2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə41/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   37   38   39   40   41   42   43   44   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XI. BANTU DİLLƏRİ AİLƏSİ
Afrikada olan bu dil ailəsinə bir çox azsaylı xalqların – 
həbəşlərin dilləri daxildir. Çoxsaylı bantu dilləri ailəsini 
təşkil edən dillər (150-dən çox dil) yeddi qrupa bölünür:
1. Şimal qrupu dilləri. Aşağıdakı dillər buna aiddir:
1) Qandi dili. Bu xalqın yazısı latın qrafikası əsasındadır.
2) Ruanda dili. Bu dil rundi dilinə daha yaxındır.
3) Konzo dili. Konzoların özləri dillərini “olu konza” ad-
landırırlar. Bu qrupa və eləcə də bütün qruplara dair 
çoxlu dil vardır. Burada isə nümunə üçün qruplara 
dair bir neçə dil misal göstərilir.
2. Şimali-qərb qrupu dilləri. Bu qrupa aşağıdakı dillər aiddir:
1) Bena dili. Yerli xalq özlərini “vabena” adlandırır.
2) Luala dili. Luaların ünsiyyət vasitəsidir.
3) Fanq dili. Bu dilin aşağıdakı dialektləri vardır: bene, 
beti, bulu və s.
3. Qərb qrupu dilləri. Aşağıdakı dillər bu qrupa aid edilir:
1) Lunda dili. Lundalar öz dillərinə “balunda” da deyirlər.
2) Kimbundu dili. Bu dilin sahibləri özlərini “anbundu”, 
“mbundu” kimi də adlandırırlar. Buna görə də həmin 
dilin bu sözlərlə də göstərildiyinə rast gəlmək olur.
3) İsindebele dili. Xalq özünə “amandebele” deyir. Bu dil 
daxildə fərqlənərək cənub və şimal hissələrinə bölünür.
4. Şərq dilləri qrupu. Bu qrupu aşağıdakı dillər təşkil edir:


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
69
1) Şambala dili. Xalq özünü “şambaa”, “sambaa”, yaxud 
“vasambaa” adlandırır.
2) Suahili (svahili) dili. “Sahil adamı” mənasını bildirən 
bu xalqın adı ərəbcə “sahil” sözündən götürülmüş-
dür. Suahili dilinin bir sıra dialekti mövcuddur: vum-
ba, mrima, manta, manqata, patta, damu və s.
Suahili dili bantu dillərinin ən geniş yayılmışıdır. Ban-
tu xalqları qrupuna daxil olanların yarıdan çoxu bu dildə 
danışır. Qədim yazı sisteminə malikdir. X əsrə kimi ərəb 
qrafikası işlənilmişdir, XX əsrin əvvəllərindən latın qrafi-
kasından istifadə olunur.
5. Cənub-şərq qrupu dilləri. Zulu və bir sıra başqa dillər 
buna aiddir.
Zulu dili. Bu dili iquni dilinin dialekti kimi də adlandırır-
lar. Zulu dilinin yazısı latın qrafikası əsasında qurulmuşdur.
6. Mərkəzi qrup dilləri. Bu qrupu göstərilən dillər təşkil edir:
1) Çibemba dili. Bemba xalqı özünü “vavembe”, “muem-
be” kimi adlandırır. Çibemba dilinin bir sıra dialekti 
vardır: bemba nqoma, nvesi, lembue və s. Yazısı latın 
qrafikası əsasındadır.
2) Luba dili. Luba dilinin bir neçə dialekti vardır: çiluba, 
lulua və s.
3) İkisuba dili. Bu dil basuba xalqına məxsusdur.
7. Konqo çayı qrupu dilləri. Bu qrupa aşağıdakı dillər 
aiddir:
1) Konqo dili. Bu dilin bir sıra dialekti vardır: laadi, ki-
yombe, kizombe, bvende və s.
2) Monqo dili. Yazısı latın qrafikası əsasında qurulmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə