- 87 -
Yeyinti məhsullarının ixracı üçün mənşə və keyifyyət sertifikatı tələb olunur. Ancaq bu
sertifikatları almaq üçün digər sertifikatların da alınması tələb olunur. Keyfiyyət sertifikatı yalnız
Avropa Birliyinə ixrac üçün tələb olunur. Digər sertifikatlar isə digər olkələrə mal ixracı zamanı
malı müşayiət edən sənədlərin siyahısına daxil edilməlidir.
Baytarlıq şəhadətnaməsinin verilməsinə Dovlət Baytarlıq Xidməti,
Gigiyenik sertifikatın
verilməsinə Səhiyyə Nazirliyi,
Uyğunluq sertifikatının verilməsinə Standartlaşdırma, Metrologiya və Patent uzrə Dovlət
Komitəsi,
Keyfiyyət sertifikatının verilməsinə İqtisadiyyat Nazirliyi məsuldur.
Hər il dəyəri milyon manatlarla ölçülən və heç bir xərc çəkilmədən Muxtar Respublikamızın
zəngin florası tərəfindən yaradılan min tonlarla nektar və çiçək tozunun əhalimizin rifahı naminə
tədarük edilməsinə nail olmaq üçün arı ailələrinə zoobaytar qaydada qulluq edilməsi, vaxtlı-
vaxtında baytarlıq tədbirlərinin aparılması və arı ailələrinin çiçək bol olan ərazilərə köçürülməsinin
böyük əhəmiyyəti vardır.
Qışlamadan çıxmış arı ailələrinə ilk baxış: Günəşli, sakit, havanın temperaturu +12
0
C-dən
artıq olan günlərdə arıxanada ailələrə ilk baxış keçirilməklə ana arı, yem ehtiyatı və xəstəlik
əlamətləri müəyyən edilməlidir.
- Pətəyin istilik rejiminin nizamlanması üçün,
pətəkdən artıq boş çərçivələr çıxarılmalı arakəsmələr
tətbiq olunmaqla yuva qısaldılmalıdır.
-Gücü zəif olan anasız arı
ailələri, ana arılı zəif ailə ilə birləşdirilməli normal gücə gətirilməlidir.
-Yem ehtiyatı az olan ailələrə ballı və güləmli çərçivələr verilməli və ya 5 kq şəkər pudrası ilə 1kq
süzmə bal qarışdırılaraq istilər düşənədək (temperatur 20
0
C olanadək) arı ailələrinə verilməli, sonra
1:1 nisbətində vitaminli şəkər şərbəti ilə yem ehtiyatı tamamlanadək arılar yemləndirilməlidir.
- Hər arı ailəsi üçün
0,5-0,7 kq şan vərəqləri, 7-10 ədəd simli çərçivələr və ehtiyat pətəklər
hazırlanmalıdır.
Köçürülmə sahələrində arıların yerləşdirilməsi: Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nomrəli Qərarı ilə təsdiq edilmiş “Bal arısı cinslərinin və
populyasiyalarının rayonlaşdırılması Qaydası”na əsasən, bal arısı cinslərini və onların
populyasiyalarını müxtəlif mövsümlərdə nektar və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədi
ilə onların respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi təmin
edilməlidir. Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda
bitki örtüyünə olan tələbatı nəzərə alınaraq, arı ailələrini köçürmək məqsədi ilə arıxanalar
köçürülmə zonalarında su mənbələrinə yaxın ərazilərdə, 20-30 ailə bir qrupda olmaqla digər
qruplardan ən azı 3-4 km aralı məsafədə yerləşdirilməli, pətəklər arası 3-3,5 metr, cərgələr
arasındakı məsafə isə 10 metrdən yaxın olmamalıdır. Arı ailələrini rütubətdən (nəmlikdən) və
ziyanvericilərdən (qarışqa, kərtənkələ və kirpilərdən) qorumaq üçün pətəklər minimum 30-40 sm
hündürlükdə olan dayaqlar üzərinə qoyulmalı, dayaqların aşağı hissəsinə işlənmiş yağlar, (avtol,
solidol) sürtülməlidir. Arıxana yerləşdirildikdə hər bir arı ailəsi üçün 30-40 m
2
yerləşmə sahəsi
olmalıdır.
Dağ kəndlərində olan arı ailələri ilk yazda (fevral-mart) mümkün qədər aran zonasına
köçürülməli, daha sora təbiətdə çiçəkləməni izləməklə arıları mərhələlərlə dağətəyi və dağlıq
zonalara köçürməlidir.
Arıların nektar yığımında daha çox gəlir gətirməsi üçün pətəkdə arıların sayını 80-100 minə
çatdırmaq lazımdır.
Arıçı ərazinin relyefindən asılı olaraq çiçəkli sahələri müəyyən edilməli, arı ailələri həmin
ərazilərə maksimum yaxın yerləşdirilməlidir.
Beçə vermənin qarşısını almaq məqsədilə ayırma beçələr yaradılmalı, ailələrin iş imkanları
artırılmalıdır. Pətək genişləndirilməli, yataq pətəklərdən və mərtəbələrdən istifadə olunmalıdır.
Bal süzmənin həyata keçirilməsi üçün
bal süzən aparatı, şan möhürünün açılması üçün
bıçaqlar, bidonlar, süzgəclər, daşınma üçün araba və daşıyıcı qutuların tədarük edilməlidir.
Süzülməyə götürülən ballı çərçivələrin ən azı 3/2 hissəsi möhürlənmiş olmalı, hər ailə üçün
orta hesabla hər çərçivə arı üçün 2-2,5 kq ballı-güləmli çərçivələrdən qış ruzisi götürülməli, bunun
- 88 -
70% pətəkdə, 30% -i anbarda saxlanmalı. qalmış çərçivələr əmtəəlik
üçün süzülməlidir.
Qaralmış və köhnəlmiş şanlar süzüldükdən sonra mum ehtiyatı üçün doğranıb əridilməlidir.
Bal süzümündən sonra ailələrdə yem ehtiyatı yoxlanılmalı,
2 yaşdan yuxarı analar pətəkdən
kənarlaşdırılmalı və ailələr mayalanmış cavan analarla əvəz edilməlidir.
Arı ailələrinin payız və qış hazırlığı:
Ailələrin yem ehtiyatına baxılmalı, hər ailə üçün yem
çatışmazlığı aradan qaldırılmalı, arı pətəklərindən artıq çərçivələr götürülməklə yuva qısaldılmalı,
arakəsmə və istiləşdirici
materiallar tətbiq edilməli, uçuş bacası 0,5-1 sm-dək daraldılmalıdır
Arı saxlanılacaq binalar rütubətsiz, qaranlıq və səs-küysüz olmalı, bütün qışlama dövrü otağın
temperaturu -2
0
C və +4
0
C dərəcə intervalında, nisbi rütubət 75-85% arasında olmalıdır. Binada
pətəklər 3 mərtəbəli dəmir dayaqlar üzərində yerləşdirilməklə. Hər pətək üçün 0,5-0,6 m
3
sahə tələb
olunduğu nəzərə alınmalıdır.
Ailə-kəndli təsərrüfatlarının və digər kiçik təsərrüfatların istehsal potensialından tam istifadə
etmək, kənd yerlərində məşğulluğu təmin etmək və əhalinin gəlirlərini artırmaq, eyni zamanda
Muxtar Respublikada arıçılıq məhsulları ilə təminatında yerli istehsalın xüsusi çəkisini artırmaq
üçün kənd yerlərində arıçılığın inkişafı stimullaşdırılacaq, bu istiqamətdə istehsal fəaliyyəti ilə
məşğul olmaq istəyən təsərrüfatların inkişaf etdirilməsi dəstəklənəcəkdir.
Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında aparsalar, arı ailələrinin
sağlamlığını təmin edər, onların sayını artırar və bol məhsul istehsal etmiş olarlar.
Çıxışımın sonunda nəzərinizə çatdırmaq istərdim ki, bu gün Muxtar respublikada istehsal
olunan bal brend mal olaraq bazarlarda Azərbaycanın digər regionlarının balından baha qiymətə
satılır.
Sonda Beynəlxalq elmi-praktik konfransı təşkil etdiyinə görə universitet rəhbərliyinə,
qonaqlara minnətdarlığımızı bildirir və konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun!
ƏDƏBİYYAT
1) Naxçıvan MR Dövlət Statistika Komitəsinin heyvandarlığın vəziyyəti haqqında 2003-2017-ci
illərin əvvəlinə buraxdığı statistik bülletenlər.
2) Bal arıları aləmində. Bakı-2011 Q. Sultanlı
3) Arıçılıq təbiət və təbabət. Bakı – 2015
Etibar Məmmədov
4) Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri. Naxçıvan-2015 S. Məhərrəmov, Ə. Tahirov, E.
Əsədov
ABSTRACT
Development conception of the apiculture bee-keeper have been explained development
dynamics of the apiculture in the material of named conference prepared in the autonomous
republic in (the) state support shown to businessmen (owners), credits given them and 10 last
(recent) years in the wide picture (photo).
РЕЗЮМЕ
В материале «Концепция развития пчеловодство» Международному конференции
указано развития пчеловодства в Нахичеванской Автономной республике, всеxеcтронный
государственной поддержки пчеловодов и динамика развития пчеловодство в последнее
десятилетие объяснено подробно.