2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə36/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   32   33   34   35   36   37   38   39   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. UQOR DİLLƏRİ QRUPU
Bu qrupa üç dil aiddir. Həmin dillər bunlardır: macar, 
mansi və xantı dili.
1) Macar dili Macarıstanın dövlət dilidir. Macar ədəbi dili 
XIII əsrdən yazıya malikdir. Orada latın qrafikasından 
istifadə olunur.
2) Mansi dili XX əsrin əvvəllərində yazılı ədəbi dil səviy-
yəsinə qalxa bilmişdir.
3) Xantı dili də XX əsrdən yazı ənənəsi qazanmışdır. 
Onun bir-birindən çox kəskin surətdə fərqlənən bir 
neçə dialekti vardır.
Genetik ümumilik nəzərə alınaraq fin dilləri ilə uqor 
dilləri bir ailə hesab edilib, “fin-uqor dilləri ailəsi” kimi də 
adlandırılır.
3. SAMODİ DİLLƏRİ QRUPU
Bu qrupa dörd dil daxildir. Bunlar samodi tayfaları-
nın dilləridir.
1) Nenes dili (samodi) samodilərin daha çox işlətdikləri 
ünsiyyət vasitəsidir.
2) Enes dilindən eneslər istifadə edir.
3) Selkup dili selkupların doğma dilidir.
4) Nqanasan dili mənsub olduğu həmin adlı xalqın başlı-
ca ünsiyyət vasitəsidir.
Samodi dilləri bəzən müstəqil “Samodi dilləri ailəsi” kimi 
də izah olunur. Lakin “Ural dilləri ailəsi” yuxarıdakı dil qrup-
larının hər üçünü birləşdirdiyi üçün daha münasib addır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
61
V. PALEOAZİ (QƏDİM AZI) DİLLƏRİ AİLƏSİ
Sibirdə, Saxalin və Aleut adalarında yaşayan bir çox 
azsaylı xalqların ünsiyyət vasitələri qədim azi (paleoazi) 
dilləri adlanır. Qədim azi dilləri hesab edilən dillərdə arxa-
ik quruluş daha çox mühafizə olunmaqdadır. Bunların bə-
zisi inkorporlaşan dillər qrupuna aiddir. Paleoazi dilləri 
ailəsi iki başlıca qrupa ayrılır:
1. Çukot-kamçat dilləri qrupu. Bu qrupu aşağıdakı 
dil lər təşkil edir: çukot (luoravetlan), kamçadal (itel-
man), koryak (nımılan), odul (yukagir), nivx (gilyak), 
ket, kerek. Bunlardan çukot, kamçadal və koryak dil-
lərinin qohumluğu daha geniş öyrənilmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə