2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə50/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   46   47   48   49   50   51   52   53   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Türkün xarakteri. Əsl türkləri xarakterizə edən bir 
sıra yüksək insani keyfiyyətlər, cəhətlər mövcuddur ki
onlarsız türk adamını təsəvvür etmək qeyri-mümkündür. 
Türk adamı alicənab, rəhmli və ədalətliliyi ilə seçilir. Türk 
həmişə ədalət tərəfdarı olmuş, hər şeyi öz sadəlövhlüyü 
mövqeyindən həll etməyə çalışmışdır. Həqiqi türk doğ-
ruluğu, düzgünlüyü sevmiş və onu özü üçün ideal götür-
müşdür. Vətənsevərlik, vətənə bağlılıq türkün xarakterin-
də xüsusi yer tutur. Ata məhəbbətinin gücü ilə hər bir türk 
ata yurdunu – vətəni canından əziz tutur. İndi vətənpər-
vərlik, vətəni qorumaq, ona sadiq qalmaq türkün müqəd-
dəs vəzifələri sırasında ön cərgədə durur.
Cəsarət və qorxmazlıq türk xarakterinin tərkib hissələ-
rini təşkil edən amillərdəndir. Türk adamının cəsarəti, dön-
məzliyi onu həmişə qələbəyə aparmışdır. Çox gözəl deyilib: 
Türk ölər, amma əqidəsindən dönməz! Türk dünyanın ağıllı 
millətlərindəndir. Türk təfəkkürü, məntiqi xüsusi gücə ma-
lik olmuşdur. Türkün hər bir ağıllı tədbiri həmişə ona qələ-
bə müjdəsi gətirmişdir. Türkün ağıl gücünü dost və düşmə-
ni də hiss etmişdir. Elə ona görədir ki, qeyriləri tərəfindən 
“türkün sonrakı ağlı məndə ola” ifadəsi meydana çıxmışdır.
Türkün mərdliyi və qonaqpərvərliyi də onun xarakte-
rinin müsbət əlamətlərindəndir. Bu keyfiyyəti zaman-za-
man qonşu xalqlar və əcnəbilər dəfələrlə xüsusi olaraq 
qeyd etmişlər.
X əsrdə yaşamış ərəb İbn Fədlan səyahətnaməsində 
(“Er-Rıhle”) yazır: Oğuz deyə tanınan bir Türk qəbiləsinin 
yaşadığı yerə baş çəkdik...
Türk adəti belədir... Bir türkün yurdundan tanımadığı 
bir kimsə keçib, ona – mən sənin qonağınam, dəvələrin-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
85
dən, heyvanlarından və pulundan bu miqdara ehtiyacım 
var, desə, türk istədiklərini ona verir...”
1
Türk adamını xarakterizə edən müsbət keyfiyyətlər ancaq 
bunlar deyildir. Mövzudan çox kənara çıxmamaq üçün bura-
da onlardan bir neçəsini göstərməklə kifayətlənməli olduq.
TÜRKÜN İNAMI. Bu mövzu ilə bağlı bir sıra müla-
hizələr vardır.
Qədim türkün inamı olmuşmu? Bu başdan yada sa-
laq ki, dünyada inamsız heç bir xalq, millət yoxdur. Lakin 
inamlar sistemi xalqlarda müxtəlif forma və xarakter daşı-
mışdır. Bəzi xalqlar totemçi olub, daşdan, ağacdan özünə 
süni inam əlaməti hazırlamış, ona sitayiş etmişlər.
Qədim türklər bu deyilənlərdən uzaq olmuşlar. Bəzi 
tarixçilər türklərin ata, qurda və quşa inam göstərdikləri-
ni bildirmişlər. Son türkoloji tədqiqatlarda belə fikirlərin 
əsassız olduğu sübuta yetirilmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə