2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

- 66 -
 
 
 
Sıra 
№si 
Hədəflər 
2017 
2018 
2019 
2020 
2021 

Arı ailələrinin sayı ( min  ailə) 
285 
345 
415 
495 
600 

Bir  arı  ailəsinin  məhsuldarlığı(normal 
hava şərtlərində) (kq) 
9.0 
10 
12 
14 
16 

Bal istehsalının həcmi (ton) 
2565 
3450 
4980 
6930 
9600 

Bir nəfərə düşən illik bal istehlakı(kq) 
0.26 
0.34 
0.49 
0.67 
0.88 
 
     
 
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün arıçılıqda  üç istiqamətdə fəaliyyət  göstərmək 
lazımdır:  
1. Arı ailələrinin sayını artırmaq (ekstensiv yol) 
2. Arı ailələrinin məhsuldarlığını artırmaq (intensiv yol) 
3. Arıçılığın yem bazasını gücləndirmək 
Arıçılığın inkişafına dair Dövlət Proqramı hər üş istiqamətdə fəaliyyətə dəstək verməlidir.  
Arıçıların  öz  arılarının  sayını  artırmasını  stimullaşadırmaq  üçün  istehsal  edilən  balın  böyük 
partiyalarla  alışını  həyata  keçirəcək  mərkəzlərin  yaradılmasını,  yaxud  bu  biznes  növü  ilə  məşğul 
olan  sahibkarlıq  fəaliyyıtinin  dəstəklənməsini  təmin  etmək  lazımdır.  Bubunla  bərabər,  arı 
xəstəlikləri ilə səmərəli mübarizə aparmaq,həmçinin bu sahədə sistemli profilaktik tədbirlər həyata 
keçirmək məqsədilə mütəxəssislərin hazırlanması işinə dəstək verilməlidir. 
Arıçılığın  inkişafında  daha  mütərəqqi  istiqamət  arı  ailələrinin  bal  məhsuldarlığının 
yüksəldilməsi  və  bu  sahədə  də  qabaqcıl  dünya  göstəriciləri  səviyyəsinə  nail  olunmasıdır.Buna  isə 
arıçılıqda cins təmizliyinin təmin edilməsi, Azərbaycanın məşhur brendi olan Boz dağ Qafqaz arı 
cinsinin  bərpa edilməsi  yolu  ilə  nail olmaq mümkündür ki,  bu da  öz növbəsində  arıçılıqda müasir 
damazlıq texnologiyasına- süni toxumlamaya keçidi zəruri  edir. Bu gün dünyada süni toxumlama 
arıçılığın  cins  təmizliyinin  qorunmasının  yeganə  vasitəsidir.  Buna  görə  də  ölkədə  arıların  süni 
toxumlama  mərkəzlərini  yaratmaq,  onların  müasir  laboratoriya  avadanlığı  və  digər  infrastruktur 
vasitələri  ilə  təmin  edilməsinə  maliyyə  dəstəyi  göstərmək  lazımdır.  Bundan  əlavə,  arıçıların  süni 
toxumlanmış  arı  analarını  əldə  etməsi  və  ondan  istifadə  edərək  öz  arıxanasının  cins  tərkibini 
yaxşılaşdirmasını  stimullaşdırmaq  məqsədilə  subsidiya  ayrılması  praktikasından  istifadə  etmək 
lazımdır. 
Arıçılığın inkişafına ciddi təsir göstərə biləcək üçüncü fəaliyyət istiqaməti isə arıçılığın yem 
bazasının gücləndirilməsidir. Bunun üçün ölkə ərazisində balverən ağac bitkilərinin əhali tərəfindən 
qorunması  və    artırılması  təşviq  edilməlidir.  Bu  sahədə  daha  ciddi    əhəmiyyətli  tədbir  kimi  “Bal 
meşələri” salınması sahəsində Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər Nazirliyi 
qarşısında proqram xarakterli  məqsədlərin qoyulması ola bilər və buna nail olunmalıdır.Balverən 
ağac, kol və ot bitkilərinin tingçiliyi və toxumşuluğu ilə məşğul olan sahibkarlıq dəstəklənməlidir. 
Dölvət Proqramında nəzərdə tutulan institusional, təşkilati və digər tədbirlərin həyata keçiril-
məsinin  maliyyələşdirilməsini  təmin  etmək  məqsədilə,  subsidiyalar  formasında  Dövlət  büdcəsinin 
vəsaitindən  güzəştli  şərtlərlə  Sahibkarlığa  Kömək  Milli  Fondunun  vəsaitlərindən,  KTN  yanında 
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərindən, 
sahibkarlıq  gəlirlərindən  və  qanunvericiliklə  qadağan  olunmayan  digər  mənbələrdən  istifadə 
edilməlidir. 
Proqramın əhatə etdiyi dövrün sonuna arı ailələrinin sayını 600 minə , bal istehsalının həcmini 
10 min tona çatdırmaq mümkündür. Bu isə Azərbaycan Respublikasında bir nəfərə düşən illik bal 
istehlakının  müasir  dünya    səviyyəsinə  (0,52  kq)  çatdırılmasını  təmin  etməklə  yanaşı,    ildə  4000 
tondan artıq bal ixracını da təmin edə bilər.   
 
 
 
 
 
 


- 67 -
 
 
UOT 638.145.54 
 
                                                                                                        ELNUR ƏHMƏDOV 
                                                                                                                           FARİZ SALMANOV  
                                                                                                         BAHAR ŞÜKÜROVA 
ARKTN-nin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu 
 
AZƏRBAYCANDA ANA ARILARIN SÜNİ MAYALANDIRILMASI 
PERSPEKTİVLƏRİNƏ DAİR 
 
        Açar  sözlər:  ana  arı,  erkək  arı,  instrumental  mayalandırılma,  süni  toxumlama,  ana  arı   
yetişdirmə və s. 
        Keywords: queenbee, drone, instrumental insemination, artificial insemination, breeding ewes.
 
        Ключевые 
слова:  пчеломатка,  трутень,  инструментальное  оплодотворение, 
искусственное осеменение, разведение маток. 
                                             
        Alimlər  belə  hesab  etmişlər  ki,  münbit  təbii-coğrafi  şəraitdə  yaşayan  hər  bir  xalqın,  o 
cümlədən  azərbaycanlıların  təsərrüfat  və  məişət  həyatında  qədim  tarixi  olan  arıçılıq  başlıca 
yerlərdən birini tutmaqda davam edir [1]. 
 
Ölkə  arıçılığını  müasir  dünya  arıçılığı  səviyyəsinə  qovuşdurmağının  ən  əsas  mümkünlüyü 
Respublikada  mövcud  aborigen  arı  genofondunun  qorunması,  seçilməsi  və  seleksiyada 
istifadəsindən keçir. O da məlumdur ki, dünyada mövcud olan 24 bal  arısı  cinsindən biridə  -  Boz 
dağ Qafqaz arəsə Azərbaycan ərazisində daha geniş yayılmışdır. 
Bundan əlavə ölkəmizdə arıçılığın müvəffəqiyyətlə inkişaf etməsinə təsir edən əsas faktorlar 
– genotipi tanımaq və seleksiyasını düzgün aparmaqdır. Bal arılarının çoxaltma xüsusiyyəti, ana arı 
ilə  erkək  arıların  çütləşməsinə  nəzarətin  çətinliyi  onların  bir  cins  kimi  qorunub-saxlanmasına 
problemlər yaşadır. Ona görə də arıçılıqda nəzarətli cütləşdirmənin tətbiqinə ehtiyac vardır. Bundan 
fərqli olaraq təbii cütləşmə pətək xaricində və havada  uçuş əsasında həyata keçirilir. Buna görə də 
bir çox təmiz qanlı arı yetişdirmə proqramlarında arıçılara əhəmiyyətli dərəcədə çətinliklər yaşadır. 
Buna baxmayaraq, nəzarətli cütləşdirmələr təbii və ya süni şəkildə gerçəkləşdirilə bilir. 
Təbii cütləşdirilmədə təcrid bölgələri adlanan ərazilərdən istifadə olunur. Yəni təcrid bölgəsi 
ən azı  6-7 km  radiusunda dölləndiriləcək ana arıların  bu  ərazi-dairənin  mərkəzində  yerləşdirildiyi 
məkandır.  Bu  ərazinin  ətrafında  isə  başqa  arıxanalardan  arı  pətəklərinin  olmaması  əsas 
şərtlərdəndir.
  
Təcrid bölgəsində digər arı ailələrinin olmadığını təyin etmək üçün həmin  sahəyə içində bal 
olan  qablar  qoyulur  və  ya  mum  əridilərək  kənardan  işçi  arıların  gəlib-gəlmədikləri  müşahidələr 
əsasında  yoxlanılır. Müşahidə zamanı hiss olunarsa, başqa arıxananın  işçi  arıları
 
gəlmirsə,  demək 
təcrid bölgəsi təmizdir. Bundan əlavə təcrid bölgəsinin ətrafının dağlarla əhatə olması da daha məq-
sədəuyğundur.
 
Lakin  elmə  məlumdur  ki,  insanlar  tərəfindən  seçilən  və
 
ən  yaxşı  sayılan  təcrid 
bölgələrində belə, yad erkək arıların olma ehtimalı vardır. Bütün bu söylədiklərimizlə yanaşı onu da 
qeyd  etmək  lazımdır  ki,  adalar  və  yarımadalar  cütləşdirmə  bölgəsi  üçün  ideal  yerdir.
 
Adaların 
küləksiz olması isə böyük əhəmiyyət kəsb edir və burda aparılan nəzarətli cütləşdirmələr daha yaxçı 
nəticələr verir.  Damazlıq-seleksiya işləri baxımından daha faydalı olur. 
 
Hal-hazırda  arıçılıqda  əvəzsiz  rola  malik  süni  mayalandırma,  adalar  və  yarımadalarda 
aparılan  cütləşmələrə  bir  alternativdir  və  olduqca  az  bir  sahə  tələb  edir.  Bir  arı  yetişdiricisi, 
məqsədindən  asılı  olaraq  eyni  yerdə  və  eyni  gündə  bir  necə  fərqli  erkək  arıların  spermasından 
istifadə  edə  bilər.  Beləcə,  coğrafi  olaraq  nəzarətsiz  olan  bir  ərazilərdə  nəzarətli  cütləşdirmələr 
aparıla bilər.
 
Bu nisbət, normal təcrid olunmuş bölgələrdə daha da yüksəkdir. Məlumdur ki, ana arı 
ilə  erkək  arıların  çütləşməsi  açıq  havada  yerdən  25-50  m  hündürlükdə,  arıxanadan  isə  10  km 
radiusda olan kənar ərazidə baş tutur.
 
Ana arının çütləşməsində digər bir xüsusiyyət də var ki, ana 
arı bir erkək arı ilə cütləşmir. O, bir necə erkək arılarla cütləşir (poliandriya – çoxərlilik). Ana arı 
ilə cütləşən hər bir erkək arı, cütləşmədən sonra ölür. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə