- 15 -
Histoqram: Naxçıvan MR ərazisində arı ailələrinin gücündən asılı
olaraq nozema paraziti
ilə yoluxma dərəcəsi
Nozematoza tutulmuş ailələrdə işçi arıların orta bağırsağı patoloji-anatomik dəyişikliyə
məruz qalır.
Aparılmış tədqiqat işi nəticəsində müəyyən edilmişdir ki, xəstəliyin baş verməsinin əsas
səbəbləri, keyfiyyətsiz qış yemi və həddindən artıq zəif olan arı ailələridir. Naxçıvan MR
ərazisində xəstəliyin qarşısını almaq üçün qışlamaya güclü arı ailələri qoyulmalı və ehtiyat yemi
keyfiyyətli olmalıdır. Düzgün saxlanma və yaz dövründə nozematoza qarşı vaxtında aparılan
müalicəvi-profilaktik tədbirlər nəticəsində arı ailələri sağlam olur və onların məhsuldarlığı artır.
ƏDƏBİYYAT
1.
Məhərrəmov S.H., Əsədov E.S., Hüseynov H.T., Tahirov Ə.S., Rüstəmli Y.M. Bal arısının
xəstəlikləri və zərərvericiləri. Naxçıvan, Əcəmi, 2014, 240 s.
2.
Hüseynov H.T. Naxçıvan MR-də arıların nozematozla yoluxmasının epizootoloji vəziyyəti /
Azərbaycan Zooloqlar Cəmiyyətinin I qurultayının materialları. Bakı: Elm, 2003, s.182-188
3.
Sultanov R.L. Azərbaycanda bal arısının bioloji xüsusiyyətləri. II hissə, Bakı, İrşad, 1993,144 s.
4.
Султанов Р.Л., Алиев Г.Г. Простой способ определения параженности клещами пчел // Аз
НИИНТИ инф. лис., 1991, №192, с.1-4
5.
Ефименко Т.М. Особенности жизненного цикла микроспоридии Nosema apis у пчел зимней и
летней генерации / Пасика, 2001, №3, с. 20-21
6.
Штехе В. Открытые вопросы биологии Nosema apis Zander // Биологические аспекты
нозематоза. Симпозиум по биологии и патологии пчел. Мерельбеке-Бельгия. Бухарест,
Изд. Апимондия, 1977, с. 23-36
7.
Плохинский Н.А. Руководство по биометрии для зоотехников. М.: «Колос», 1969, 160 с.
8.
Mourizio A. Pollenernalrung und zebensvogange bei der Honigbiene Apis mellifera L. // “Landwirtsch.
Jahrb.SehWeir.” 1974, № 68, p. 115-182
0
10
20
30
40
50
60
Arazboyu düzənlik
Orta dağlıq
Zəngəzur dağlıq
35.3
43.2
53.1
24.5
26.1
38.2
18.1
22.1
25.1
- 16 -
ABSTRACT
Habib Huseynov
Yunis Rustamli
LEVEL INFECTION OF HONEY BEES WITH A PARASITE OF NOSEMA (NOSEMA
APIS Z.) DEPENDING ON THE SEASON AND THE STRENGTH OF FAMILIES IN THE
CONDITIONS OF THE NAKHICHIVAN AUTONOMOUS REPUBLIC
As a result of research, it was found that mostly poor-quality winter food and weak bee
colonies are more exposed to nosematosis. Experiments have established that the degree of
infection of bee colonies by noses depends on the strength of the family and the season.
To prevent disease in the territory of the Nakhchivan Autonomous Republic, it is necessary
to leave more powerful bee colonies and high-quality feed for wintering. In the spring period,
families infected with the parasite of nosema should be treated. Normal care and timely preventive
measures against nosematosis preserve the health of bees and increase the productivity of bee
colonies.
РЕЗЮМЕ
Габиб Гусейнов
Юнис Рустамли
СТЕПЕНЬ ЗАРАЖЕННОСТИ МЕДОНОСНЫХ ПЧЕЛ ПАРАЗИТАМИ НОЗЕМА
(NOSEMA APIS Z.) В ЗАВИСИМОСТИ ОТ СИЛЫ СЕМЕЙ И СЕЗОНА ГОДА В
УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ
В результате исследовательской работы было обнаружено, что в основном
некачественный зимный корм и слабые пчелиные семьи больше подвергаются нозематозу.
Опытами установлено, что степень заражения пчелиных семей ноземами зависит от силы
семьи и сезона года.
Чтобы ликвидировать заболевание на территории Нахчыванской Автономной
Республики на зимовку необходимо оставлять более сильные пчелиные семьи и
качественный корм. В весенний период, семьи зараженные паразитом нозема следует лечить.
Нормальный уход и своевременные лечебно-профилактические меры против нозематоза
сохранить здоровья пчел и увеличить продуктивность пчелиных семей.
- 17 -
MAHİR MƏHƏRRƏMOV
E-mail:
mahir_maherramov@mail.ru
AKİF BAYRAMOV
E-mail: akifbayramov50@mail.ru
AMEA Naxçıvan Bölməsi
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BAL ARILARININ DÜŞMƏNLƏRİ VƏ
ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ
Açar sözlər: Naxçıvan, Philanthus triangulum, Vespa orientalis, Mantodea, Odonata,
Dermaptera, Araneae, Formicidae, Merops
Key words: Nakhchivan, Philanthus triangulum, Vespa orientalis, Mantodea,
Odonata,
Dermaptera, Araneae,
Formicidae, Merops
Ключевые слова: Нахчыван, Philanthus triangulum, Vespa orientalis, Mantodea,
Odonata, Dermaptera, Araneae, Formicidae, Merops
Məqalədə muxtar respublikada bal arılarına ziyan verən bəzi onurğasız və onurğalı heyvan
növlərinin bioekoloji xüsusiyyətləri və onlara qarşı təsirli mübarizə tədbirləri haqqında məlumatlar
verilmişdir. Müəyyən edilmişdir ki, zarqanadlılardan
Crabronidae fəsiləsinə mənsub
Philanthus
triangulum, Vespidae fəsiləsinin
Eumeninae, Masarinae, Polistinae və
Vespinae yarımfəsilələrinə
mənsub bir sıra növlər, xüsusilə
Vespa orientalis və
Formicidae fəsiləsinin
əksər növləri bal
arılarına ciddi şəkildə ziyan verirlər. Məqalədə həmçinin dəvədəlləyilərin, iynəcələrin,
qulağagirənlərin, hörümçəklərin, ktır milçəklərinin və arıqapanların arıçılığa vurduğu zərər
haqqında fikirlər şərh edilmişdir.
Bal arılarının düşmənləri onları uçuş vaxtı və ya pətəyin içində ovlayan canlılardır.
Düşmənləri tərəfindən arıların məhvi bəzən çox böyük miqyas ala bilər, ailələr xeyli zəifləyər,
sıradan çıxar və nəticə etibarilə çəkilən zəhmət hədər gedə bilər.
Arıların özünə toxunmadan, adətən şan yuvalarını həm anbarlarda, həm də pətəyin özündə
dağıdan, toplanmış tozcuğu (güləmi) korlayan və balı oğurlayan zərərvericilər də mövcuddur.
Onların zərərvermə dərəcəsi böyük olduqda toplanan bal yararsız hala düşür və bütün ailənin
məhvi baş verə bilir.
Yerli tədqiqatçılar tərəfindən bal arılarının zərərvericiləri və yırtıcıları haqqında bir sıra
məlumatlar verilmişdir [3].
Məqsədimiz muxtar respublikada bal arılarına ciddi şəkildə ziyan verən bəzi onurğasız və
onurğalı heyvan növlərinin bioekoloji xüsusiyyətləri və onlara qarşı təsirli mübarizə tədbirləri
haqqında məlumatları oxucularımızın nəzərinə çatdırmaqdan ibarətdir.
Philanthus triangulum - Arı canavarı öz görkəminə görə adi itarısına çox oxşasa da
Apoidea
fəsiləüstünün
Crabronidae fəsiləsinə mənsub olan iynəli zarqanadlı növüdür. O, başının böyüklüyü
və qarıncığının parlaq sarılığı ilə fərqlənir. Bədən uzunluğu 12-16 mm-dir. Qafqazda, o cümlədən
Azərbaycanda geniş yayılmışdır. Dişi fərdin yuvası yamaclarda uzunluğu bir metrə yaxın olan
şaquli borunu xatırladır. Arı canavarının çoxlu sayda rast gəlindiyi həmin yamaclarda torpaq örtüyü
çox deşikli mənzərə yaradır. Arının çiçəklərdən topladığı nektar və çinədan balı arı canavarının
sevdiyi qidadır. O, bal arısına hücum edərək onu sancıb öldürür, sonra arxası üstə çevirib
qarıncığını sıxır. Bu zaman bal çinədandan arının xortumuna axır və yırtıcı onu yalayır. Əgər arı
canavarı
ovuna bal naminə hücum edirsə, onda balı sorduqdan sonra öz qurbanını tərk edir. Bal arısı
ona öz sürfələrinin yemi kimi lazım olduqda isə, o, balı sorduqdan sonra iflic olmuş arını öz
yuvasına aparır. Dişi filant mayalanmış yumurtasını arının sinəsinə qoyur (Şəkil 1).