2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə56/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   52   53   54   55   56   57   58   59   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TÜRKLƏRİN MƏDƏNİYYƏTİ. Mədəniyyət inkişaf 
etmiş xalqların başlıca əlamətidir. Dünyada mədəniyyətə 
nail olmayan xalq tapılmaz. Lakin bəzi millətlər daha zən-
gin mədəniyyətə malik olmuşlar. Türklərin də maddi və 
mənəvi mədəniyyəti bu qəbildəndir.
Türklərin mədəniyyətinə şər atıb onu yanlış şərh 
edənlər də olmuşdur. Türk mədəniyyətini qərəzçilik möv-
qe yindən izah edənlər türkləri “köçəri” adlandırmış və bu-
na əsaslanıb “fikir” söyləmişlər.
“Köçəri” geniş anlayışdır. Köçəri xalqların hamısı eyni 
xarakter və xüsusiyyətlərə malik deyildir. Dünyada elə köçəri 
xalq olmuş ki, bir yerdən başqa sahəyə köçmüş, həmin böl-
gələrin maddi sərvətlərindən istifadə edib, oranı dağıtdıqdan 
sonra bir daha yerini dəyişmiş və sair. Belə köçərilər ayaq 
basdıqları bölgələrdə heç bir mədəni iz buraxmamışlar.
Türk köçünün bu deyilən anlamla qəti uyğunluğu 
yoxdur. Lap uzaq keçmişlərdə türklər köçüb gəldikləri 
yerlərdə müxtəlif tikinti materiallarından istifadə edərək 
evlər, imarətlər tikib kənd və şəhər quraraq həmin yaşayış 
məntəqələrində həyat sürməyin nümunələrini yaratmışlar.
Türk xalqları ilə maraqlanan əcnəbilərin, o cümlədən 
ərəb səyyahlarının əsərlərində türkün quruculuğu, mad-
di və mənəvi mədəniyyəti barədə əsaslı sübutlar və çoxlu 
fakt vardır. 942-ci ildə ərəb səyyahı Əbu Düləf türk ellə-
rində gördükləri barədə belə yazmışdı: “Oğuzların yanı-
na getdik... Bu oğuz şəhərlərində evlər daşdan, ağacdan... 
tikilmişdi”. Türklərin şəhərlisi, kəndlisi olduğu kimi, ça-
dırda və alaçıqda gün keçirəni, həyat sürəni də olmuşdur. 
Bunlar sənət, peşə və məşğuliyyətlə bağlı idi.
Qədim türklər məskunlaşdıqları ərazidə qoyunçuluq 
və maldarlıqla yanaşı, təsərrüfatın digər növləri ilə də məş-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
98
ğul olmuşlar. Yer şumlamaq, insan həyatı, yaşayışı üçün 
zərurət təşkil edən bitkiləri becərmək türklərin fəaliyyətin-
də xüsusi yer tutmuşdur. Bununla yanaşı, atı əhliləşdirib 
ondan həm təsərrüfatda, həm də müdafiə və hücumlarda, 
vuruşlarda istifadə etmək türk aləmində böyük və əvəzsiz 
dönüşə səbəb olmuşdur.
Türklərin mədəniyyətinin qədimliyini və böyüklüyü-
nü sübuta yetirən daha bir çox faktlar mövcuddur. Arxeo-
loji qazıntı və tapıntılar sübut edir ki, qədim türk xalqları 
metal istehsal etmişlər. Dəmirdən, qızıldan, gümüşdən 
əşya, qab-qacaq hazırlamış, müxtəlif növ silah düzəltmiş 
və bunların hər birini konkret dil vahidi – sözlərlə adlan-
dırmışlar.
Qədim türklər siyasi quruluşların təşkili sahəsində 
az iş görməmişlər. Türk dövlət quruculuğu təcrübəsi 
türkün siyasi mədəniyyətinin inkişafına, yüksəkliyinə 
parlaq sübutdur. Türk xalqları ən qədim dövrlərdən 
zəngin şifahi və yazılı ədəbiyyata malik olmuşlar. Türk 
xalqları minlərlə bayatı, nağıl, dastan və s. yaratmışlar. 
Göytürklərin “Ergenekon dastanı”, qırğız türklərinin 
“Manas dastanı”, Oğuzların “Dədə Qorqud” dastanı 
insanlıq tarixində öz keyfiyyətlərinə görə əvəzsiz bədii 
təfəkkür nümunələridir. Qədim və müasir türk qələmi-
nin məhsulu olan minlərcə yazılı bədii sənət əsəri dünya 
ədəbiyyatı xəzinəsinə daxil olub onun zənginləşməsin-
də xüsusi rola malikdir. Bu nailiyyətlər milli türk dilləri 
əsasında əldə edilmişdir. Milli türk dillərinin bir çoxu 
öz mədəni, ədəbi formasını hələ uzaq keçmişdə yarat-
mışdır ki, bu da ümumtürk mədəniyyətinin inkişafına 
müsbət təsirini göstərmişdir. Hazırda ümumtürk mədə-
niyyəti tarixinin öyrənilməsi elm üçün xüsusi əhəmiyyət 
kəsb edir. Bu, bir tərəfdən türkoloji dilçiliyin bəzi zəruri 
məsələlərini dəqiqləşdirməyə, digər tərəfdən də ümumi 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
99
dilçiliyin “dil və mədəniyyət” probleminin daha geniş 
aydınlaşdırılmasına kömək edər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə