2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə55/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   51   52   53   54   55   56   57   58   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TÜRKLƏRİN TARİXİ. Türklərin bir neçə min illik 
tarixi vardır
1
. Türk tarixinin 2.500 ili faktik olaraq yazılı 
1
Tarixçilərin əsərlərində türklərin meydanagəlmə tarixinə dair çox müxtəlif rəqəmlər göstə-
rilir. Bu tarixi bəziləri 3 min, bəziləri isə 4 min, hətta 7 və 8 minillərlə bağlayırlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
95
abidə əsasında sübut olunur. Belə bir abidə Esik qəsəbə-
sində “Qızıl paltarlı adam” qəbrindən tapılan yazılı gümüş 
tabadır. Türkoloqlar yazının (iki sətirdən ibarətdir) 2.500 il 
bundan əvvələ aid olduğunu müəyyənləşdirmişlər
1
. Türk-
lər meydana gəldikləri dövrdən minlərcə böyük zəfərlər 
qazanmış, onlarca ölkələri öz hökmranlıqlarına tabe etmiş-
lər. Bütün türk boylarının keçib gəldikləri enişli-yoxuşlu 
həyat yolları, qəhrəmanlıqları, cəngavərlikləri, dövlətçi-
likləri, qərinələr boyu yaradıb formalaşdırdıqları gözəl 
adət-ənənələri və s. əsasında möhtəşəm və zəngin türk ta-
rixi yaranmışdır. Bu böyük tarix zaman-zaman əli qələm 
tutan çoxlarını maraqlandırmış və onlarda tədqiqat meyli-
nin, tədqiqat həvəsinin güclənməsinə səbəb olmuşdur.
Türk tarixinə dair indiyə qədər həm türksoylu alimlər, 
həm də əcnəbi türkoloqlar tərəfindən yüzlərlə elmi əsər 
meydana gəlmişdir. Bu əsərlərin bir çoxunda iki məsələ – 
türk cəmiyyətinin, türk ictimaiyyətinin tarixi ilə türk siyasi 
quruluşunun, türk dövlətçiliyinin tarixi fərqləndirilməmiş, 
bunlar bir-biri ilə qarışdırılmışdır. Göstərilən problemlər, 
təbii olaraq, bir-biri ilə bağlıdır. Lakin millətin tarixi de-
dikdə, onu siyasi quruluşların tarixindən başlamaq heç 
cür doğru olmaz. Bəzi tarixçilər türklərin tarixinin “Böyük 
Hun imperatorluğu”ndan başladığını göstərirlər. Şübhəsiz 
ki, türk formalaşmasaydı, onun dövlət quruluşu ola bil-
məzdi. Buna görə də türk tarixinin başlanğıcını uzaq keç-
mişdə, siyasi quruluşun yaranmasından çox-çox əvvəllər-
də axtarmaq və aydınlaşdırmaq həqiqətə daha uyğun olar.
Türklərin tarixini yazanlar arasında bir-birinin əksini 
təşkil edən iki istiqamət çox parlaq görünür:
1
Bu taba 1970-ci ildən Almatı şəhərindən 50 kilometr uzaqda olan İsıqgöl sahilindəki Esik 
qəsəbəsində açılan qəbirdən tapılmışdır. Məzar açılarkən onun türk şahzadəsinə (tikin) aid 
olduğu müəyyən olunmuşdur. Bu türk adamı qızıl tacı, qızıl paltarı və əşyaları ilə bərabər 
dəfn edilmişdir. Qəbirdə 4.800 parça qızıl olduğu aşkar olunmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
96
1) Türklərin tarixini qərəzçilik mövqeyindən birtərəfli 
səhv və səthi göstərənlər.
2) Türklərin tarixini reallıq əsasında olduğu kimi obyek-
tiv yazanlar.
Qərb türkoloqlarından bəziləri türk tarixinə birtərəfli 
yanaşaraq, bu möhtəşəm və şərəfli tarixi zorakılıq, aman-
sızlıq tarixi kimi göstərməyə cəhd etmişlər. Belə qərəz-
çi, üzdəniraq tarixçilər bilməlidirlər ki, həqiqət həmişə 
həqiqiliyində qalır, onu saxtalaşdıranlar isə nifrət və hör-
mətsizlik qazanırlar.
Qərb aləminin tarixçilərindən türk həqiqətlərini ol-
duğu kimi görüb təsvir edənlər də vardır. Fransız türko-
loqu – tarixçi-professor Yean-Paul Roux “Türklərin tarixi” 
(“Historie des Turcs”) əsərində yazır: “Türklər tarixən he-
gemonluq altına aldıqları millətlərin dilinə, dininə, mədə-
niyyətinə, milli mənliyinə və elminə toxunmurdular”. Bu 
kimi çox gözəl insani keyfiyyətlər həmişə türkləri xarakte-
rizə edən əlamətlər olmuşdur. Türklərin tarixinin hərtərəf-
li və obyektiv öyrənilməsi yalnız türk dünyası üçün deyil, 
ümumdünya tarixinin tamamlanması üçün də çox əhə-
miyyətlidir. Türk tarixinin türk gözü ilə izlənib, türk təfək-
kürünə uyğun təhlilinin verilməsi daha düzgün məntiqi 
nəticələr söyləməyə imkan verər. Çünki qərəzçilik türk tə-
biətinə yaddır, doğruçuluq, düzgünlük isə yarandığı gün-
dən onun varlığının özülünü təşkil edir.
Ümum türk tarixinin mükəmməl formada yaradılma-
sı bir çox ekstralinqvistik problemlərin açılması üçün də 
zəruridir.
Türk dillərinin mənşə və inkişafının, onların təsnif və 
elmi əsasda qruplaşdırılmasının daha da dəqiqləşdirilməsi 
kimi məsələlər, hər şeydən əvvəl, türklərin ümumi tarixi-
nin obyektiv şəkildə yazılması ilə daha çox bağlıdır. Ona 
görə də mükəmməl, geniş obyektiv ümumtürk tarixinin 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
97
yaradılması, başqa sahələrdə olduğu kimi, dilçilikdə də sə-
birsizliklə gözlənilir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə