2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

- 70 -
 
 
 
РЕЗЮМЕ 
                                                                                                                                   Элнуp Ахмедов 
                                                                                                                                Фapuз Cалманов  
                                                                                                                               Бahap Шюкурова 
 
О ПЕРСПЕКТИВАХ ИСКУССТВЕННОГО ОПЛОДОТВОРЕНИЯ ПЧЕЛИНЫХ 
МАТОК В АЗЕРБАЙДЖАНЕ 
 
 
В  статье  излагается  инструментальное  оплодотворение  пчеломаток  и  проведение 
искусственного осеменения пчеломаток впервые в Азербайджане. 
 
  
                                                                                                     
 
 


- 71 -
 
 
 NATİQ MƏMMƏDOV 
Azərbaycan Dövlət Aqrar Universiteti 
natiq.mamedov@mail.ru
 
 
ƏSAS GƏLİR DÖVRÜNDƏ ANA ARININ YUMURTA QOYMASININ 
MƏHDUDLAŞDIRILMASI 
 
Açar sözlərNaxçıvan, ana arı, yumurtaqoyma, məhdudlaşdırma  
Ключевые слова: Нахчыван, пчелиная матка, яйценоскость, ограничение 
Key words: Nakhchivan, the queen beeegg-layinglimitation 
Naxçıvan  MR  şəraitində  gəlir  dövrünün  uzun  yoxsa  qısa  olacağını  proqnozlaşdırmaq  yerli  iqlim 
şərtlərinə  görə  çox  çətin  məsələdir.  Arı  ailələrindən  gəlir  dövrünün  sonunda  bal  süzümü  həmişə 
arıçıları  çıxılmaz  vəziyyətə  salır.  Yarısınadək  və  yaxud  yuxarıdan  üçdə  bir  hissəsi  balla  dolu 
şanların  aşağı  hissəsi  əksər  hallarda  möhürlü  və  ya  möhürlənməmiş  sürfə  və  ya  müxtəlif  yaşlı 
yumurtalarla dolu olur. Arıçı bal süzərkən ya belə şanlardakı baldan vaz keçməli olur,ya da ki, belə 
şanları balsüzənə salıb çıxardıqda sonra mövcud bala artımını bilərəkdən məhv etmiş olur.  
Giriş. Əsas gəlir dövründə ana arıların məhsuldarlığının aşağı salınması, həmçinin əsas gəlir 
dövründə  boş  hücrələrdən  ibarət  şanları  çox  olan  bir  yuvada  nektar  yığımı  üçün  şərait  yaratmaq 
məqsədiilə  bəzən  arıçılar  əsas  gəlir  dövründə  ana  arını  məhv  edir  ki,  şan  üzərində  yumurta 
qoyulmuş    sahə    azalsın.  Amma  ana  arının  məhv  etmədən  belə  ana  arının  yumurtaqoymasını 
məhdudlaşdırmaq mümükündür [7]. 
Bildiyimiz  kimi    ana  arı  sutka  ərzində  1500-  2000    yumurta  qoya  bilir  ki,  bu  da  onun  öz 
kütləsinə bərabərdir. Ana arının bu cür yüksək məhsuldarlığını aşağı salmaq mümkün olmadığından 
bəzən arıçılar süni üsullardan istifadə etmək məcburiyyətində qalırlar. Bu hal arıçılıqda ana arının 
yumurta qoymasının məhdudlaşdırılması adlanır [2]. 
 Material və metod. Ana arının yumurta qoymasının məhdudlaşdırılması mexaniki və təbii üsullara 
ayırmaq  olar.  Mexaniki  (məcburi,süni  surətdə)  üsulada  ana  arı  süni  üsulla  yumurta  qoyulacaq 
şanlardan ayrı salınır.Təbii üsulda isə arılara xüsusi qulluq göstərilərək aparılır ki, bu zaman ana arı 
şanda azad qalır[5].  
Tədqiqatın  məqsədi.  Naxçıvan  MR  şəraitində  arı  ailələrindən  maksimim  bal  məhsulu 
götürmək məqsədilə əsas gəlir dövründə ana arıların yumurta məhsuldarlığını məhdudlaşdıraraq işçi 
arılara daha çox nektar toplamaq üçün yer və zaman ayırmaq və bu zaman ana arının keyfiyyətinin 
aşağı salınmamasına nail olmaq tədqiqatımızın əsas məqsədi olmuşdur[4]. 
Təcrübənin gedişi. Ana arının mexaniki üsulla izolə edilməsi üsulları müxtəlifdir.  
1.Ana arının müvəqqəti olaraq şan üzərində qəfəsdə və ya  kolpak altına saxlanılması 
2. Ana arının 2-3 şanla birlikdə əsas ailədən xüsusi şəbəkə ilə ayrılması 
3. Çoxmərtəbəli korpuslarda ana arının alt mərtəbədə izolə edilməsi 
4. Ana arının izolə edildiyi torun (şəbəkəni) içərisindəki şanları dolduqca dəyişməklə 
Ana  arının  yumurta  qoymasının  məhdudlaşdırılması  hətta  az  gücə  malik  olan  ailələrdə  belə  bal 
məhsuldarlığının  artmasına  səbəb  olur.Amma  ana  arının  ailədən  tamamilə  götürüılməsi  əvəzinə 
onun  izolə  edilmısi  daha  yaxşı  effekt  verir,  çünki  bu  zaman  az  da  olsa  yeni  nəsil  əldə  edilir.  Ana 
arının qəfəsdə saxlanılması yaxud şan üzərində kolpak altında izolə edilməsi dəyişdiriləcək analar 
üçün nəzərdə tutula bilər.       
Qəfəsdə  saxlanılmış  yaxud  şan  üzərində  kolpak  altında  izolə  edilmiş  analar  çox  hallarda 
yumurtaqoyma  məhsuldarlığını  ya  itirir,  ya  da  nəzərə  çarpacaq  dərəcədə  azaldır.  Bundan  əlavə 
qəfəsdə saxlanılmış anası olan ailələr yetimlik hissi keçirdiklərində tezliklə ana məmələri vururlar. 
Ana  arının  yumurta  qoymasının  məhdudlaşdırılmasının  ənyaxşı  üsulu  ananı  2-3  şanla  birlikdə  əsas 
ailədən izolə edilməsidir. [1]. 
  Tədqiqatın  müzakirəsi.  Amma  ana    arının  yumurta  qoymasının  mexaniki    üsulla 
məhdudlaşdırılması arıxana işlərinin düzgün aparlması zamanı lazımsız bir şeyə çevrilir. Belə ki, 
1.
 
Əsas  gəlir  dövrünə  güclü  ailələr  hazırlanmalıdır.  Çünki  güclü  ailələr  yenicə  boşalmış 
hücrələr  tez  bir  zamanda  nektarla  doldururlar.  Zəif  ailələr  əsas  gəlir  dövründə  hələ  inkişaf 


- 72 -
 
 
mərhələsində  olduqlarından  boş  hücrələrə  nektar  doldura  bilmədiklərindən  yumurtaqoymanı 
məhdudlaşdıra  bilmnirlər.  Belə  ailələrdə  əksinə  əsas  gəlir  dövründə  ana  rının  yumurtaqoyma 
məhsuldarlığı  yüksək  olur.  Başqa  sözlə  desək  güclü  ailələr  özləri    əsas  gəlir  dövründə  ana  arının 
yumurtaqoyma  məhsuldarlığını  təbii  surətdə  aşağı  sala  bilirlər.  Əsas  gəlir  dövrünə  güclü  ailələrlə 
çıxmaq arıçının öz əlindədir desək yanılmarıq [4]. 
2.  Yuvanın  genişləndirilməsi  zamanı  yeni  çərçivələri  düzgün  yerləşdirməklə  də  an  arının 
yumurtaqoymasını nizamlamaq mümükündür. Arıçı yumurtaqoymanı sürətləndirmək istəyirsə şanlı 
çərçivələri axırıncı sürfəli şanla lap axırıncı bağlayıcı şan arasına yerləşdirməlidir. Gəlir dövründə 
yumurta üçün yox, bal üçün qoyulan şanlar yuvanın ən axırıncı şanının yanından qoyulmalıdır. Ana 
arı bu şanlara yumurta qoymayacaq və həmin gözcüklər nektar yığılacaqdır. [8]. 
3.  Ballı  çərçivələri  vaxtında  ayırıb  süzmək  vacibdir.  Əsas  gəlir  dövründə  arılar  yuvaya 
qaytarılan boş şanları daha tez doldurmağa meyilli olurlar. Amma gəlir çox deyilsə, və bir neçə gün 
əlverişsiz hava şəraiti hökm sürürsə onda ana arı boş hücrələrə çoxlu miqdarda yumurta qoymaqla 
yığımın azalmasına təsir göstərəcək. [6,3].   
Bütün bunlar baş verməsin deyə yarımçərçivəli korpuslu yuvalara şanları enlənmiş çərcivələr 
qoymaq lazımdır ki , ana arılar bu şanlara yumurta qoymurlar.  
İkikorpuslu  pətəklərdən  bal  süzümü  üçün  6  çərçivədən  çox  götürülməmlidir  və  onlar  yuvaya 
qaytarıldıqda yuvanın hər tərəfinə 3 ədəd olmaqla yerləşdirilməlidir.   
Sadalanmış  qaydalara  riayət  etməklə  ana  arının  yumurtaqoymasının  təbii  üsulla 
məhdudlaşdırılmasına nail olmaq olar ki, bu da əsas gəlir dövründə arıların daha intensiv işləməsinə 
(nektar dalınca getməsinə) səbəb olar.     
Gəlir  dövrü  geçikəndə  arıxanada  müvəqqəti  ayırmalar  edirlər  ki,  əsas  gəlir  dövrünə  ailələri 
gücləndirmək mümkün olsun. Bəs müvəqqəti ayırmaları gəlir dörvündə necə istifadə etməli, onları 
əsas  ailələrlə  birləşdirməli,  yoxsa  müstəqil  işləməyə  buraxmalı?  Ayırmaları  birləşdirmək  iki  cür 
nəticə verir. 
1. Aillənin gücünü artırır və nektar toplamı sürətlənir. 
2.Yumurtaqoyma  məhsuldarlığı  azalır,çünki  birləşmiş  ailədə  yalnız  bir  ana  yumurta  qoyur.  Ona 
görə də birləşdirmənin məqsədəuyğunluöunu müəyyənləşdirmək üçün birləşdiriləcək ailələrin gücü 
və  gəlir  dövrünün  uzunluğu  nəzərə  alınmalıdır.  Əgər  ayırma  əsas  gəlir  dövrünə  2-3  kq  kütləyə 
malik  olursa  onda  onu  əsas  ailəyə  və  yaxud  digər  belə  gücə  malik  ayırmaya  birləşdirmək 
məqsədəuyğundur.  Ayırma  əsas  gəlir  dövrünə  kifayət  qədər  güclü  (10-12  çərçivədə)  haldadırsa 
onda belə ailəni əsas gəlir dövrünə müstəqil saxlamaq məsləhətdir. [9]. 
Nəticə.  Ayırmaları  digər  ayırma  yaxud  əsas  ailə  ilə  birləşdirmək  əsas  gəlir  dövründə  ana 
arının  yumurta  qoymasının  məhdudlaşdırılacağı  zaman  yaxşı  nəticə  verir.  Uzunmüddətli  (30 
gündən  çox)  gəlir  zamanı  ailələri  birləşdirmək  və  bununla  da  sürfə  inkişafını  ləngitmək 
məqsədəuyğun  deyil,  çünki  güclü  ayırmalar  həm  çox  nektar  yığmağa,  həm  də  çoxlu  sürfə 
yetişdirməyə  meyilli  olur.  Ailələri  birləşdirərkən  bu  ilin  yazında  çıxmış  cavan  anaları  ailədə 
saxlamaq lazımdır.Belə cavan analı ailələr beçə verməyə meyilli olmur ki bu da əsas gəlir dövründə 
vacib amildir. 
Pətəyin növündən asılı olmayaraq ana arını əsas gəlir dövrünə 8-10 gün qalmış izolə etmək 
lazımdır. Bu zaman əmin olmaq lazımdır ki, ana arı  keçə bilməyən həmin hissədə bütün möhürlü 
sürfələr çıxacaq və onlar çıxdıqdan dərhal sonra həmin hücrələrə yığılmış nektarın bala çevrilərək 
yetişə bilməsi üçün lazımi vaxt yetərincə olacaq. [8,9,10]. 
 
ƏDƏBİYYAT 
                                                                                                                                             
1.
 
Sultanlı Q.İ. Arıçılıq. Bakı, 2003, 346 s. 
2.
 
Sultanov Q.İ. Arçının məlumat kitabı. Bakı, 1990, 136 s.   
3.
 
Tahirov  Ə.S.  Naxçıvan  MR-də  erkən  yazda  bal  arısı  (Apis  mellifera  L.)  ailələrində  arıların 
yerişdirilməsi və paket arıçılığının inkişafı: Biol.elm. nam. … dis. avtoref. Bakı, 2008, 20 s. 
4.
 
Kemal Çelik ve digerleri. Arıçılık el kitabı. Çanakkale, Türkiye, 2012, 366 seh. 
5.
 
Lampetl Franz. Arıcılıq. İstanbul, 2012, 184 s. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə