2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə46/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   42   43   44   45   46   47   48   49   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. POLİNEZ DİLLƏRİ QRUPU
Başqa dil qruplarına nisbətən bu qrup da müəyyən 
dərəcədə öyrənilmişdir. Polinez dilləri qrupunu 10-dan ar-
tıq dil təşkil edir. Bunlardan bir neçəsini xatırlayaq.
1) Maori dili Yeni Zelandiyanın yerli sakinləri olan poli-
nezi xalqlarından birinin dilidir.
2) Qava dili Qava adasının yerli sakinlərinin dilidir. Bu 
dilin yazısı XIX əsrdən latın qrafikası əsasındadır.
3) Samoa dilinin sahibləri Samoa adalarındakı yerli sakin-
lərdir. Bu dilin də yazısı XIX əsrdən başlanır. Yazısı 
latın qrafikalıdır.
4) Uvea dilindən polinezi xalqları qrupuna aid olan Uvea 
adasında yaşayan yerli sakinlər istifadə edir. Yazısı la-
tın qrafikalıdır.
3. MELANEZ DİLLƏRİ QRUPU
Bu qrupa bir sıra dillər aid edilir. Lakin bunlar ətraflı 
araşdırılmamışdır. Melanez dillərinə məxsus dillərdən fici 
dili Ficinin yerli sakinlərinin dilidir. Bir neçə dialekti var-
dır. Fici ədəbi dilinin əsasını mbau dialekti təşkil edir. Ya-
zısı XIX əsrdə latın qrafikası əsasında yaradılmışdır.
4. MİKRONEZ DİLLƏRİ QRUPU
Avstronez dilləri ailəsinin bu qrupu da lazımi səviy-
yədə öyrənilməmişdir. Bu qrupa qilbert dili xarakterli dil-
lərin aid olduğu göstərilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
77
XXI. PAPUAS DİLLƏRİ AİLƏSİ
Papuas dilləri ailəsi 300-ə qədər papuas xalqları qru-
punun dillərini əhatə edir. Bu dillərin miqdarı olduqca 
çoxdur. Bəzi dillərdən ancaq min nəfər istifadə edir. Bütün 
papuas dilləri hələ ətraflı dəqiqləşdirilməmişdir. Papuas 
dillərindən heç birinin yazı sistemi yaradılmamışdır.
Aşağıdakı papuas dilləri haqqında müəyyən məlu-
matlar mövcuddur.
1) Abelam dili Yeni Qvineyada yaşayan papuas xalqla-
rından birinin dilidir. Abelam dilinin bir neçə dialekti 
vardır: maprak, vozera və abelam dialektləri.
2) Medlpa (melpa, xaqen) dilinin sahibləri də papuas 
xalqlarından olub, Yeni Qvineyada məskunlaşmışlar.
3) Çimbu dilinin sahibləri də Yeni Qvineyada yaşayırlar. 
Bunlar papuas xalqlarındandır.
Papuas dilləri sırasına xuli, kamano, nqalum, siane və s. 
dillər də daxildir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə