2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə59/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   55   56   57   58   59   60   61   62   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

5. Xakas dli 
 
 
17. Tatar dili
6. Karaim dili
 
18. Tofa dili
7. Qaqauz dili
 
19. Tuva dili
8. Qaraçay-malkar dili
20. Türk dili
9. Qaraqalpaq dili 
 
21. Türkmən dili
10. Qazax dili
 
22. Uyğur dili
11. Qırğız dili
 
23. Yakut dili
12. Qumuq dili
Müasir türk dillərindən Azərbaycan, qazax, qırğız, 
özbək, türk və türkmən ədəbi dilləri daha geniş yayılmış 
və müstəqil dövlət dili kimi işlənməkdədir.
b) TÜRK DİLLƏRİNİN QOHUMLUQ DƏRƏCƏSİ
Türk dilləri başqa dil ailə və qruplarına nisbətən bir-birinə 
daha yaxın olan dillərdir. Bu dillərin qohumluğu olduqca bariz 
şəkildədir və özünü aşağıdakı sahələr üzrə aydın göstərir:
1. Ümumi fonetik qanunauyğunluqlarda;
2. Ümumi söz köklərində;
3. Ümumi şəkilçilərdə;
4. Ümumi sözyaratma və sözdəyişdirmə qaydalarında;
5. Ümumi morfoloji kateqoriyalarda və s. Bunlardan 
ümumtürk söz köklərinə nəzər yetirək. Bütün türk 
dilləri üçün aşağıdakı söz qrupları ümumidir:
1. Qohumluq bildirən sözlərdən – ata, ana, bacı, qardaş, 
baba, qayın və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
102
2. Bədən üzvlərinin adlarından – baş, göz, qaş, əl, ayaq, qa-
rın, ağız, burun və s.
3. Heyvan adlarından – qurd, sığır, at, it, köpək, pişik, kir-
pi və s.
4. Quş adlarından – durna, sərçə, qaz, ördək və s.
5. Say bildirən sözlər – bir, üç, beş, yeddi, doqquz, on və s.
6. Əlamət bildirən – ağ, qara, sarı, göy və s.
7. Hal və hərəkət ifadə edən sözlərdən – gəlmək, getmək, gör-
mək, içmək, baxmaq, batmaq, durmaq, qaçmaq və s.
Türk dillərindəki leksik vahidlər müqayisə edilərkən 
eyni sözdə bir sıra fonetik fərqlərin olduğu meydana çıxır.
Məsələn:
Dillər
Sözlər
Qırğız
çeçek
teri
kılıç
köbük
kekilik
köpürə
kiş
Qazax
şeşək
teri
kılış
kobik
kekilik
körir
kıs
çiçək
dəri
qılınc
köpük
kəklik
körpü
qış
Özbək
çeçəg
teri
kıliç
köpik
kəklik
köprik
kış
Tatar
çəçək
tiri
kılıç
kubik
kortlik
küpir
kış
Qədim türk dillərinə məxsus bəzi sözlərin ayrı-ayrı 
dillərdə müxtəlif mənalar ifadə etdiyi də müşahidə edilir. 
Məsələn, sığır sözünə nəzər yetirək. Müasir türk və tatar 
dillərində bu söz inək mənasını bildirir. Azərbaycan dilin-
də isə “sığır” sözünə -çı ünsürü artırılaraq qaramal otaran 
(sığırçı) mənasında işlənilir. Bu cür dil hadisələri hər bir 
konkret dilin öz daxili inkişafı ilə bağlıdır. Belə yenilik-
lər heç bir türk dilini öz mövqeyindən, qohumluğundan 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
103
ayırmamışdır. Çünki türk dilləri tarixi inkişaf prosesində 
mənsub olduqları əsas dilin qədim əlamətlərini saxlamış, 
mənşə birliyindən tamam uzaqlaşmamışdır. Həmin doğ-
ma əlamətlər türk dilləri qrupunun pozulmamasında xü-
susi rol oynamışdır.
Türk dilləri tarix boyu Ural, hind-Avropa, Qafqaz və 
digər dillərlə əlaqədə olmuşdur. Belə əlaqə və münasibət-
lər nəticəsində söz alıb, söz vermək prosesi baş vermişdir 
ki, bu da leksik sistemdə özünü göstərməkdədir. Tarixi 
qanunauyğunluqlar əsasında meydana gələn hər hansı bir 
dil hadisəsi türk dillərinin qohumluğuna xələl gətirməmiş, 
onların inkişafına kömək etmişdir.
Müşahidələr göstərir ki, qohum dillərin, o cümlədən 
türk dillərinin bir-birinə münasibəti, qohumluq dərəcəsi 
eyni səviyyədə deyildir. Burada yaxın qohumluq və uzaq 
qohumluq özünü göstərir. Türk dillərindən Azərbaycan dili 
türkmən dilinə daha yaxın qohumdur. Ona görə də ünsiyyət 
prosesində asanlıqla anlaşma mümkün olur. Lakin Azər-
baycan dili qazax dili ilə uzaq qohumdur. Qazax dili isə qır-
ğız dili ilə yaxın qohumdur. Ona görə də bu dillərdə danışan-
lar bir-birlərini asan başa düşə bilirlər.
Dillərin yaxın və uzaq qohumluğu xalqların mənşə və 
tarixi inkişafı ilə bağlı olaraq meydana gələn ekstra-linq-
vistik prosesdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə