- 68 -
Son vaxtlar dünya arıçıları tərəfindən müvəffəqiyyətlə istifadə olunan arıçılıqda süni
mayalandırma, bir ana arı ilə cütləşən erkək arıları idarə edə bilmənin tək yolu olduğu üçün, ana arı
yetişdirilməsində olduqca əhəmiyyətlidir. Bu da ana arıların tam nəzarət altında cütləşdirilməsinə
zəmanət verir ki, o da bu sahədə seleksiya-damazlıq işlərinin səmərəliliyini yüksəldir. Onu da qeyd
etmək lazımdır ki, döllənmə zamanı ana arıların təbii şəraitdə erkək arılarla cütləşməsinə pis hava
şəraiti maneçilik törədir. Lakin süni mayalandırma zamanı ana arılar hər cür hava şəraiti şərtlərində
müstəqil olaraq istənilən erkək arının sperması ilə mayalandırıla bilir. Bu metodun köməyi ilə ana
arı yetişdirmə proqramının erkən mərhələlərində tam mayalanmış ana arılar əldə edilə bilər ki, bu
da yaz işlərinin formalaşmasında uğurlu olur.
Əsas şərtlərdən biri də arıçılıqda süni mayalandırma əməliyyatını aparmaq üçün xüsusi
avadanlıqlarla təchiz olunmuş steril bir laboratoriyanın olması lazımdır. Laboratoriyada isə əsas
istifadə olunan mayalandırma cihazının, stereomikroskopun, sperma köçürmək üçün şpris dəstinin,
CO
2
narkoz qurğusunun, soyuq işıq mənbəyinin və bəzi digər köməkçi vasitələrin olması mütləqdir.
Bunlardan birinin olmaması süni mayalanmanın həyata keçirilməsinə hec cür imkan vermir.
Şəkil 1. Süni mayalandırma cihazının hissələrinin ümumi görünüşü
Şəkil 2. Spermanın döl yoluna yeridilməsi
Mayalandırma cihazı ilə ana arı müəyyən bir vəziyyətdə tutulur, narkoz verilir və
stereomikroskop altında şprislə erkək arılardan alınan sperma mayalanmanı təmin edən
mikromanipulyator vasitəsi ilə ana arının döl yoluna ötürülür.
Ədəbiyyatlardan məlumdur ki, ilk dəfə ana arılarda süni mayalandırmanı 1927-ci ildə
Watson L.R. müvəffəqiyyətlə reallaşdırmışdır [2]. Bu əməliyyatdan sonra bir çox mayalandırma
alətləri əldə edilmiş və sınaqdan keçirilmişdir. Nolan W.J. (1937) mövcud cihazda bəzi düzəlişlər
etməyə nail olmuşdur. Laidlaw H.H. (1944)
ana arıda döl yolu qıvrımına diqqəti çəkmişdir. Daha
sonralar 1947-ci ildə Mackensen O. süni mayalandırma texnikalarını yaxşılaşdırdı və CO
2
istifadəsinin əhəmiyyətini sübuta yetirdi. O, dəfələrlə yazılarında qeyd etmişdir ki, CO
2
yalnız ana
arını yatırtmaq və sakitləşdirmək üçün yox, eyni zamanda ana arının yumurta qoymasını
tezləşdirmək üçün də lazımdır [5].
Mackensen O. və Roberts W.C. (1948), bu mövzuda böyük bir
mərhələ reallaşdırmışlar. O zamandan etibarən, mayalandırma cihazına bir sıra düzəltmələr edilərək
günümüzədək gəlib çatmışdır (Vesely V. 1969, Camargo J.M. 1968, Ruttner F. 1976, Schley P.
1983, Cobey W.S. və b. 2013).
- 69 -
Dünya arıçılığında son zamanlarda istifadə edilən və yüksək məhsuldarlığın stimul vericisi
sayılan süni mayalandırmadan Azərbaycan Respublikasında da yararlanılmağa başlanılmışdır. Bu
məqsədlə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun
Ariçiliq Mərkəzində a.e.dok. Allahverdi Seyidovun rəhbərliyi altında Azərbaycanın Gəncə-Qazax
bölgəsində ilk dəfə olaraq ana arılarının instumental yolla süni mayalandırılmasına başlanıldı. Və
bu iş Mərkəzin əməkdaşları tərəfindən müvəffəqiyətlə aparılır.
Onu da qeyd etmək və təşəkkür etmək istərdik ki, Respublika Kənd Təsərrüfatı Nazirliyinin
və FAO-nun xüsusi köməkliyi ilə HETİ-nin “Arıçılıq” Mərkəzinə 2016-cı ildə Almaniya istehsalı
olan və müasir tələblərə cavab verən, professor Piter Schley tərəfindən təkmilləşdirilmiş “Ana
arıları süni mayalandırma” cihazı verilmişdir. Və bu laboratoriya avadanlığının hesabına “Arıçılıq”
Mərkəzində tərəfimizdən 2016-cı ildə Boz dağ Qafqaz arı cinsi süni mayalandırma texnologiyası
əsasında kifayət qədər süni döllənmiş ana arılar yetişdirilmişdir. Və yetişdirilmiş həmin ana
arılardan Respublikada ana arıya olan təlabatın ödənilməsində istifadəsi nəzərdə tutulmuşdur. Bu
proses artıq davamlı şəkildə davam etdirilir.
ƏDƏBİYYAT
1.
Seyidov A.K., İbrahimov R. Arıçılara kömək. “Müəllim” nəşriyyatı, Bakı, 2013, -52 s.
2.
Watson L. R. (1927) Controlled mating in the honey bee. Report of State
Apiarist, Iowa: 36-41.
3.
Nolan W. J. (1937) Improved apparatus for inseminating queen
bees by the
Watson method. Jour, Econ. Ent. 30: 700-705, illus*
4.
Laidlaw H. H. (1944) Artificial insemination of the queen bee (Apis melli-
fera L.) Morphological basis and results. Jour, Morph. 74 i 429-435 illus.
5. Mackensen O. (1947) Effect of carbon dioxide on initial oviposition of
artificially inseminated and virgin queen bees. Jour, Econ, Ent, 40 J 344-349.
6. Mackensen O; Roberts W. C. (1948) A manual for the
artificial Insemination
of queen bees. USDA Bureau of Entomology and Plant Quarantine. ET-250
7. Camargo J. M. (1968) Note on techniques for instrumental insemination of
queen honeybees. Jour. Apic. Res. 7: 157-161.
8. Vesely V. (1969) Modification of the Mackensen-Roberts apparatus. In: The
Instrumental Insemination of the Queen Bee. Apimondia, Bucharest, 35-37
9. Ruttner, F (1976) Instrumental insemination of honey bee queens.
Apimondia; Bucharest, Romania.
10. Cobey W.S.; Tarpy D.R.; Woyke J., Standard
methods for instrumental
insemination
of Apis mellifera queens, Journal
of Apicultural Research,
2013, 52 (4), DOI 10.3896/IBRA. 1.52.4.09;
11. Schley P (1983) Praktische Anleitung zur instrumentellen Besamung von
Bienenkönigiennen. Selbstverlag, Giessen
ABSTRACT
Elnur Akhmedov
Fariz Salmanov
Bahar Shukurova
ON PROSPECTS OF ARTIFICIAL INSEMINATION OF QUEEN BEES
YOU AZERBAIJAN
The article describes the instrumental insemination queens and conduct artificial insemination for
the first time on queenbee testing in Azerbaijan.