2. ÜMumi DİLÇİLİk II indd


 Təbiət qüvvələrinə inanmaq



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə52/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   48   49   50   51   52   53   54   55   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

1. Təbiət qüvvələrinə inanmaq. Qədim türklər dağların, 
dərələrin, göllərin, dənizlərin, səhraların, meşələrin, bulaqla-
rın, çayların ruha və gizli qüvvəyə malik olduğuna inanmış-
lar. Bununla yanaşı, Günəş, Ay və ulduzda da ruh olduğunu 
təsəvvür etmişlər. Təbiət hadisələrindən göyün gurultusun-
da, ildırımın çaxmasında da ruhun olması inamına gəlmişlər.
2. Göy Tanrıya inanmaq. Qədim türklər Göy Tanrı de-
dikdə səma tanrısı mənasını nəzərdə tutmuşlar. Göy Tanrı – 
bütün göy üzüdür; yeri-göyü yaradandır. Bütün varlıqlar – bit-
kilər, insanlar, digər canlılar onun yaratdıqlarıdır. İstədiyi 
anda hər şeyə can verdiyi kimi, can da ala bilir və s.
Tanrıya – göyü-yeri yaradana inam indi də türklər ara-
sında qüvvətli formada qalmaqdadır. Bununla bağlı onlar-
1
Refik Özdek. Türklərin altın kitabı, İstanbul, 1990, 1-ci cild, səh. 10-11.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
87
ca ifadə işlənir: “Sənə ümidliyəm, ey yeri-göyü yaradan”, 
“Sənədir inamım, yerin-göyün sahibi”, “Yeri-göyü yara-
dan Tanrı sənə kömək olsun”, “Tanrı bunu bağışlamaz”, 
“Sənə yalvarıram, ey yeri-göyü yaradan, mənə kömək et”, 
“Bir tanrı səni çağırıram”, “Adını mən verdim, yaşını Tanrı 
versin” və s.
3. Ata müqəddəsliyinə inanmaq. Qədim türklərin əsas 
inamlarından biri də ata müqəddəsliyi idi. Tarixən türklər-
də ataya hörmət və sevgi çox qüvvətli olmuşdur. Atanın 
qeydinə qalmaq, öləndə onu təntənəli dəfn etmək və hə-
mişə qəbrini qorumaq türk övladları üçün ən müqəddəs 
borc, ən şərəfli vəzifə sayılmışdır.
Tarixi faktlardan – qazıntılardan aydın olur ki, qədim 
türklər ata-babalarını, onlara məxsus qızıl və gümüş əşyala-
rı, silahları, mindiyi atın yəhəri, yüyəni və hətta mindiyi atı 
özü ilə birlikdə dəfn edirlərmiş. Qəbirlər gözəl və geniş ha-
zırlanaraq üzərlərində abidələr qoyulmuş, yazılar həkk edil-
mişdir. Bu məzarların toxunulmazlığı daima qorunmuşdur. 
Onlara əl vuranlar məhv edilmişdir. Tarixən müqəddəs və 
zəngin türk qəbirlərinə soxulmaq nəticəsində ciddi vuruş-
lar, qırğınlar baş vermişdir. Neçə-neçə monqol, çin, bizans 
adamı bu səbəbdən türklər tərəfindən qətlə yetirilmişdir.
Ata müqəddəsliyinin izləri indi də ürəklərdə, nitqlər-
də, ifadələrdə özünü saxlamaqdadır. “Atamın qəbrindən 
böyük andım yoxdur”, “Atamın qəbrinə and içirəm”, “Ata-
mın qəbri üçün”, “Atamın qəbri haqqı” və s. ifadələr türk 
dillərində, o cümlədən Azərbaycan ədəbi nitqində geniş 
işlənilməkdədir
1
.
1
Türklərin ata müqəddəsliyini, qəbir toxunulmazlığını bizi tanıyan və əhatə edən hər bir 
xalq çox yaxşı bilir. Elə buna görə də qəddar düşmənimiz - yaxınlığımızdakı vicdansız qon-
şumuz ələ keçirdiyi Azərbaycan yaşayış məntəqələrində ilk dəfə qəbiristanlığa soxulub, qə-
bir daşlarını sındırır və qəbirləri söküb dağıdır. Bu, sadəcə onların vəhşiliyinin nəticəsidir. 
Tanrı onların cəzasını gec-tez verəcəkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
88
Xeyirxah türk ata-babalarının, gözəl, nurani şəxsiy-
yətlərin, xalqın böyük məhəbbətini qazananların bir çoxu-
nun qəbirləri bəzi hallarda “ocağ”a, “inam və ziyarət mə-
bədi”nə çevrilmişdir. Bütün bunlar ata müqəddəsliyindən, 
ata sevgisindən irəli gəlmişdir.
İnam insanların kamil yetişməsində, düzgün forma-
laşmasında əvəzsiz vasitədir. İnamsızlıq insanı məğlubiy-
yətə aparır. Kimə və nəyə inam qələbədir, gələcəkdir, xoş 
həyatdır.
Dini inam isə insan əqidəsinin saflaşmasında, düz yol 
seçməsində çox mühüm əhəmiyyətə malikdir. Din insanla-
rı cəsarətli, səbirli və dözümlü olmağa çağırır. Dini inamı 
güclü olan hər bir kəs heç zaman xəta törətməz, həyatında 
bəd əməllərə yer verməz.
Dini biliklərdə deyilir ki, din Allah yoludur – Allahın 
əmr və göstərişləri məleykələr vasitəsilə peyğəmbərlərə
peyğəmbərlər də insanlara çatdırır. Allah İslam dinini 
Cəbrayıl adlı mələk vasitəsilə Məhəmməd peyğəmbərə 
göndərmiş
1
, o da bunu insanlar arasında yaymış və islama 
inananlar müsəlman hesab olunmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə