2. ÜMumi DİLÇİLİk II indd


TÜRK DÜNYASI VƏ ONUN DİLLƏRİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   45   46   47   48   49   50   51   52   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TÜRK DÜNYASI VƏ ONUN DİLLƏRİ
Bu problem bir sıra məsələlərlə bağlıdır. Ona görə də 
türk anlayışı, türkün inamı, xarakteri, türklərin yayıldığı 
yerlər, yaratdığı dövlətlər haqqında qısa biliklər əldə etmə-
yin xüsusi əhəmiyyəti vardır. Şübhəsiz ki, belə elmi mə-
lumatlar problemin ətraflı və düzgün aydınlaşdırılmasına 
yaxından kömək edər.
TÜRK ANLAYIŞI
“Türk kimdir” sualı əvvəlcə Avropa alimlərini, daha 
sonra bütün dünyanı maraqlandırmışdır. Türklərin ba-
carığı, şan-şöhrəti dostlarını da, düşmənlərini də daima 
heyran etmişdir. Zaman-zaman bir çox qeyrilərinin məhz 
“Mən də türkəm” deməsi heç də əbəs olmamışdır.
TÜRK ADI. Müasir dünyamızda bütün türksoylu in-
sanlar “türk” sözü ilə ifadə olunur. Lakin ən uzaq keçmişlər-
də bu, belə deyildi. O zamanlar qədim türk adamı kun – hun 
adlanırdı.
Türklərin “türk” adlanması xüsusi tarixi yol keçmişdir.
“TÜRK” sözü müasir anlamına gələnə qədər həm for-
ma, həm də məzmunca müəyyən dəyişikliklərə uğramış-
dır. Ən qədim dövrlərdə “türk” sözü “törük” formasında 
işlənmiş, sonra dəyişib “türlık” və daha sonralar isə “türk” 
şəklinə düşmüşdür.
XIV FƏSİL
TÜRK DİLLƏRİ


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
83
Törük – türük – türk
“Türk” sözünün mənşəyindən bəhs edənlərin bəziləri 
bunun “törəmək” felindən əmələ gəldiyi fikrini irəli sürürlər.
Qədim insanlar türk adını “türk” sözünün indiki an-
lamından fərqli olaraq “güc”, yaxud “güclü” mənalarında 
işlətmişlər. Hun dövrlərində türük hun, türük kun dedikdə 
qüvvətli hun, qüvvətli kun mənası ifadə edilmişdir.
“Türk” sözü türk millətinin və dövlətinin adı kimi ilk 
dəfə VI əsrin II yarısında “Göytürk imperatorluğu”nda 
işlənilmişdir. Bundan sonra imperatorluğa aid olan türk-
soylu qəbilələr də “türk” sözü ilə adlandırılmışdır. Hazırkı 
dövrdə “türk” sözü konkret və ümumi olaraq iki başlıca 
mənada işlənilir.
1. “Türk” sözü dar – konkret mənada Kiçik Asiyada – 
Anadoluda yaşayan türk soylu, osmanlı adı ilə məş-
hurlaşmış xalqın və onun dilinin rəsmi xüsusi adını 
bildirir. Məsələn: türk xalqı, türk milləti, türk dili. 
Türk milləti bu sözlə bağlı ölkənin, dövlətin də adını 
yaratmışdır. Türkiyə dövləti, Türkiyə ölkəsi, Türkiyə 
Cümhuriyyəti.
2. “Türk” sözü geniş – ümumi mənada bütün türksoylu 
xalqların, qrupların və onların dillərinin ortaq adını 
bildirir. Məsələn: türk dövlətləri, türk millətləri, türk 
xalqları, türk tayfaları, türk qəbilələri, türk dilləri. Türk 
xalqlarının hər birinin özünə aid fərqli adı vardır.
Eyni zamanda, bu ad həmin xalqın dövlətinin və dili-
nin də rəsmi adı kimi işlənilir.
Azərbaycan xalqı
– Azərbaycan dili
Qazax xalqı 
 
qazax dili
Qırğız xalqı 
 
– qırğız dili
Özbək xalqı 
 
– özbək dili
Türk xalqı
 
türk dili
Türkmən xalqı 
 
– türkmən dili və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
84
Bu dillərin hər biri müstəqil dil olub, mənşəcə türk 
dilləri qrupuna mənsubdur. Planetimizdə 260 milyondan 
çox türksoylu insan yaşayır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə