- 11 -
KAYNAKLAR
1. Shimanuki, H., Knox D.A., Furgala B., Caron D.M. and Williams J.L., 1992. Diseases and pest
of honey bee. In Graham, J.M., (Ed), The hive and the honey bee. Dadant & Sons, 1083-1152 p,
Hamilton, Illinois, USA.
2. Anonymous, 2000. Mid-Atlantic Apicultural Research & Extension Consortium. 501 ASI
Building,
University Park, PA, Publication 4.7.
3. Duncan, D.B., 1995. Multiple range and multiple F tests. Biometrics, 11, 1-42.
4. Goodwin, M., Eaton V.C., 2001. Control of varroa. A guide for New Zealand beekeepers. New
Zealand Ministry of
Agriculture and Forestry, http://www.nzfsa.govt.nz (10.10.2007).
5.Gregorc, A. and Planinc I., 2004. Dynamics of falling varroa mites in honeybee (
Apis mellifera)
colonies following oxalic acid treatments. Acta. Vet. Brno., 73 (3), 385-391.
ABSTRACT
EFFICACY OF THYMOL AND THYMOL ACTIVE INGREDIENT PRODUCTS
AGAINST OF PARASITIC MITE (Varroa destructor Anderson&Trueman)
Effects of powdered thymol, Thymovar and Apiguard for the control of the honey bee
parasitic mite Varroa destructor and colony growth parameters were evaluated in this research. The
best results were obtained with powdered thymol (92.03%) and in Thymovar (83.60%). The
efficacy of Apiguard was 76.08%.
Applications of powdered thymol and thymol active ingredient products used in this research did
not show any negative effects on the brood area and bee populations.
- 12 -
HƏBİB HÜSEYNOV
hebib huseynov.1972@mail.ru
YUNİS RÜSTƏMLİ
yunis.r@mail.ru
Naxçıvan Dövlət Universiteti
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ BAL ARILARININ NOZEMA
(NOSEMA APİS Z.) PARAZİTİ İLƏ YOLUXMA DƏRƏCƏSİNİN AİLƏNİN GÜCÜNDƏN
VƏ İLİN FƏSLİNDƏN ASILILIĞI
Açar sözlər:
nozematoz, arı, bal, məhsuldarlıq, Naxçıvan
Key words: nozematoses, bee, honey, productivity, Nakhchivan
Ключевые слова: нозематоз, пчела, мёд, продуктивность, Нахчыван
Mikrosporidilər (Mikrospora) təbiətdə geniş yayılmış və heyvanlar arasında xəstəlik
törədən parazitlərdir. Əsasən həşərat, xüsusən də ictimai həyat sürən onurğasız heyvanların
parazitləri olduğundan ipəkçilik və arıçılığa ciddi iqtisadi zərər vururlar. Bağırsaq parazitləri olan
mikrosporidilər dar bir ərazidə saxlanılan arı ailəsində tez bir zamanda yayılaraq nozematoza səbəb
olurlar.
Nozematoz dünyada və respublikamızda geniş yayılmış və iqtisadi cəhətdən arıçılığa ziyan
vuran Nosema apis paraziti tərəfindən törədilir. Xəstəlik əsasən yaz aylarında özünü büruzə verir.
Yaya doğru havaların istiləşməsi ilə əlaqədar olaraq nozema sporları inkişaf edə bilmir. Xəstəlik
əsasən yuxarı dağlıq zonalarında qışın uzun sürməsi ilə daha ağır keçir. Bu zaman yoluxan arıların
75 %-i tələf olur [2]. Xəstəliyə tutulmuş arıların qarnı şişkinləşir, qanadları titrəyir, uçma
qabiliyyəti zəifləyir, onlar sürünə-sürünə hərəkət edir və iflic olurlar. Bu xəstəliyə el arasında ishal
xəstəliyi də deyilir. Arılar ifrazatları ilə pətəyin içəri divarını, arakəsmə və çərçivələrin üzərini
çirkləndirirlər. R.L.Sultanov nozematozun respublikanın bütün arıxanalarında yaşlı arıların geniş
yayılmış invazion xəstəliyi olduğunu bildirir [3]. Bu xəstəlik ilin mövsümündən də asılıdır. Buna
bəzən yaz mövsümü xəstəliyi də deyilir. T.M.Yefimenko yaz dövründə arıxanalarda arıların
əksəriyyətinin bu xəstəliyə tutulduğunu qeyd edir [5]. V.Ştexe bu xəstəliyin intensivliyinin havanın
hərarətindən və rütubətliyindən asılı olduğu haqda məlumat verir [6].
R.L.Sultanov, Q.Q.Əliyev göstərirlər ki, arı ailələri dağətəyi bölgələrdə daha səmərəli
qışlayır, az yem məsarif edir, arı itkisi az olur, yazda yaxşı inkişaf edir. Bu xəstəliyin başlanması
vaxtı, müddəti və dərəcəsi arı ailələrinin vəziyyətindən asılı olduğu kimi həm də arıxananın
yerləşdiyi coğrafi şəraitdən çox asılıdır .
Bozdağ Qafqaz və Sarı Qafqaz arı cinsləri də bir çox üstün cəhətlərə malik olmalarına
baxmayaraq bu xəstəliyə daha çox həssasdırlar.
Yoluxma zamanı törədicinin sporları sürətlə çoxalmağa başlayır. Arıların bağırsaqları
dolduqdan sonra, onlar hemolimfaya (qana) daxil olur və onun axını ilə digər orqanlara da keçərək
onları yoluxdururlar [4].
1996-cı ildə Şərq bal arılarında
Apis cereana-da nozematoza bənzər bir xəstəlik müşahidə
edilmiş, buna da
Nosema cereanae adı verilmişdir. Əvvəllər bu parazitin yalnız Şərq bal arılarında
xəstəlik törətdiyi güman edilirdi. Lakin 2005-ci ildə çinli alimlər
Nosema cereanae-yə Avropa
arılarının da yoluxduğunu müşahidə etmişlər.
2000-ci ildə ilk dəfə Madrid Universiteti baytarlıq
bölümündə
Nosema cereanae-nin
Avropa arılarında parazitlik etdiyi göstərilmişdir. İspaniyada
Nosema cereanae-dən ölümlər 2000-ci ildə 10 % olmuşsa, 2004-cü ildə 88 %-ə çatmışdır. Bu iki
törədici, yəni
Nosema apis və
Nosema cereanae bir-birindən molekulyar genetik metodlarla
ayrılaraq öyrənilir [1].
Tədqiqat Naxçıvan MR-in müxtəlif bölgələrində məskunlaşmış arıxanalarda qışlamadan
sonra erkən yazda arı ailələrinin nozemalarla yoluxma dərəcəsinin ailənin gücü və ilin fəslindən
asılılığını müəyyənləşdirmək məqsədilə aparılmışdır.
Material və metodika
Arı ailələrində Nosema apis Z. paraziti ilə yoluxma dərəcəsinin ailənin gücü və ilin