 

 
19 
40 

87,5 
--- 
20 
 
21 
40 

92,5 
--- 
18 
Yekunu 

40 
4,6 
88,5 
--- 
14 
Tanis 

40 
10 
75,0 
--- 
15 
 
11 
40 
12 
70,0 
--- 
20 
 
14 
40 
15 
62,5 

19 
 
23 
40 

77,5 
--- 
20 


- 30 -
 
 
 
26 
40 
11 
72,5 
--- 
25 
Yekunu 

40 
11,4 
71,5 
--- 
20 
Nəzarət 
10 
40 
40 
--- 
--- 
25 
 
35 
40 
40 
--- 

36 
Yekunu 

40 
40 
--- 

30 
 
2    saylı  cədvəldən    göründüyü    kimi    akarasan  preparatının  arıların  akarapidozuna  qarşı 
səmərəliliyi  respublikamız  şəraitində  ədəbiyyatlarda  göstərildiyi  kimi  91-97 % deyil, 85-90 % 
arasında (orta hesabla 88,5%), tanisin isə ondan səmərəliliyi akarasandan xeyli az, yəni 62,5- 77,5 
% (orta hesabla 71,5 %) olmuşdur. 
Qax  rayonunun  Turaclı  və  Tasmalı  kəndlərindəki  arıxanalarda  arıların  akarapidozuna  qarşı 
akarasan və fumisan preparatlarının sınaq təcrübələri aparılmışdır. Təcrübə zamanı pətəkdəki artıq 
çərçivələr  çıxarılmış,  qalan  çərçivələr    arası  məsafə  bir  qədər  artırılmışdır.  8  çərçivəlik  pətəkdə  1 
fumisan lövhəsi asılmışdır. 
Preparat  işlədilməzdən  əvvəl  arı  ailələrində  hazırlıq  işləri  aparılmışdı.  Pətəklərin  içərisi 
təmizlənmiş, çatlar palçıqla suvanmışdır. 
Beləliklə, republikamız şəraitində arıların akarapidoz xəstəliyinə qarşı sınaqdan keçirdiyimiz 
akarisidlərdən yüksək  səmərəlisi akarasan  (86,7-88,5 %), ondan bir qədər aşağı (78,7 %) fumisan 
preparatları  olmuşdur.  Tanis  preparatının  səmərəliliyi  isə  yuxarıdakı  2  preparatdan  az  (71,5  %) 
olmuşdur. Aparılan sınaqların nəticələri 3 saylı cədvəldə göstərilmişdir. 
                                                                                                                                  Cədvəl 3. 
       Qax rayonunun Turaclı və Tasmalı kəndlərindəki arıxanalarda akarapidoza qarşı 
akarasan və fumisan preparatlarının sınaqdan keçirilməsi 
 
Preparatların
adları 
Ailə №-
si 
Xəstəliyə yoluxma 
%-i 
Səmərəlilik 
%-i 
Tələf olmuşdur 
Preparatdan 
əvvəl 
sonra 
Ana arı  İşçi arı 
Akarasan 
25 
30 

90,0 
--- 

 
37 
30 

86,7 
--- 
12 
 
43 
30 

90,0 
--- 

 
50 
30 

80,0 
--- 
15 
 
54 
30 

86,7 
--- 
20 
Yekunu 

30 

86,7 
--- 
12,5 
Fumisan 

30 

83,3 
--- 
10 
 
12 
30 

80,0 
--- 
13 
 
23 
30 

76,7 
--- 
11 
 
34 
30 

80,0 
--- 

 
38 
30 

73,3 
--- 
12 
Yekunu 

30 

78,7 
--- 
10,8 
Nəzarət 
19 
30 
30 
--- 
--- 
15 
 
28 
30 
30 
--- 
--- 
20 
Yekunu 

30 
30 
--- 
--- 
17,3 
 
        Qeyd:  Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  xəstəliyin  yayılmasının  səbəbləri 
vaxtaşırı diaqnostik müayinələrin aparılmaması, baytar nəzarəti olmadan arıxanaların bir rayondan 
digər  rayon    ərazisinə  köçürülməsi,  xəstə  arıxanalarla  sağlam  arıxanaların    bir-birilə  təmasda 
olması,  aparılan  müalicələrin  təlimata  uyğun  olmaması,  arıxanalarda  sanitariya  qaydalarına  riayət 
edilməməsi,dezinfeksiya  edilmədən  alət  və  avadanlıqlardan  həm  xəstə  və  həm  də  sağlam 
arıxanalarda istifadə edilməsi və s. olmuşdur. 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə