2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə53/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   49   50   51   52   53   54   55   56   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TÜRKÜN DİNİ. Müasir türk xalqlarının dini inamı 
islamiyyətdir. Türk qəbilələri müxtəlif dövrdə islamiyyət-
lə qarşılaşmış və islam dinini qəbul etmişlər
2
. Həmin an-
dan isə VII əsrin I yarısında yazılmış “Quran” türklərin də 
müqəddəs kitabı olmuşdur.
Azərbaycanda İslam dinini ərəblər yaymışlar. Azər-
baycan torpağı ərəb xilafətinin vilayətinə çevrilən dövrdən 
xalqımız müsəlmanlığı mənimsəmiş və İslam dininə sita-
yiş edib, ehtiram göstərməyə başlamışdır. İslam dini türk 
dillərinin inkişafına öz müsbət təsirini göstərmişdir.
1
İslam ilmihali, İstanbul, 1990, səh. 8.
2
Anadolu türkləri IX əsrdə islamiyyəti qəbul etmişlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
89
TÜRK AREALI
Türk coğrafiyası – türklərin yaşadıqları yerlər dün-
yanın olduqca böyük və geniş sahəsini əhatə etmişdir. 
Yer üzündə türklər qədər geniş yayılmış ikinci bir milləti 
təsəvvürə gətirmək çətindir. Dünyanın hər yerində türk 
insanları yurd salıb həyat sürmüşlər. İndi də müasir türk 
dünyası ucsuz-bucaqsız ümmana bənzəyir.
TÜRKLƏRİN İLK YURDU. Türk xalqlarının əcdad-
ları – ulu babaları miladdan əvvəl – iki min il bundan öncə 
Orta Asiyada yaşamışlar. Türklərin beşiyi, məskunlaşma 
mərkəzi Altay dağlarının şimalı və Yenisey çayının sahillə-
ri olmuşdur. Həmin ərazilər, bölgələr bu gün də türk xalq-
larına məxsusdur. Türksoylu xalqların bəziləri bu qədim 
türk yurdlarında öz mövqelərini möhkəmlətmiş və oralara 
daha möhkəm bağlanmışlar.
TÜRKLƏRİN YAYILMASI
Qədim türklərin bəzi soyları, qəbilə, tayfa və qrupları 
müxtəlif şərait, vəziyyət və səbəblərlə bağlı doğma yurdla-
rından ayrılıb dünyanın başqa-başqa yerlərinə üz tutmuş-
lar. Türklərin dünyaya yayılmasının bir neçə səbəbi vardır. 
Hər şeydən əvvəl bildirməliyik ki, türklərin başqa torpaq-
lara getməsi iqtisadi məsələlərlə əlaqədar meydana çıxmış-
dır. Türk əhali bir tərəfdən sürətlə artmış, çoxalıb öz yur-
duna sığışmamış, digər tərəfdən də mal-qara inkişaf etmiş 
və mövcud torpaqlar darlıq etmişdir. Türklər bu ictimai və 
iqtisadi problemləri həll etmək üçün qonşu ölkələrə, daha 
münbit və geniş bölgələrə getmək zərurəti ilə qarşılaşmış-
lar. Bütün bunlarla bağlı get-gedə türklər yer üzünə yayıl-
mağa başlamışlar.
Türklərin dünyaya yayılmasının tarixi eradan əv-
vəl hun türklərindən başlamışdır. Türk adamlar dörd is-
tiqamətə – dünyanın dörd qütbünə yayılmışlar. Onlar 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
90
şərqdə Sakit okeana qədər, qərbdə Avropanın mərkəzlə-
rinə, şimalda Uzaq Sibirə, cənubda Hindistana gedib çat-
mışlar. Türk boylarının başqa yerlərə yayılması müxtəlif 
dövrlərdə baş vermişdir.
Türklərin Qafqaz ərazilərinə gəlmələri onlar üçün 
böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, Cənubi və Şima-
li Qafqaz bəzi türk tayfalarının başqa yerlərə, o cümlədən 
Kiçik Asiya və Avropaya keçməsində imkanlı bölgə, əlve-
rişli yol olmuşdur.
Cənubi Qafqaza – Azərbaycan ərazisinə uzaq keçmiş-
də türk mənşəli bir çox tayfa və qruplar gəlmiş, bunlardan 
bəziləri köçüb getmiş, bəziləri isə daimi məskunlaşıb bu 
torpaqları özlərinə vətən etmişlər.
Azərbaycan ərazisinə türklərin gəlişi miladdan əvvəl 
VII əsrdən başlanmışdır. İlk dəfə Azərbaycana sakalar (is-
teklər) gəlmişlər
1
. Qədim sakalar bu bölgədə uzun illər ya-
şamışlar. Onlardan sonra buraya gələn türk mənşəli hesab 
edilən albanlar olmuşdur. Uzun sürən alban hakimiyyətini 
midiyalılar devirmişlər.
II əsrdən Azərbaycan bölgəsinə hun türkləri, sonra 
xəzərlər, V əsrdə sabirlər və başqaları gəlmişlər.
VI–VIII əsrlərdə – Göytürk hakimiyyəti illərində (552–
744) Orta Asiyadan bir sıra türk tayfaları Azərbaycana gəl-
miş və burada yerləşib qalmışlar.
VIII əsrdə oğuzların bir qolu Azərbaycana gəlmişdir
2

Səlcuqlar dövründən isə Azərbaycan tam türk ölkəsinə 
çevrilmişdir. Orta Asiyadakı türk ölkələri monqol istilası-
na məruz qalandan sonra da bəzi türk qrupları Azərbayca-
na köçüb burada məskunlaşmışlar.
1
Prof. Dr. Mehmet Saray. Azerbaycan Türkləri Tarihi. İstanbul, 1993. 
2
”Dədə Qorqud” dastanı oğuz tayfalarına məxsusdur. Həmin tayfalar müasir azərbaycan-
lıların, türk və türkmənlərin formalaşmasında özək xətti təşkil edərək, onların ulu babaları 
olmuşlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
91
Deməli, Azərbaycanda bir deyil, zaman-zaman bir 
neçə türk tayfa və qrupları yerləşmiş və onlar bugünkü 
Azərbaycan millətinin tərkibini təşkil etmişlər. Bu proses 
digər türk xalqlarının da tarixində baş vermişdir. Türklə-
rin beləcə yer üzünə yayılması, ayrı-ayrı tayfaların, xalqla-
rın formalaşması çoxsaylı müstəqil türk dillərinin tarixən 
yaranmasına, meydana çıxmasına başlıca səbəb olmuşdur.
Müasir türkdilli xalqlar Orta Asiyada (Qırğızıstan-
da, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda), Uzaq 
Şərqdə, Çində, Qafqazda, Rusiyada, İranda, İraqda, Kiçik 
Asiyada – Türkiyədə yaşayırlar. Bundan başqa, ABŞ-da, Fran-
sada, Almaniyada, İngiltərədə, İtaliyada və digər ölkələrdə 
də xeyli türk yaşamaqdadır. 260 milyonluq dünya türklə-
rindən 30 milyondan çoxu azərbaycanlıdır. Azərbaycan-
lılar türk xalqları arasında əhalinin miqdarına görə ikinci 
yeri tutur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə