2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə54/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   50   51   52   53   54   55   56   57   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TÜRKLƏRİN DÖVLƏTÇİLİYİ. Dövlət ciddi inti-
zam, qayda-qanun üzərində bərqərar olur. Dövlətçilik ən 
zəruri tələblərə əsaslanır. Qədim dövrlərdən başlamış türk 
xalqları yaşadıqları bölgələrdə möhkəm nizam-intizam ya-
ratmağa xüsusi əhəmiyyət vermişlər. Onlar dünya xalqları 
arasında güclü intizam sahibi kimi tanınmışlar. Elə buna 
görədir ki, bəzi mənbələrdə “türk” sözü “intizam” məna-
sında izah olunur.
Türklər dünyanın üç qitəsində – Asiya, Avropa və Af-
rikada 150-dən artıq siyasi quruluş yaratmışlar. Bu siyasi 
quruluşları imperatorluq, dövlətlər, bəyliklər, ata-bəylik-
lər, xanlıqlar, cümhuriyyətlər (respublikalar) təşkil edir. 
Bunların xüsusi adları (məsələn, Xəzər imperatorluğu, 
Karluq dövləti, Saltuklu bəyliyi, Şam atabəyliyi, Peçeneq 
xanlığı, Hatay cümhuriyyəti və s.) başqa-başqa olsa da
məzmunca tam türk siyasi quruluşları idi.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
92
Dünya tarixçiləri türk xalqlarının ilk siyasi quruluşunun 
Böyük Hun imperatorluğu olduğunu göstərirlər. Bu fikirlə 
hələlik müəyyən mənada razılaşmaq olar. Lakin deməliyik 
ki, belə bir imperatorluq qurulana qədər, heç şübhəsiz, di-
gər türk siyasi quruluşları olmamış olmazdı. Bu cür böyük 
və güclü bir imperatorluq ancaq və ancaq mövcud zəngin 
təcrübələr nəticəsində formalaşa bilərdi. Bu barədə yenidən 
və dərindən düşünməyə ciddi ehtiyac duyulur. Böyük Hun 
imperatorluğu türklərin tarixində xüsusi əhəmiyyət kəsb et-
mişdir. Hun türklərinin dövlətçilik təcrübəsi və bacarığı bir 
sıra dövlətlər üçün örnək olmuşdur. Bu imperatorluq “Böyük 
Hun imperatorluğu” adlanırdı. Miladdan əvvəl IV əsrdə qu-
rulmuş Asiya Hun imperatorluğu böyük sahəni – Xəzər dəni-
zindən Sakit okeana qədər olan əraziləri əhatə edirdi.
48-ci ildə Böyük Hun imperiyası dağılandan sonra eyni 
mənşəli, müxtəlif adlı onlarca türk milləti formalaşmış və 
bununla yanaşı onların milli dilləri də meydana gəlmiş-
dir. Türk dilinin yayılmasında eramızın IV və V əsrlərin-
də (374–469) Qərbi Hun imperatorluğunun (Avropa Hun 
imperatorluğunun), IV əsrin sonundan 557-ci ilə qədər Ağ 
Hun imperatorluğunun böyük rolu olmuşdur. Hun türkləri 
dünyanın bir çox ölkəsində hökmdarlıq etmişlər
1
. Türk döv-
lətçiliyində Hun imperatorluğundan sonra xüsusi rolu olan 
Göytürk imperatorluğudur. Birinci Göytürk imperatorluğu 
VI əsrdə (552–582), ikiyə bölünmüş Şərqi və Qərbi Göytürk 
imperatorluqları VI–VII əsrlərdə (582–630), ikinci Göytürk 
imperatorluğu VII–VIII əsrlərdə (681–744) fəaliyyət göstər-
mişdir. Bu imperatorluq türklərin tarixində türk adını daşı-
yan ilk siyasi quruluşdur. “Göytürk” adındakı “göy” sözü 
səma, rəng, tanrı mənalarını bildirən leksemdir. Bu xüsusi 
1
Miladdan sonra V əsrdə (434-453) tanrı qırmancı Attila zamanında Qərbi Hun imperatorlu-
ğunda türk hakimiyyətinə daxil olan 35 xarici ölkə var idi.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
93
adda, şübhəsiz ki, daha çox “allah türkü”, “tanrı türkü” mə-
nası nəzərdə tutulmuşdur. Göytürklərin dövründə ümum-
türk dünyasına yeni-yeni zəfər qapıları açılmışdır. Göytürk 
imperatorluğu illərində dil və yazı məsələlərinə də xüsusi 
əhəmiyyət verilmiş, mövcud yazı ünsürləri əsasında təkmil-
ləşmiş türk yazı sistemi yaradılmışdır.
Göytürklərin dili Azərbaycan dilinə də çox yaxın gö-
rünür. Burada sözlərin çoxu eyni forma və mənadadır. 
Məsələn, Göytürk dilindəki bir cümləyə nəzər yetirək: “Bir 
yılka tört yolı sunquştüm”. Bu cümlə Azərbaycan dilində 
belə səslənir – “Bir ildə dört yol (dəfə) süngüləşdim
1
.
Türk siyasi quruluşu tarixində Osmanlı imperiyası (1299–
1922) xüsusi mövqeyə malikdir. Osman Qazi tərəfindən XIII əsr-
də qurulan bu siyasi quruluş müasir türk dünyasının ən böyük 
dövləti olan və 1923-cü ildə yaradılan Türkiyə Cümhuriyyətinin 
bünövrəsi olmuşdur. Osmanlı imperiyası varlığı boyu türklərin 
müdafiəsi və inkişaf etməsində xüsusi rol oynamışdır.
Müasir dövrdə 7 müstəqil türk dövləti mövcuddur:
1. Türkiyə Cümhuriyyəti – paytaxtı Ankara şəhəri.
2. Kipr Türk Cümhuriyyəti- paytaxtı Lefkoşa şəhəri.
3. Azərbaycan Respublikası – paytaxtı Bakı şəhəri.
4. Qazaxıstan Respublikası – paytaxtı Astana şəhəri.
5. Qırğızıstan Respublikası – paytaxtı Bişkek şəhəri.
6. Özbəkistan Respublikası – paytaxtı Daşkənd şəhəri.
7. Türkmənistan Respublikası – paytaxtı Aşqabad şəhəri.
Tarixən qədim türk dövlətləri arasında bəzi nifaqlar 
baş vermiş və bunun nəticəsində ümumtürk aləminə ağır 
zərbələr dəymişdir. Hazırda müasir türk dövlətləri üçün 
ən başlıca cəhət ümumtürk birliyi və həmrəyliyidir. Bun-
suz indi və gələcəkdə istənilən arzu və məqsədlərə lazı-
mınca çatmaq qeyri-mümkün olar.
1
Misal Refıq Özdekin adıçəkilən əsərindən götürülmüşdür.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
94
Azərbaycanın siyasi quruluşları da çox maraqlı for-
malarda mövcud olmuşdur.
XII əsrdə Azərbaycan Atabəylər dövləti (1146–1225) ya-
ranmış və bu, həm də Eldəgizlər dövləti adlanmışdır. XIV əsr-
də Qaraqoyunlu dövləti (1380–1469) və Ağqoyunlu dövləti 
(1350–1502) qurulmuş və sonuncusu XVI əsrə kimi yaşamışdır.
XVI əsrdə Ağqoyunlu dövləti əsasında Səfəvilər dövləti 
(1502–1736) yaradılmışdır. Buna mükəmməl söz sənətkarı, 
bacarıqlı ictimai xadim Şah İsmayıl Xətai rəhbərlik etmişdir.
XVIII əsrdə (1747-ci ildən) Azərbaycan xanlıqları yaran-
mağa başlamışdır. Bu ilk xanlıqlar – Şirvan, Şəki, Lənkəran, 
Qarabağ, Quba, Gəncə, Rəvan, Bakı və sonrakılar – İlisu, 
Naxçıvan XIX əsrin müəyyən illərinədək fəaliyyətdə olmuş 
və nəhayət, 1804-cü ildən başlayaraq 1826-cı ilə qədər çar 
Rusiyası tərəfindən bir-bir işğal edilmişdir.
XX əsrdə Azərbaycan dövlətçiliyinin üç formada siya-
si quruluşu yaranmışdır:
1. Azərbaycan Demokratik Cümhuriyyəti (1918–1920).
2. Azərbaycan SSR (1920–1991).
3. Azərbaycan Respublikası (1991).
Bütün türk dövlətlərində, heç şübhəsiz, əsas ünsiy-
yət vasitəsi öz doğma dilləri olmuşdur. Azərbaycanda da 
Azərbaycan dili dövlət dili kimi işlənilmişdir. Dövlət dili 
səviyyəsində istifadə edilən türk dilləri digərlərinə nis-
bətən daha çox inkişaf edib zənginləşmişdir. Bunu müasir 
Azərbaycan dili, müasir özbək dili, müasir türk dili və sair 
dillərin nümunəsində açıq-aydın görmək olur. Deməli, hər 
hansı milli dilin inkişafında dövlət faktoru əsas qüvvədir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə