2. ÜMumi DİLÇİLİk II indd


XIII. XAUSA-KOTOKO DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə43/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   39   40   41   42   43   44   45   46   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XIII. XAUSA-KOTOKO DİLLƏRİ AİLƏSİ
Xausa-kotoko dilləri ailəsinə aşağıdakı dillər daxildir: 
xausa, kotoko, bade, masa, mubi, bura və s.
1) Xausa dili geniş yayılmış dildir. Bunun bir neçə dialekti 
mövcuddur: kano, kasina, sokoto, xadica, zarina və s. 
Xausa ədəbi dili kano dialekti əsasında formalaşmışdır. 
Yazısı XVIII əsrdən ərəb qrafikası əsasında olmuş, XIX 
əsrin axırlarından isə latın qrafikasına keçilmişdir.
2) Kotoko dili mənsub olduğu dil ailəsində xausa dilindən 
sonra geniş istifadə olunan dildir. Bunun bir sıra dia-
lekti vardır: kuseri, afade, qulfey, loqone və s.
3) Bura dili Nigeriyada işlənilir. Bunun iki dialekti fərqlə-
nir: bura və burakokra.
4) Masa dili Kamerunda istifadə olunur. Masa dilinin 
bana və yaqua dialekti mövcuddur.
5) Mubi dili monjul xalqının dilidir.
6) Bade dili.
Xausa-kotoko dilləri sami və hami dilləri ailəsinə da-
ha yaxındır.
XIV. MANDE DİLLƏRİ AİLƏSİ
Bu kiçik dil ailəsinə loma, malinike, mende, mandin-
qo, bambara və s. dillər daxildir.
1) Loma dilinə loqoma da deyilir. Bu dilin qizima, siama, 
qbunde, vuboma, veyma və s. dialektləri vardır.
2) Mandinqo dili. Mandellərin dilidir.
3) Mende dili mendilərin ünsiyyət vasitəsidir. Bunlar XIX 
əsrin axırlarında heca yazısı yaratmışlar.
4) Malinike dilinin bir sıra dialekti müəyyən edilmişdir. 
Bunlardan lele, vasumu, mau, manya, minya, koranko 
və konya dialektləri ən başlıcaları hesab olunur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
72
XV. SUDAN DİLLƏRİ AİLƏSİ
Bu dil ailəsini 120-dən artıq dil təşkil edir. Buraya tar- 
barma, berta, kunama, zande və s. dillər daxildir.
1) Tar-barma dili. Sudanda yaşayan baqirmilərin dilidir.
2) Berta dilinin bir sıra dialekti mövcuddur: fadon, bara-
ro, dul, fekaxa və s.
3) Kunama dilinin əsas dialektləri aşağıdakılardır: barka, 
setit, ilit, tika, soqodas, zaimasa, bitama və s.
4) Zande dili.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə