2. ÜMumi DİLÇİLİk II indd


Türklərin ATA – QURDA – QUŞA



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə51/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   47   48   49   50   51   52   53   54   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Türklərin
ATA – QURDA – QUŞA
münasibəti
At türkün öz məqsədinə çatmasında ən əlverişli vasitə 
rolunda olmuşdur. Bütün vuruşlar, qələbələr atsız müm-
kün deyildi. Buna görə də türklər atı sevmiş, onu bəsləmiş, 
inkişaf etdirmişlər. Bəzi türk boyları ata heykəl qoymuş, 
onun şəklini çəkdirmişlər. Lakin bununla bərabər türklər 
atı totem qəbul etməmişlər. At kəsib, at əti yeyən türk tay-
faları olmuş, indi də at ətindən ləzzət alan türklər vardır.
Qurd (canavar) türk həyatında tez-tez xatırlanan var-
lıqdır. Qurd çevik, qüvvətli və yırtıcı heyvandır. Onun 
əlamətlərini qədim türklər simvol kimi götürmüşlər. “Elə 
1
Bax: Refik Özdek. “Türklerin altın kitabı”, cilt 1, İstanbul, 1990.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
86
bil canavardır”, “canavar kimi dağıtdı”, “canavar kimi par-
çaladı”, “canavar kimi yedi” və s. ifadələr qurdun xüsusiy-
yətləri ilə bağlı meydana çıxmışdır.
Tarixən türk əsgərlərinin cəsarətini, qüvvət və qüd-
rətini görənlər onları qurda bənzətmişlər. Bu bənzətmələr 
təkcə türklər tərəfindən deyil, əcnəbilər – yadlar, düşmən-
lər tərəfindən də söylənilmişdir.
Quş, xüsusilə qartal qədim türklər tərəfindən sevil-
mişdir. Qartal quşların ən qüvvətlisidir. Türklər qartaldan 
yüksəklik, bacarıq, hakimiyyət simvolu kimi istifadə et-
mişlər. Türk həmişə qartal kimi ənginliklərə uçmaq, yük-
səlmək arzusunda olmuşdur. Buna görə də bəzi abidələr-
də, yazılarda qartal şəklindən istifadə olunmuşdur.
Deməli, at da, qurd da, quş da türk üçün totem deyil, 
vasitə və simvoldur. Bəs qədim türklərin inamı nə olmuşdur?
Məşhur türk tarixçisi Rəfiq Özdek türklərin üç növ 
inam sistemi olduğunu ümumiləşdirmişdir: bunlar “təbiət 
qüvvələri”, “ata müqəddəsliyi”, “Göy Tarı”dan ibarətdir
1
.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə