2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə57/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   53   54   55   56   57   58   59   60   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TÜRKLƏRİN YAZISI. Qədim türklər yazı mədəniy-
yətinə tarixin uzaq keçmişlərində nail olmuşlar. Lakin za-
man keçdikcə müxtəlif ictimai-siyasi çəkişmələr, nifaqlar 
başqa sahələrdə olduğu kimi, yazı sisteminin də zəif iş-
lənilməsinə gətirib çıxarmışdır. Zəmanəmizə qədər gələn 
türk yazısı göytürklərin işlətdikləri yazı sistemidir. Bu haq-
da kitabın müvafiq bölməsində geniş bəhs olunacaqdır.
TÜRKÜN SÖZÜ. Çoxsaylı türk dilləri hələ qədim 
zamanlardan diqqəti çəkən gözəl əlamətlərə və xüsusilə 
zəngin söz xəzinəsinə malik olmuşdur. Türk sözləri insan 
fəaliyyətinin hər sahəsinə dair fikir və düşüncələri aydın, 
dəqiq və təsirli ifadə etməyə geniş imkanlar yaratmışdır. 
Türk sözünün bu və eləcə də digər keyfiyyətləri qeyrilərini 
çox maraqlandırmışdır.
Qədim türklərin özləri kimi, sözləri də yer üzünə geniş 
yayılmışdır. Hazırda dünya dillərində minlərcə türk sözü 
işlənməkdədir. Bu sözlərin başqa sistemli dillərə keçməsi-
nin əsas səbəblərindən biri türk qəbilələrinin dünyaya ge-
niş yayılmasıdır. Türklərin hegemonluq etdikləri ölkələrdə 
türk dilinə, türk sözünə xüsusi rəğbət bəslənilmiş, bunun 
da nəticəsində türk sözləri özgə dillərdə böyük miqyas-
da istifadə edilmişdir. Bəzi müasir linqvistik tədqiqatlar-
da türk sözləri barədə mülahizələr irəli sürülmüş və elmi 
məsələlər qaldırılmışdır. Bu cəhətdən slavyan, german dil-
lərində türk sözləri mövzularındakı axtarışlar diqqəti daha 
çox cəlb edir. Burada ümumtürkoloji problemlərlə bağlı 
məsələlərə də toxunulur ki, bu da elmi baxımdan olduq-
ca maraqlıdır. Digər dillərdə də türk mənşəli sözlərin belə 
axtarılması faydalı türkoloji dilçilik tədqiqatlarının yaran-
masına gətirib çıxara bilər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
100
TÜRK DİLLƏRİ VƏ ONLARIN QOHUMLUĞU
Türk dillərinin coğrafiyası çox geniş olmuşdur. Ha-
zırda bu dillər Orta Asiyada, Qazaxıstanda, Rusiyada, 
Qafqazda, Anadoluda, Ukraynada, Moldovada, Litvada 
və b. yerlərdə istifadə edilir. Zaman-zaman yaranmaq-
da olan türk dillərinin hər biri tarixi inkişaf nəticəsində 
müstəqil dil kimi formalaşaraq dünyanın linqvistik xəritə-
sində özünə xüsusi yer tutmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə