2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə31/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   27   28   29   30   31   32   33   34   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. Tunqus dilləri qrupu
Bu qrupu aşağıdakı dillər təşkil edir:
1) Tunqus dili (evenk dili). 1936-cı ildə bu dil üçün yazı 
sistemi yaradılmışdır.
2) Even dili (lamut). Even dilinin də yazısı 1936–37-ci il-
lərə aiddir.
3) Negidal dili. Bunun iki dialekti vardır.
Tunqus dilləri daha çox mancur dillərinə yaxındır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
54
Tunqus və mancur dilləri Uzaq Şərqdə, Şərqi Sibirdə, 
Çində və həmin arealın bir sıra başqa yerlərində işlədilir.
4. Mancur dilləri qrupu
Buraya aşağıdakı dillər daxildir:
1) Mancur dili – bu dilin sahibləri Çində və Uzaq Şərqdə 
yaşayırlar. Mancur ədəbi dili XVI əsrdə formalaşmış-
dır. Bu dilin lüğət tərkibinə çin və monqol dillərinin 
güclü təsiri olmuşdur.
2) Nanay dilindən Amur çayının cənub sahilində ya-
şayanlar istifadə edirlər. 1937-ci ildən yazı sisteminə 
malikdir.
3) Udey dilinin sahibləri Oxot dənizinin sahillərində 
məskunlaşmışlar. Udey dilinin bir sıra dialekti vardır: 
iman, xor, xunqari, bikin və sair dialektlər.
4) Ulç dili Amur çayının aşağı hissəsində yaşayan ulçla-
rın ünsiyyət vasitəsidir.
5) Oroç dili. Bundan oroçlar istifadə edirlər.
Mancur və tunqus dillərinin vəhdət təşkil edən ge-
netik əlamətləri nəzərə alınaraq bunları birləşdirib bir ter-
minlə – “Tunqus-mancur dilləri ailəsi” kimi də adlandırırlar. 
Tunqus-maneur dilləri morfoloji tipə görə aqqlütinativ 
səciyyəlidir.
5. Koreya dili
Bu dil Koreya dövlətinin rəsmi ədəbi dilidir. Şərqin 
qədim dillərindən olan Koreya dili morfoloji tipə görə aqq-
lütinativ xarakterlidir.
Koreya dilinin yazılı abidəsi IV əsrə məxsusdur. Kore-
ya xalqı XV əsrə kimi Çin yazı sistemindən istifadə etmişdir. 
Həmin əsrdən isə Koreyanın milli yazısı meydana gəlmişdir.
Koreya dili Altay dillərindən tunqus-mancur dillərinə 
qohum hesab olunur. Lakin bu məsələ hələ tam inandırıcı 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
55
elmi dəlillərlə əsaslandırılmamışdır, problemlə bağlı mü-
bahisələr davam etməkdədir.
6. Yapon dili
Yaponiya dövlətinin rəsmi dilidir. Bu ədəbi dil morfo-
loji tipə görə aqqlütinativ dillərdəndir.
Yapon dilinin yazı sistemi VIII əsrdən mövcuddur. 
Dialekt əlamətlərinə görə bir neçə yerə bölünür.
Yapon dili son zamanlar Altay dillərinə aid edilir. 
Lakin yapon dilinin bu dillərlə qohumluğu tam sübut 
olunmamışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə