2. ÜMumi DİLÇİLİk II indd


a) TÜRK DİLLƏRİNİN MİQDARI



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə58/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   54   55   56   57   58   59   60   61   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

a) TÜRK DİLLƏRİNİN MİQDARI
Türk dilləri dedikdə həm müasir canlı dillər, həm də 
ölü dillərin məcmusu nəzərdə tutulur. Vaxtı ilə ünsiyyətə 
xidmət etmiş aşağıdakı türk dilləri indi ölü dillərdir:
Oğuz dili
Peçeneq dili
Qıpçaq dili
Poloves dili
Bulqar dili
Qədim özbək dili və s.
Xəzər dili
Müasir türk dillərinin miqdarı barədə müxtəlif fi-
kirlər mövcuddur. Bəzi alimlər bu dillərin 23-dən çox 
olduğunu göstərirlər. Bunun səbəbi bir sıra türk dillə-
rinin düzgün müəyyənləşdirilməməsi ilə bağlıdır. Belə 
ki, bəzən balkar-qaraçay dili iki müstəqil dil (balkar dili 
və qaraçay dili) kimi hesab edilir. Əslində, bunlar etnik 
qruplardır və onların dili – “balkar-qaraçay” bir dildir. 
Tatar dili ilə yanaşı “Krım tatarlarının dili” və “Kazan 
tatarlarının dili” müstəqil dil kimi qeyd edilir. Şübhə-
siz ki, bunlar milli tatar dilinin az-çox fərqlənən sahələri 
olub, bir kökə məxsusdur. Eləcə də türkmən dili ilə bə-
rabər “truxmen dili” də konkret dil kimi qələmə verilir 
və s. Bütün bunların nəticəsində türk dillərinin miqdarı 
müxtəlif rəqəmlərlə göstərilir. Türk dillərinin miqdarca 
əsaslı şəkildə dəqiqləşdirilməsinin xüsusi elmi və əməli 
əhəmiyyəti vardır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
101
Hazırda ünsiyyət vasitəsi kimi aşağıdakı müasir türk 
dillərindən istifadə olunur:
1. Azərbaycan dili 
 
13. Noqay dili
2. Altay dili 
 
 
14. Özbək dili
3. Başqırd dili
 
15. Salar dili
4. Çuvaş dili 
 
 
16. Şor dili

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə