2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə30/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   26   27   28   29   30   31   32   33   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

“Altay dilləri ailəsi” 4 dil qrupunu və 2 konkret dili 
birləşdirir:
1. Türk dilləri;
2. Monqol dilləri;
3. Tunqus dilləri;
4. Manсur dilləri;
5. Koreya dili;
6. Yapon dili.
Bu dillər Asiya qitəsinin dilləridir. Bunların genetik 
ya xın lı ğının, qohumluğunun açılması hələ problem olaraq 
qalır.
1. Türk dilləri qrupu
Altay dilləri ailəsi tərkibində ən böyük dil qrupu türk 
dilləridir. 23 dili əhatə edən bu dil qrupu bir sıra fonetik, 
leksik və qrammatik xüsusiyyətləri ilə başqalarından seçi-
lir. Aşağıda türk dilləri ayrıca və geniş şərh olunur. Burada 
türk dillərinə məxsus bəzi başlıca xüsusiyyətləri xatırla-
maqla kifayətlənəcəyik.
Türk dillərini dünya dillərindən fərqləndirən bir sıra 
əlamətlər mövcuddur. Bunlardan ən başlıca səciyyəvi xü-
susiyyətlər aşağıdakılardır:
1. Türk dillərində sait və samit fonemlərin fonetik cəhət-
dən mövqeyinin sadəliyi;
2. Bu dillərdə “e” qovuşuq səsinin və “nq” sağır nunun 
mövcudluğu;
3. Ahəng qanununun olması;
4. Heca vurğusunun sözün son hecası üzərinə düşməsi;
5. Şəkilçiləşmə xarakterinə malik olması və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
53
2. Monqol dilləri qrupu
Monqol imperiyası dağılandan sonra ulu monqol di-
linin dialektləri əsasında bir sıra müstəqil monqol dilləri 
yaranmışdır. Həmin dillər bunlardır: monqol dili, buryat 
dili, kalmıq dili, dunsyan dili, monqor dili, baon dili və 
daqur dili.
1) Monqol dili Monqolustanın dövlət dilidir. Bu dilin 
yazısı XIII əsrdən meydana gəlmişdir. Monqol dili inkişa-
fının üç dövrü qeyd olunur:
a) Qədim dövrü – XIII–XV əsrlər.
b) Orta dövrü – XV–XVII əsrin yarısı.
c) Klassik dövrü – XVII–XX əsrin I rübü.
Monqol dilinin bir sıra dialekti vardır. Ədəbi dili xalxa 
dialekti əsasında inkişaf tapmışdır.
2) Buryat dili Buryat vilayətində işlənilir. Buryatlar ya-
zılı dilə malikdirlər.
3) Kalmıq dili kalmıqların ana dilidir. Bu dil üçün də 
yazı sistemi mövcuddur.
Yuxarıda adı çəkilən digər monqol dilləri isə yazı 
ənənəsinə malik deyil və onların sahibləri azsaylı xalqlardır.
Monqol dilləri digər Altay dillərinə nisbətən türk dil-
lərinə daha yaxın görünür. Buna görə də bəzən ancaq türk 
və monqol dillərinin birləşdirilib “Türk-monqol dilləri ailəsi” 
kimi də adlandırıldığına rast gəlmək olur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə