2. ÜMumi DİLÇİLİk II indd


XVI. QVİNEYA DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə44/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   40   41   42   43   44   45   46   47   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XVI. QVİNEYA DİLLƏRİ AİLƏSİ
Qvineya dillərinə kva dilləri də deyilir. Bu dil ailəsinə 
akan, iqbo, yoruba, eve, nupe, kru, bete, bakve, ico və s. 50-dən 
çox dil daxildir.
1) Akan dili geniş yayılmış Qvineya dilidir. Bu dildə bir 
çox tayfa və xalqlar danışır.
2) İqbo (ibo) dili iki başlıca dialektə malikdir: oniça və 
overri. Oniça dialekti əsasında iqbo ədəbi dili formalaş-
mışdır. Yazısı latın qrafikası üzərində yaradılmışdır.
3) Yoruba dilinin bir neçə dialekti vardır: oyo, ila, ife, ovo, 
ekiti, eqba və s. Yoruba ədəbi dilinin əsasını oyo dialekti 
təşkil edir. Yazısı latın qrafikası üzərində qurulmuşdur.
4) Eve dilinin bir sıra dialekti mövcuddur. Bu dilin ədəbi for-
ması yaranmış və yazıda latın qrafikasından istifadə olunur.
5) Nupe dilinin aşağıdakı dialektləri vardır: dido, ebe, akan-
da, ibara, kupa və s. Yazısı latın qrafikası əsasındadır.
6) İco dili bir sıra dialektə malikdir. Yazısı latın qrafikası 
üzərində qurulmuşdur.
7) Bakve dili. Buna bakue, bakvo da deyilir. Bakve dilinin abri, 
bodo, obva, pia, omelokve dialektləri daha çox fərqlənir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
73
8) Bete dilinin aşağıdakı dialektləri mövcuddur: beteqbo, 
bobva, qodia, kotroku, kvadia, neyo, kvaya, dida.
9) Kru dili. Kva dillərinə məxsus olan bu dildən həbəşlər 
istifadə edir.
XVII. NİLOT DİLLƏRİ AİLƏSİ
Nilot dilləri ailəsinə aşağıdakı dillər aiddir: dinka, nu-
bi, naas, teso, şilluk, pokot, bari və s.
1) Dinka dilinin bir neçə dialekti vardır: bor, rek, aqar, padanq.
2) Nubi dilinin iki dialekti müəyyənləşdirilmişdir: maxas- 
fadica və donqola-kunuz. Birinci dialekt qədim nubi di-
linin əsasını təşkil edir. Yazısı ərəb qrafikası əsasındadır.
3) Naas dili. Bu dilin iki başlıca dialekti mövcuddur: nuer 
və atuot dialekti.
4) Teso dili. Bu dilə “ateso”, “vamiya” və “bakidi” də de-
yilir. Üç dialekti vardır: lakatan, orom və nyanqeya. 
Yazısı XX əsrin birinci ilindən latın üzərində qurul-
muşdur.
5) Şilluk dili.
6) Pokot dili.
7) Bari dili.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə