- 89 -
ZÜLFİYYƏ SALAYEVA
AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu
Zulfiyyə
Salayeva@rambler.ru
SÖYÜDKİMİLƏR (SALİCACEAE MİRB.) FƏSİLƏSİNİN NEKTARLI BITKILƏRİ
Açar sözlər:nektarlı bitkilər, bal, arıçılıq, fəsilə, cins, növ
Ключевые слова: нектароносные растения, мед, пчеловодство, семейство, род, вид
Key words: nectar plants, mead, apiculture, family, genus, species
Naxçıvan Muxtar Respublikası florasında təsərrüfat əhəmiyyətli bitkilər arasında nektarlı
bitkilər xüsusi yerə sahib olmaqla, arıçılığın inkişafında böyük əhəmiyyət kəsb edir. Ərzaq
məhsullarının təhlükəsizliyi məsələlərinin mühüm əhəmiyyət daşıdığı dövrümüzdə arıçılığın
inkişafına xüsusi diqqət yetirilir. Floramızda 181 növ bal verən bitki növü aşkar edilmişdir.
Bunların içərisində Söyüdkimilər (
Salicaceae Mirb.)
fəsiləsinə daxil olan söyüd cinsinin növləri
xüsüsi yer tutur.
Salicaceae Mirb. - Söyüdkimilər.İkievli ağac və ya kol bitkiləridir. Yarpaqları növbəli, sadə
və saplaqlıdır. Tam ayalıdır, yarpaq altlıqları tez töküləndir. Söyüdkimilər yarpaqlanmadan əvvəl və
ya yarpaqları açılan vaxt çiçəkləyirlər.Çiçəkləri bir cinsli olub, çiçək yanlığı olmayan, sırğa çiçək
qrupunda toplanmışdır. Sırğaları çiçəklədikdən və ya meyvələri yetişdikdən sonra bütövlüklə
qoparaq ağacdan düşür. Çiçək altlığı pulcuqlarının kənarı tam və bölümlü olur. Erkəkcikləri 1-5 və
ya çox olur. Erkəkciklərin sapı növbədən asılı olaraq sərbəst, qaidə hissəsinə və ya yuxarı hissəsinə
kimi bitişik olur. Dişicik iki meyvə yarpağından əmələ gəlmişdir. İki ağızcıqlıdır, yumurtalığı
üstdür. (
Populus və
Salix cinslərinin çiçək qrupları bir-birindən fərqlidir).Yumurtalığı biryuvalıdır,
çoxtoxumlu qutucuqludur. Toxumları xırdadır, qadə hissəsindən dəstə şəklində uzanan uçağa
malikdir.Anemofil (
Populus) və entomofil (
Salix) bitkilərdir. Növlərindən çay və dərə sahillərinin
bərkidilməsində istifadə etmək effektlidir. Nektarlı bitkilərdir. Dünyanın mülayim və soyoq iqlimli
ölkələrində yayılan 3 cins üzrə 700-ə yaxın növü vardır (1, s.209-211). Azərbaaycanda 2 cins üzrə
yabanı 15 növ və becərilən 5 növə rast gəlinir.Naxçıvan Muxtar Respublikasında isə 2 cinsə aid 23
növ
daxildir ki, bunlardan 1 növü mədəni halda becərilir.
Salix L.-Söyüd. İkievli kol, uca və ortaboylu ağac bitkiləridir. Yarpaqları iki yarpaqaltlıqlı,
qısa saplaqlı və müxtəlif formalıdır. Erkəkcik daşıyan çiçəkləri sırğa çiçək qurupunda toplanmışdır.
Erkəkcik daşıyan çiçəkləri çiçəkaltlığı yarpağı və onun qoltuğunda yerləşmiş erkəkciklərdən ibarət
olur. Çiçəkaltlığı tamkənarlıdır, tükcüklərlə örtülmüşdür. Erkəkcik 2 nadirən 3-5 və ya çox olub,
sərbəst və ya birləşmişdir. Dişicikdaşıyan çiçəklər də çiçəkaltlığı qoltuğunda yerləşmişdir.
Yumurtalıq oturaq və ya ayaqcıqlar üzərində yerləşir, çılpaqdır və üzəri tükcüklərlə örtülmüşdür.
Sütuncuq bir, tam və ya iki bölümlüdür. Meyvələri biryuvalı, çoxtoxumlu qutucuqludur. Entomofil
bitkilərdir. Ümumi çiçək formulu:
P
0
A
2
(tez-tez)G
0
,
P
0
A
0
G
(2)
kimidir. Dünyanın
mülayim və soyuq iqlimli ölkələrində yayılan 600-dən artıq növü vardır. Cnsin Azərbaycanda və
Naxçıvan Muxtar Respublikasında 11 növü yayılmışdır.Naxçıvan Muxtar Respublikasının flora
spektri kitabında Naxçıvan florası yeni fəsilə, cins və növlərlə zənginləşdirilmişdir(2; 3, s. 74-79; 4,
s. 62-65; 5, s. 108-109). Naxçıvan Muxtar Respublikası florasında yayılan Söyüdkimilər fəsiləsinin
son toksonomik spektri aşağıdakı kimidir:
Ordo. Salicalis
Fam.: Salicaceae Mirb. – Söyüdkimilər
Genus: SalixL. – Söyüd
1.
S. caprea L. – Keçi
söyüdü
2.
S. aegyptiaca L. (S. phlomoides Bieb.) – Şişkinli s.
3.
S. purpurea L. – Qonur s.
4.
S. caspica Pall. – Xəzər s.
5.
S. wilhelmsiana Bieb. – Vilhelm s.
6.
S. triandra L. – Üçerkəkcikli (Ağçubuq) s.
7.
S. alba L. – Ağ s.