2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə47/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   43   44   45   46   47   48   49   50   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XXII. AMERİKA DİLLƏRİ
Amerikanın dil mənzərəsi çox rəngarəngdir. Burada 
yerli dillərlə hind-Avropa dillərindən – o cümlədən ingi-
lis, ispan və portəgiz dillərindən də istifadə olunur. Bu 
dillər Amerika işğal edilərkən həmin əraziyə gətirilmiş-
dir. Avropa işğallarına baxmayaraq, Amerikanın yerli sa-
kinlərinin – hindilərin
1
dilləri hər cür müqavimətə dözmüş 
və indiyə kimi varlığını mühafizə edib saxlaya bilmişdir. 
Yerli Amerika sakinlərinin dillərinin miqdarı hələ dəqiq 
1
Yerli amerikalıların “hindi” adlandırılması səhvdir. Belə ki X.Kolumb elə bilmiş ki, kəşf 
etdiyi bu qitə Hindistandır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
78
müəyyənləşdirilməmişdir. Burada yüzlərlə az və çoxsaylı 
xalqların dilləri (700 dil) yaşamaqdadır. Tədqiqatçılar bun-
ları 109 qrupa bölürlər.
Dil tiplərinə görə Amerika hindilərinin dilləri üç qru-
pa aiddir:
a) aqlütinativ – otomi dili;
b) flektiv – yuma, takelmi, salina dili;
c) inkorporlaşan – yuto-astek dillərinin çoxu.
Amerika hindilərinin dilləri genetik əlamətlərə görə 
bir-birinə yaxın olmayan bir çox kiçik ailə və qruplardan 
ibarətdir. Amerika hindilərinin dilləri qohumluğa görə de-
yil, coğrafi cəhətə əsasən üç yerə bölünür: Şimali Amerika 
dilləri; Mərkəzi Amerika dilləri; Cənubi Amerika dilləri.
1. ŞİMALİ AMERİKA DİLLƏRİ
Şimali Amerika dillərinə bir sıra dil qrupları daxildir. 
Bunlardan ən böyük dil qrupları aşağıdakılardır:
1) İrogez dilləri qrupu – irogez, tuskarora, çiroki və s.
2) Sius dilləri qrupu – ofo, tuelo, dakota və s.
3) Alqonkin dilləri qrupu – alqonkin, ocibve, mikmax və s.
4) Xoka dilləri qrupu – şasta, pomo, karok və s.
2. MƏRKƏZİ AMERİKA DİLLƏRİ
Mərkəzi Amerika dillərinin yalnız bir hissəsi müəy-
yən qruplara bölünmüşdür. Həmin qrupların ən böyüyü 
aşağıdakılar hesab olunur.
1) Astek dilləri qrupu – xopi, yuqo-astek, şoşone və s.
2) Maya dilləri qrupu – kiçe, çol, pokomam və s.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə