2. ÜMumi DİLÇİLİk II indd


XII. BANTOİD DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə42/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   38   39   40   41   42   43   44   45   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XII. BANTOİD DİLLƏRİ AİLƏSİ
Afrikanın bantoid dilləri ailəsini təşkil edən dillər 
coğ rafi əlamətə görə üç qrupa bölünür:


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
70
1. ŞƏRQ QRUPU DİLLƏRİ
Bu qrupa bamileke, katab, tiv, efik və s. dillər aiddir.
1) Bamileke dili. Bu dilin bir sıra dialekti vardır. Bunlardan 
ən başlıcaları aşağıdakılar hesab olunur: fefe, canq, ban-
cun, banqante, bafusam. Bu dialektləri bami le ke dilinə 
qohum olan müstəqil dil kimi düşünənlər də vardır.
2) Katab dili. Xalq özünü “tiap” adlandırır.
3) Tiv dili. Bu dil munti, yaxud mbitşi də adlanır.
4) Efik dili. Bu dil ibibio dilinin inkişaf etmiş dialekti he-
sab olunur. Yazısı latın qrafikası əsasındadır.
2. QƏRB QRUPU DİLLƏRİ
Buraya volof, qola, tenda, fulba və s. dillər daxildir.
1) Volof dili. Volof dilinin yazısı ərəb qrafikası əsasında 
formalaşmış, 1970-ci ildən isə voloflar latın qrafikasın-
dan istifadə etməyə başlamışlar.
2) Qola dili. Liberiyada yaşayan qola xalqının ana dilidir.
3) Tenda dili. Tendaların ünsiyyət vasitəsidir.
4) Fulbe dili. Bu dilə “ful”, “fula”, “ful-fulde” də deyilir. 
Bunun bir neçə dialekti mövcuddur: futa, fubere, pu-
lar, masina, callon, barroro. Yazısı latın qrafikası əsa-
sındadır.
3. MƏRKƏZİ QRUP DİLLƏRİ
Bu qrupu kulanqo, more (mole), lobi, qrusi, qurma və 
s. dillər təşkil edir.
1) Kulanqo dilinin başlıca iki dialekti vardır: loqan və tunbe.
2) More (yaxud mole) dili. Bu dil mosi xalqının dilidir. 
Aşağıdakı dialektləri fərqlənir: yansi, yança, saremde, 
taolende və s.
3) Lobi dili. Buna lobiri dili də deyilir.
4) Qrusi dili.
5) Qurma dili.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
71

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə