2. ÜMumi DİLÇİLİk II indd


VIII. MUNDA DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə39/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   35   36   37   38   39   40   41   42   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

VIII. MUNDA DİLLƏRİ AİLƏSİ
Bu dil ailəsi Hindistandakı munda xalqlarının dilləri-
ni əhatə edir. Buraya mundari, santal, korku, cuanq, qadaba, 
savara dilləri daxildir.
1) Mundari dili munda dillərinin ən geniş yayılmışıdır. 
Bu dildən munda xalqı ilə yanaşı, bir sıra başqa mun-
da xalqları da istifadə edirlər. Munda xalqları qrupu-
na daxil olan birxorlar, bxumielər, xolar mundari dili-
nin ayrı-ayrı dialektlərində danışırlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
65
2) Santal dili munda xalqları qrupunda xususi yeri olan 
santalların dilidir. Bu dilin iki dialekti vardır: Male və 
Karmali dialekti.
3) Korku (yaxud kurku) dili Korku xalqının canlı ünsiy-
yət vasitəsidir.
4) Cuanq dili. Munda qrupuna aid olan cuanqların dilidir.
5) Qadaba (yaxud qatxan) dili qadaba xalqının doğma di-
lidir. Bunun iki dialekti mövcuddur: qadaba dialekti 
və sodna dialekti.
6) Savara dilindən, əsasən, Hindistanın Orissa ştatında is-
tifadə olunur.
IX. MON-KXMER DİLLƏRİ AİLƏSİ
Asiya qitəsində yayılmış bu dillər, əsasən, Hindi-Çi-
nin yerli sakinlərinin dilləridir. Mon-kxmer dilləri ailəsini 
mon, palaunq, kxanq, manq, stienq, sinmun, banar, va, kui 
dilləri təşkil edir.
1) Mon dili Birma və Taylandda yaşayan monların dilidir. Bir 
neçə dialekti vardır: mon ye, mon te, mon nya dialekti.
2) Kxmer dili, əsasən, Kambocada yaşayan kxmerlərin di-
lidir. Kxmer yazı sisteminin öz əlifbası vardır. Kxmer 
yazısı VII əsrdən məlumdur.
3) Palaunq dili Birma sakinlərindən palaunqların dilidir. 
Yazıları şan qrafikası əsasındadır.
4) Kxanq dili Vyetnamda yaşayan kxanq xalqının dilidir.
5) Manq dili Vyetnam sakinlərindən biri olan manqların 
dilidir. Bu xalq yaşadığı əraziyə görə iki cür adlanır: 
dağlıq yerdə yaşayanlar – manq qınq (dağlı), vadidə 
yaşayanlar manq le (vadili, dərəli) adlanır.
6) Stienq dili kxmer xalqları qrupundan olan stienqlərin 
dilidir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
66
7) Banar dili Vyetnam sakinlərindən banarların dilidir. 
Bu dilin aşağıdakı dialektləri vardır: banar, kre, qolar, 
tolo, renqao, yolonq, kontum və s. Yazısı latın qrafika-
sı əsasındadır.
8) Va (yaxud brao) dili dağlı monlar qrupuna daxil olan və 
Birmada, Çində, Taylandda yaşayan va xalqının dilidir. 
Bir çox dialekti mövcuddur: vu, en, son, tailon və s.
9) Kui dili Taylandda yaşayan dağlı kxmer xalqları qru-
pundan olan kui xalqının dilidir. Bu xalq kui dili ilə 
yanaşı qədim kxmer dilindən də istifadə edir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə