2. ÜMumi DİLÇİLİk II indd


 XI ƏSRDƏ MAHMUD KAŞQARLININ TƏSNİFİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə63/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   59   60   61   62   63   64   65   66   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

1. XI ƏSRDƏ MAHMUD KAŞQARLININ TƏSNİFİ
Türk dillərinin miqdarı və onların təsnifinə aid ilk söz tür-
kologiyanın bahadırı olan Mahmud Kaşqarlıya məxsusdur.
Şərq dilçiliyinin görkəmli nümayəndəsi kimi şöhrət 
tapmış Mahmud Kaşqarlı XI əsrdə yaşayıb-yaratmışdır. 
O, mədəni mərkəzlərdən biri hesab edilən Kaşqar şəhərin-
 dünyaya gəlmiş və fəaliyyətə başladıqda orta əsrlərin 
ənənəsinə uyğun olaraq, dünyaya göz açıb boya-başa çat-
dığı yerin adını təxəllüs götürmüşdür.
Mahmud Kaşqarlı ilk təhsilini doğma şəhərində al-
mış, biliyini artırmaq məqsədilə əvvəlcə Orta Asiyanın bir 
sıra şəhərlərində, sonra isə ərəb mədəniyyətinin mərkəzi 
olan Bağdadda oxumuşdur. Mötəbər məlumatlara görə, 
Mahmud Kaşqarlı ərəb dili ilə yanaşı, fars dilini və bütün 
türk dillərini öyrənib, onlardan həm elmi, həm də praktik 
məqsədlər üçün istifadə edə bilmişdir.
Filologiyanın sirlərinə dərindən yiyələndikdən sonra 
Mahmud Kaşqarlı linqvistik fəaliyyətə başlamış, əldə et-
diyi nəzəri filoloji bilik və topladığı külli miqdarda zən-
gin dil faktları əsasında dünya dilçiliyini heyran qoyan 
məşhur əsərlərini yaratmağa nail olmuşdur. Onun elm 
aləminə iki əsərinin adı bəllidir: “Divanü luğat it-türk” və 
“Kitabi- Cava-hirül nəhv fil luğat it-türk”. Bunlardan bi-
rincisi türk dillərinin miqdarına, qohumluğuna, fonetik, 
leksik və morfoloji xüsusiyyətlərinə, ikincisi isə sintaksisə 
həsr olunmuşdur. Mahmud Kaşqarlı bütün türk dillərini 
elmi baxımdan müşahidə etməyi, onlara dair ümumi və 
fərqli xüsusiyyətləri işıqlandırmağı qarşıya məqsəd qoy-
muşdur. O bu məqsədə çatmaq üçün türkdilli xalqların 
yayıldığı yerləri – İtil (Volqa) çayı hövzəsindən Çinə qə-
dər olan böyük ərazinin şəhər, kənd və oymaqlarını bir-bir 
gəzib-dolaşmış, müxtəlif türk qəbilələrinin dillərinə dair 
çoxlu söz və ifadə toplamış, bunların mənalarına nəzər 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
110
yetirmiş, ayrı-ayrı dillərdə necə işləndiyini müşahidə et-
mişdir. O, dillərin miqdarı haqqında maraqlı mülahizələr 
söyləmişdir. Bu haqda deyir: “Əsl türklər 20 qəbilədən 
ibarətdir. Mən onları sıra ilə Rum yaxınlığından Şərqə qə-
dər sadalayacağam”. Mahmud Kaşqarlı Becənək, Qıfcaq, 
Oğuz, Yemak, Başkurt, Basmıl, Qay, Yaboğu, Tatar, Qırğız, 
Cigil, Toxsı, Yağma, Uyğur, Cumul və s. əsas qəbilələri sa-
daladıqdan sonra qeyd edir ki, bunlar başlıca qəbilələrdir, 
kiçik qəbilələr, tayfalar daha çoxdur, onların miqdarını 
müəyyənləşdirmək olduqca çətindir.
Mahmud Kaşqarlı o dövrün türk dünyasına – türkdil-
li əsas qəbilələrin yayıldığı və yaşadığı yerlərə dair xəritə 
də tərtib etmişdir.
Türk dillərinin qohumluğu ilk dəfə Mahmud Kaşqarlı 
tərəfindən müəyyənləşdirilmişdir. O, türk dillərinin qo-
humluğunu açarkən müqayisəli metoddan geniş istifadə 
etmişdir.
Müqayisəli metod əsasında həm türk dillərinin qo-
humluğu, həm də onların bir-birindən fərqli cəhətlərini 
göstərmişdir.
Mahmud Kaşqarlı bir-biri ilə qohum olan türk dil-
lərinin müəyyən cəhətlərə görə təsnifini vermişdir. Türk 
dillərinin bu ilk təsnifində hər bir dilin (nitqin) təmizliyi 
(düzgünlüyü), fonetik və qrammatik əlamətləri əsas götü-
rülmüşdür
1
.
Mahmud Kaşqarlının təsnifləri aşağıdakı formadadır:
1. Türk dillərinin saflığı əlamətinə görə təsnifi. Bu 
əlamətə görə alim türk dillərini iki yerə bölür:
a) Saf türk dilləri;
b) Saf olmayan türk dilləri.
1
А.Н.Кононов. Maxмуд Кашгарский и его “Дивану лугат ит-тюрк”. Журнал “CT”, № 1, 
Баку, 1972.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
111
Saf türk dilləri dedikdə Mahmud Kaşqarlı öz kökü 
etibarı ilə türk olan qəbilələrin dillərini nəzərdə tutmuş və 
aşağıdakı dilləri saf hesab etmişdir: oğuz, qıpçaq, peçeneq, 
toxsı, yağma, basmal, yabğu, çarun, başkurd dilləri. Bu dil-
lərdə danışan xalqların ikinci dili olmamışdır.
Saf olmayan türk dilləri dedikdə isə türkləşən qə-
bilələrin dilləri nəzərdə tutulmuşdur. Mahmud Kaşqar-
lıya görə türk dilindən başqa gizli dili olan qəbilələr 
mənşəcə başqasından çevrilmiş, yəni sonradan türk-
ləşmiş xalqlardır və onların dilləri saf deyildir. Buna 
əsaslanaraq o, qabğaç, tatar, xiçay dillərini saf hesab 
etməmişdir.
2. Türk dillərinin fonetik və morfoloji əlamətlərə görə 
təsnifi. Mahmud Kaşqarlı bu əlamətləri nəzərə alaraq 
türk dillərini iki qrupa bölmüşdür:
1) Şərq qrupu türk dilləri. Buraya toxsı, yağma dilləri-
ni aid etmişdir.
2) Qərb qrupu türk dilləri. Bu qrupa oğuz, qıpçaq (qıf-
caq), beçənək dillərini daxil etmişdir
1
.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə