2. ÜMumi DİLÇİLİk II indd


XVIII. KANURİ-TEDA DİLLƏRİ AİLƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə45/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   41   42   43   44   45   46   47   48   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XVIII. KANURİ-TEDA DİLLƏRİ AİLƏSİ
Kanuri-teda dilləri ailəsinə aşağıdakı dillər aiddir: ka-
nuri, zaqava, sonqay, teda, zarma və s.
1) Kanuri dili, əsasən, Nigeriyada yaşayan kanuri xalqı-
nın dilidir.
2) Zaqava dili. Buna beri dili də deyilir. Bu dilin iki dia-
lekti vardır: baele və berti.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
74
3) Sonqay dilinin bir neçə dialekti vardır: zarma, dendi və s.
4) Teda dili.
XIX. BUŞMEN-QOTTENTOT DİLLƏRİ AİLƏSİ
Bu dil ailəsini buşmen dilləri (özləri bunu “sani” dilləri 
adlandırırlar) və qottentot dilləri (özləri “nama” dilləri ad-
landırır) təşkil edir. Bu azsaylı xalqlara xidmət edən dillərin 
bir-biri ilə həm yaxın, həm də çox fərqli cəhətləri vardır.
XX. AVSTRONEZ DİLLƏRİ AİLƏSİ
Avstronez dilləri ailəsinə “malay-polinez dilləri” ailə-
si də deyilir. Bu ailənin əhatə etdiyi dillər Avstraliyada və 
Sakit okeanın mərkəzi və cənub-qərb hissəsinin adalarında 
yaşayan xalqların müəyyən qrupunun dilləridir.
Avstronez dilləri ailəsini 4 dil qrupu təşkil edir:
1. İndonez dilləri,
2. Polinez dilləri,
3. Melanez dilləri,
4. Mikronez dilləri.
Bu dil qrupları müəyyən genetik və linqvistik əlamət-
lərə görə bir-birindən fərqlənir. Bununla bərabər həmin 
bölgüdə coğrafi əlamət də nəzərə alınmışdır.
1. İNDONEZ DİLLƏRİ QRUPU
Bu qrup dillər malay dilləri qrupu kimi də adlanır. İndonez 
dilləri qrupu çox genişdir. Bu, İndoneziyada, Filippində və digər 
bir sıra adalarda yaşayan 200-ə yaxın xalqın dilini əhatə edir.
İndonez dillərinə məxsus canlı dillərin bir çoxu ətraflı 
öyrənilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
75
1) Malay dili, əsasən, Sumatra adasında və başqa bir sıra 
yerlərdə yaşayan malayların dilidir. Bu, ən geniş ya-
yılmış dildir.
Malay dili qədim yazıya malikdir. XIII əsrə kimi hind 
qrafikası əsasında özünün xüsusi yazı sistemi olmuşdur. 
XIV əsrdən başlayaraq ərəb qrafikasından istifadə etmişlər. 
XIX əsrdən isə latın qrafikasına keçilmişdir. Malay dilində 
orta əsrlərə aid zəngin bədii və elmi ədəbiyyat mövcuddur.
2) İndonez dili XX əsrdə malay dilinin riau dialektindən 
əmələ gəlmişdir. Hazırda indonez ədəbi dili İndone-
ziyanın dövlət dili kimi istifadə olunur.
3) Açex (açe, açin) dili inkişaf etmiş dillərdəndir. Bunun 
bir sıra dialekti vardır: daya, baru, banda, buenq, pid-
le, pase və timu. Yazı sistemində ərəb və latın qrafika-
sından istifadə edilir.
4) Yavan dili qədim yazıya malik dildir. VIII əsrdə təşək-
kül tapmış qədim yavan yazısı sonralar ərəb və latın 
qrafikaları ilə əvəz olunmuşdur.
5) Batak dili Sumatra adasında yaşayan batakların dilidir. 
Yazıları heca-əlifba sistemli olmuş, hazırda latın qrafi-
kasından istifadə edilir.
6) Sunda (sundan) dili inkişaf etmiş dildir. Aşağıdakı di-
alektləri mövcuddur: prianq və banten dialektləri.
7) Madura dili indoneziyalı muduraların dilidir. Bu dilin 
bir sıra dialekti vardır və onlar iki yerə – qərb və şərq 
dialektlərinə bölünür.
8) Bali dili bir sıra dialekt və şivələrə malikdir. Yazısı la-
tın qrafikası üzərində qurulmuşdur.
9) Mandar dili İndoneziya xalqlarından mandarların di-
lidir. Bunun iki dialekti vardır: mandar və mamue 
dialektləri.
10) Taqal (taqaloq) dili Filippin xalqlarının dilidir. Yazısı 
latın qrafikası üzərində qurulmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
76
11) İlokano (iloko) dili Filippin xalqları qrupuna aid xalqın 
dilidir.
12) Malaqas dilinin sahibləri Madaqaskar adasının əsas sa-
kinləridir. Fransızlar bunları malqaş adlandırmışlar.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə