2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə29/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   25   26   27   28   29   30   31   32   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

11. Hett dili qrupu
Bu qrupu ölü dillər təşkil edir. Qədimdə Kiçik Asiya-
da istifadə olunmuş hett, nesit, luvi, lidi, liki, kari, pala dilləri 
buraya aiddir. Bu dillərə Anadolu qrupu da deyilir.
Hett dili ən qədim yazılı dildir. Eramızdan əvvəl XIX-
XII əsrlərdə Kiçik Asiyada Hett dövlətinin dili olmuşdur. 
Yazı mətnləri bizim eradan əvvəl XV əsrə aiddir. Gil lövhə 
üzərində yazılmış bu mətn XX əsrin əvvəlində Türkiyədə 
Boğaz-göy deyilən yerdə tapılmışdır. Həmin sahədə vaxtı 
ilə hettlərin paytaxtı Xatuşa şəhəri yerləşmişdir.
12. Toxar dili qrupu
Bu dil eramızın VII əsrinə kimi canlı şəkildə işlənilmiş 
və ondan sonra ölü dilə çevrilmişdir. Onun bir neçə dia-
lekti vardır: turfa, qaraşar  quçan. Bunlar bir-birindən çox 
fərqləndiyi üçün bəzi mütəxəssislər tərəfindən müstəqil 
dillər hesab olunur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
51
XX əsrin əvvəllərində Çin Türküstanında toxar dilinə 
aid yazı mətnləri tapılmışdır. Mətnlərdə hind yazı siste-
mindən istifadə edilmişdir.
Hind-Avropa dilləri bir sıra səciyyəvi fonetik, qram-
matik xüsusiyyətlərə malikdir. Bu qrup dillərin aşağıdakı 
xarakterik cəhətləri diqqəti daha çox cəlb edir:
1. Sait fonemlərin tərkibinin sadəliyi;
2. Sonorların (r, l, m, n) sait rolunda çıxış edib heca yaratması;
3. Söz tərkibinin kökə, şəkilçiyə və sonluqlara ayrılması;
4. Sözdaxili fleksiya hadisəsinin baş verməsi;
5. Üç qrammatik cinsə (kişi, qadın və orta) malik olması və s.
II. ALTAY DİLLƏRİ AİLƏSİ
Dilçilikdə “Altay” termini ilə bağlı bir neçə məna ifadə 
olunur.
Altay – konkret bir dilin adı kimi. Vaxtilə Oyrot adla-
nan dilin müasir adı – Altay dili.
Altay – türk dilləri qrupunun adı kimi. Alimlər türk 
dillərini 8 qrupa bölmüş və onlardan birinin adı – türk dil-
lərinin Altay qrupu
1
.
Altay – böyük dil ailəsinin bir komponenti kimi. Bir 
çox dilləri birləşdirən ailənin adı – Ural-Altay dilləri ailəsi.
Altay – iki dil qrupunu göstərən müstəqil dil ailəsi 
kimi. Yalnız türk və monqol dillərini birləşdirən dil ailəsi 
adı – Altay dilləri ailəsi.
Altay – dörd dil qrupunu birləşdirən müstəqil dil ailə-
si kimi – Altay dilləri ailəsi.
1
Bax: В.А.Богроддицкий. «Введение в татарское языкознание в связи с другими 
тюркскими языками». 1934.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
52
Altay dilləri şərti mənada verilmiş addır. Bu adda 
genetik yaxınlıqdan çox coğrafi yayılma cəhəti nəzərə 
alınmışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə