2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə35/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   31   32   33   34   35   36   37   38   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

IV. URAL DİLLƏRİ AİLƏSİ
Ural dilləri dedikdə bir sıra dillərə şərti verilmiş ad 
nəzərdə tutulur. Ural dillərinin qohumluğuna dair hələ 
XVII əsrdə çex alimi Y.A.Komenski fin dili ilə macar dilinin 
qohumluğu barədə fikir söyləmişdir. XVIII əsrdə bu tip 
dillərə elmi marağın artması nəticəsində onların qohum-
luğundan geniş bəhs açılmışdır. Hətta həmin əsrdə 20-yə 
qədər dili əhatə edən bu dil ailəsinə 50-yə kimi dili birləş-
dirmiş Altay dillərini də qoşub böyük dil ailəsi – “Ural-Al-
tay dilləri ailəsi” anlayışını yaratmışlar. Elmdə hələ Ural 
dilləri ilə Altay dillərinin qohumluğu inandırıcı şəkildə ay-
dınlaşdırılmamışdır. Buna görə də hazırda Altay və Ural 
dillərindən ayrı-ayrılıqda bəhs olunur. Ural dilləri ailəsi üç 
qrupa bölünür: fin dilləri, uqor dilləri və samodi dilləri.
1. FİN DİLLƏRİ QRUPU
Ural dilləri ailəsinə daxil olan dillərin çox hissəsi bu 
qrupa aiddir:
1) Fin (suomi) dili Finlandiyanın dövlət dilidir. XVI əsrdən 
yazıya malikdir, latın qrafikasından istifadə olunur.
2) Eston dili Estoniyanın dövlət dilidir. Yazısının tarixi 
XVI əsrdən başlayır. Bu ədəbi dilin iki dialekti vardır: 
Tallin dialekti və Tartu dialekti.
3) Karel dili Kareliyanın dövlət dili hesab olunur.
4) Udmurt dili Udmurt vilayətinin rəsmi ünsiyyət vasitə-
sidir. Udmurtlar başqa regionlara da yayılmışlar. Ha-
zırda Başqırdıstan və Tatarıstanda yaşayan və udmurt 
dilindən istifadə edənlər vardır.
5) Komi dili Komi əyalətinin rəsmi dilidir. Bu dil Komi- 
Zıryan və Komi-Permyak kimi iki formada da göstə-
rilir. Bəzi mütəxəssislər ikincini birincinin dialekti he-
sab edirlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
60
6) Mari dili Mari əyalətinin rəsmi dilidir.
7) Mordov dili Mordov əyalətinin dilidir.
8) Saam dilindən müxtəlif ərazilərdə istifadə olunur. Bu dilin 
sahiblərinə, onu işlədənlərə Norveçdə, İsveçrədə, Skandi-
naviya yarımadasında və Finlandiyada rast gəlmək olur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə