2. ÜMumi DİLÇİLİk II indd


III. QAFQAZ DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə32/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   28   29   30   31   32   33   34   35   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

III. QAFQAZ DİLLƏRİ AİLƏSİ
Qafqaz dilləri ailəsi – Qafqaz arealında məskunlaşmış 
müxtəlif xalqların milli dilləridir. Bu ərazidə 40-a qədər dil 
mövcuddur. Qafqazda başqa dil ailələrinə məxsus bir sıra 
dillər də işlənməkdədir. Məsələn, Azərbaycan, qumuq, 
osetin, tat, talış, lahıc, erməni və s. dillər. Bu dillər müxtəlif 
sistemli dil ailələrinin üzvləridir.
Qafqaz dilləri çoxdan ixtisasçıların diqqətini cəlb et-
mişdir. Lakin XIX əsrdə bu dillərin yaxınlığına, genetik 
əlamətlərinə, bir çox başqa dillərlə qohumluğuna dair 
daha ətraflı mülahizələr irəli sürülmüşdür. Həmin əsrin 
II yarısında (1847) alman alimi Frans Bopp müasir Qafqaz 
dillərinin iber qrupunun genetik cəhətdən hind-Avropa 
dilləri ailəsi ilə əlaqəli olduğunu göstərməyə çalışmışdır. 
1855-ci ildə Maks Müller bu dillərin Ural-Altay dillərinə 
(Turan dillərinə) qohum olduğunu qeyd etmişdir. XX əsrin 
əvvəllərində isə qafqazşünas Nikolay Marr iber dillərinin 
(gürcü, zan və svan dillərinin) sami dillərdən ərəb və yəhu-
di dilləri ilə qohumluq əlamətləri olduğunu söyləmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
56
Son tədqiqatlarda bu fikirlər təsdiq olunmamış və 
Qafqaz dillərinin ayrıca ailə təşkil etdiyi göstərilmişdir. 
Bununla belə, həmin dillərin genetik əlamətlərinin də bə-
zisi hələ mübahisəli olaraq qalır. Xüsusilə bəzi dillərin qo-
humluq dərəcəsi şübhə doğurur. Qafqaz dilləri anlayışını 
bildirmək üçün dilçilik ədəbiyyatında “İber-Qafqaz dil-
ləri ailəsi”, “Qafqaz dilləri ailəsi” və “Yafəs dilləri ailəsi” 
terminlərindən istifadə olunur. Bunlardan “Yafəs dilləri 
ailəsi” əfsanə ilə bağlıdır, “İber-Qafqaz dilləri ailəsi” ter-
minində isə “iber” sözünün işlənilməsi düzgün deyildir. 
Çünki iber dilləri də Qafqazdadır. Qafqaz dilləri dedikdə, 
istisnalıq təşkil etmədən həmin dillərin hamısı əhatə olu-
nur. Deməli, bu dil ailəsi üçün “Qafqaz dilləri” adı daha 
münasibdir.
Qafqaz dilləri ailəsi ənənəvi olaraq 4 qrupa bölünür:
1. Kartvel (iber) dilləri.
2. Abxaz-Adıgey dilləri.
3. Nax dilləri.
4. Dağıstan dilləri.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə