3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 0,51 Mb.
səhifə6/7
tarix20.10.2017
ölçüsü0,51 Mb.
#6119
1   2   3   4   5   6   7

Viləşçay hövzəsi. Lənkəran vilayətində sahəsinə görə Viləşçay hövzəsi üçüncü çay hövzəsi hesab olunur. Onun sahəsi 935 km2 olub,Viləşçayın sağ və sol sahillərini əhatə edir. Ərazisinin orta ölçülərinə baxmayaraq ,Viləşçay hövzəsində Lənkəran vilayəti üçün səciyyəvi olan əksər landşaft komplekslərinin və torpaq zonalarını müşahidə etmək mümkündür. Əvvəlki çay hövzələrindən fərqli olaraq Viləşçay hövzəsi insanın təsərrüfat fəaliyyətinə daha çox məruz qalmışdır. Ərazinin düzən, dağətəyi və alçaq dağlıq əraziləri demək olar ki ,meşəsizləşdirilmişdir. Qırılmış meşələrin yerində əkin sahələri,örüş və biçənəklər yaranmışdır. Bu çay hövzəsində insanın təsərrüfat (əkinçilik)fəaliyyəti ənənəvi yay otlaqlarını da qismən əhatə etmişdir (Yardımlı rayonu ərazisində). Nəticədə Viləşçay hövzəsi Lənkəran vilayətinin digər hövzələri ilə müqayisədə eroziya proseslərinə daha çox məruz qalmışdır.Bu hövzədə insanın təsərrüfat fəaliyyətinin işlərinə təbii biogeosenozlarda (meşələrin seyrəkləşməsi və qarışması,yay otlaqlarının hədsiz otarılması,su anbarlarının salınması və s.)da müşahidə etmək mümkündür. Nəticədə landşaft komplekslərində baş verən dəyişikliklər torpaq örtüyündə də ayrı-ayrı torpaqların təbii xassələrində də baş vermişdir. Bunu hövzə ərazisinin orta dağlıq hissəsində yayılmış qonur dağ-meşə(tranzit ekoloji rayonu)və qəhvəyi dağ-meşə torpaqlarında torpaq göstəricilərinin çoxillik dəyişkənliyindən də görmək mümkündür. (cədvəl 3.4)

Cədvəl 3.4

Viləşçay hövzəsi tranzit ekoloji rayonu torpaqlarının münbitlik göstəricilərinin monitorinqi ( Məmmədova S.Z. [ 5 ]


Münbitlik göstəriciləri



Qonur dağ-meşə

Qəhvəyi dağ-meşə




1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

6,3 5, 7 -0,6

5,60 4,72 -0,88

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



139 125 -13

190 185 -5

284 260 -24


130 109 -21

274 254 -20

370 325 -45


Ümumi azot,%

0,25 0,23 -0,02

0,30 0,25 -0,05

Ümumi fosfor, %

0,20 0,20 -

0,23 0,21 -0,20

Ümumi kalium,%

4,8

4,7

-0,1

3,1

3,0

-0,1

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



35,6

33,6

-2,0

46,5

46,2

-0,3

pH (su)

6,3

7,0

+0,7

6,8

7,0

-0,2

Cədvəldən göründüyü kimi, Viləşçay hövzəsinin tranzit ekoloji rayonunun qonur dağ-meşə və qəhvəyi dağ-meşə torpaqların sabit təbii biosenozlar-mezofil və kserofil tipli enliyarpaqlı meşələr altında olmasına baxmayaraq,müşahidə müddətində münbitlik göstəricilərinin dinamikasına malik olmuşdur.Hətta torpağın sabit diaqnostik əlamətləri hesab olunan humus,azot,fosfor,İƏC və s.bu müddətdə nəzərə çarpacaq dərəcədə dəyişikliyə uğramışdır;qonur dağ-meşə torpaqlarda profilin üst qatında humus 0,6 dərəcə (9,52%) azalaraq 5,7%-ə qədər aşağı düşmüşdür.Qəhvəyi dağ-meşə torpaqlarda bu azalma 0,88dərəcə(15,7%),yəni bir qədər də çox olmuşdur.Azalma humusun ehtiyat formalarında da təbii ki müşahidə olunmuşdur. Humusa uyğun olaraq azotun ümumi formasının azalmasına ( 8%, 17% ) baxmayaraq , bu təbii torpaqlarda fosfor ( 0%, 8,7.%) və kaliumun (2,1%, 3,2% ) miqdarı da sabit qalmış ya da cüzi miqdarda dəyişmişdir . Eynilə udulmuş əsasların cəmi göstəricisi də az ( 5,61%- qonur dağ-meşə torpaqlarda) və ya heç dəyişməmişdir(0,6% qəhvəyi dağ – meşə torpaqlarda). Hər iki torpaqda torpaq reaksiysasının qələviləşməsi müşahidə olunmuşdur.

Beləliklə, Lənkəran vilayətinin Viləşçay hövzəsinin tranzit ekoloji rayonun mezofil və kserofil meşə biogeosenozlaraltı qonur-dağ-meşə və qəhvəyi dağ meşə torpaqlarının ekoloji monitorinqi onların potensial münbitlik göstəricilərində son 50-59 ildə dəyişikliklərinin olduğunu göstərdi. Bunu bir neçə səbəb ilə izah etmək mümkündür:

1.Lənkəran vilayətində aşağı və orta dağlıq ərazilərin meşə örtüyünün antropogen səbəblərdən seyrəkləşməsi,tərkibinin dəyişməsi nəticəsində torpağa meşə döşənəyi şəklində daxil olan üzvi qalıqların azalması.Nəticədə humusun miqdarının və ehtiyyat formalarının azalması;

2.Meşələrin seyrəkləşməsi nəticəsində meşə biosenozunun aşağı yarısında sız ot örtüyünün yaranması.Nəticədə torpağın neytrallaşması,udulmuş əsasların cəmində Ca++Mg+ kationlarının üstünlük əldə etməsi.

Qeyd edək ki,ərazinin torpaq örtüyündə baş verən dəyişiklikləri təkcə antropogen səbəblərlə izah etmək düzgün olmazdı.Burada regionda baş verən ümumi aridləşmənin və nəhayət,qlobal iqlim istiqamətlərinin də rolu olmuşdur.Bizim tərəfimizdən aparılmış araşdırmalar regionda temperaturun son 45 ildə 0,60C artdığını göstərir[11].

Viləşçay hövzəsində akumulyasiya ekoloji rayonu torpaqlarının potensial münbitlik göstəricilərinin monitorinqi bu torpaqlarda da dəyişikliklərin getdiyini göstərir.Bunu hövzənin aşağı axarlarında yayılmış bərkimiş yuyulmuş qəhvəyi və yuyulmuş çəmən-qəhvəyi torpaqların monitorinqindən də görmək mümkündür. (cədvəl 3.5).

Cədvəl 3.5

Viləşçay hövzəsi akumulyasiya ekoloji rayonu torpaqlarının münbitlik göstəricilərinin monitorinqi ( Məmmədova S.Z. [ 5 ] )



Münbitlik göstəriciləri



Bərkimiş yuyulmuş qəhvəyi

Yuyulmuş çəmən-qəhvəyi




1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

3,62 3,10 -0,52

3,38 2,10 -1,28

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



88 76 -12

170 145 -25

284 263 -21


90 57 -33

150 119 -31

270 218 -52


Ümumi azot,%

0,18 0,22 +0,04

0,28 0,20 -0,08

Ümumi fosfor, %

0,18 0,20 +0,02

0,18 0,18 0

Ümumi kalium,%

2,53 3,0 +0,47

2,6 2,4 -0,2

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



30,8 32,6 +1,80

35,0 33,6 -1,4

pH (su)

5,8 6,7 +0,9

7,3 7,5 +0,2

pH (duz)

4,7 6,3 +1,6

6,1 7,0 +0,9

Cədvəldən göründüyü kimi, Viləşçay hövzəsinin akumulyasiya ekoloji rayonunda yayılmış bərkimiş yuyulmuş qəhvəyi və yuyulmuş çəmən-qəhvəyi torpaqlarda münbitlik göstəricilərinin dəyişməsində bəzi oxşar və fərqli cəhətləri görmək mümkündür.Hər iki torpaqda humusun azalması,fərqli intensivlikdə də olsa,nəzərə çarpacaq dərəcədədir.Bərkimiş yuyulmuş qəhvəyi torpaqlarda da 14,3%,yuyulmuş çəmən-qəhvəyi torpaqlarda isə 38% olmuşdur.Humusun ehtiyyat formaları da yuyulmuş çəmən-qəhvəyi torpaqlarda ayrı-ayrı qatlarda bərkimiş yuyulmuş qəhvəyi torpaqlardan iki dəfə çox olmuşdur.Bu onunla izah edilə bilər ki,bərkimiş yuyulmuş qəhvəyi torpaqlra dəmyə,yuyulmuş çəmən-qəhvəyi torpaqlar isə suvarma əkinçiliyində istifadə olunur.

Hər iki torpaqda münbitlik göstəricilərinin dəyişməsi fərqli şəkildə getmişdir.Yuyulmuş çəmən-qəhvəyi torpaqlarda azot 28,6%azaldığı halda,bərkimiş yuyulmuşqəhvəyi torpaqlarda əksinə 18,2%artmışdır. Bunu humusun minerallaşması,üzvi və mineral gübrələrin tətbiqi,suvarmanın olmaması ilə izah etmək mümkündür.

Ümumi fosfor və kaliumun da çoxillik dəyişməsi hər iki torpaqda fərqli olmuşdur.Bərkimiş yuyulmuş qəhvəyi torpaqlarda fosfor 10%artdığı halda,yuyulmuş çəmən-qəhvəyi torpaqlarda bu göstərici sabit qalmışdır. Ümumi kalium bərkimiş yuyulmuş qəhvəyi torpaqlarda 15,7% artdığı halda,yuyulmuş çəmən-qəhvəyi torpaqlarda bu göstərici 7,7% azalmışdır. Həmin qanunauyğunluq udulmuş əsasların cəm göstəricinin dəyişkənliyində də müşahidə olunmuşdur. Qeyd edək ki, hər iki torpaqda torpaq reaksiyasının dəyişməsi qələviləşmə istiqamətində olmuşdur.

Bolqarçay hövzəsi. Lənkəran vilayətində sahəsinə görə Bolqarçay hövzəsi çay hövzələri içərisində ən irisi hesab olunur.Onun ümumi sahəsi 2170 km2 olub,Lənkəran vilayətinin 1/3 hissəsini əhatə edir.

Astaraçay hövzəsi kimi, Bolqarçay hövzəsinin də sağ sahili Azərbaycan Respublikasının,sol sahili isə İran Respublikasının ərazisinə düşür.Hövzənin meylliyi 26%-ə bərabərdir.Lənkəran vilayətinin digər çay hövzələrindən fərqli olaraq Bolqarçay hövzəsində meşəli sahələr azlıq təşkil edir.Burada çəmən-bozqır,bozqır və bozqırlaşmış(meşəsizləşmiş)sahələr daha çox üstünlük təşkil edir.Bu da hövzə daxilində gedən proseslərin ümumi xarakterinə təsir göstərmişdir.

Bolqarçay hövzəsi Lənkəran vilayətinin digər çay hövzələri ilə müqayisədə eroziya proseslərinə daha çox məruz qalmışdır. Burada insanın təsərrüfat fəaliyyəti də az rol oynamamışdır. Bolqarçay hövzəsi də Lənkəran vilayətinin Viləşçay hövzəsi kimi meşəsizləşməyə daha erkən dövrlərdə məruz qalmışdır.

Bəzi tədqiqatçıların [ 25 ] fikrincə, artıq XIX əsrin ikinci yarısından Lənkəran vilayətinin şimal hissəsinin dağətəyi sahələri (bura Bolqarçay hövzəsinin böyük hissəsi daxildir)meşələrdən azad edilmişdir. Nəticədə eroziya proseslərinin intensivliyi artmış,torpaqların münbitlik göstəriciləri pisləşmişdir. Bunu Bolqarçay hövzəsinin tranzit ekoloji rayonunun tipik dağ-qəhvəyi və tünd dağ boz-qəhvəyi torpaqların monitorinqindən də görmək mümkündür(cədvəl 3.6).

Cədvəl 3.6

Bolqarçay hövzəsi tranzit ekoloji rayonu torpaqlarının münbitlik

göstəricilərinin monitorinqi ( Məmmədova S.Z. [ 5 ] )


Münbitlik göstəriciləri



Tipik dağ-qəhvəyi

Tünd dağ boz-qəhvəyi










1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

4.80 2.10 -2.70

3.06 1.79 -1.27

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



115 65 -50

210 135 -75

307 220


-50 -2.70

-75


-87

76 44 -32

142 88 -54

261 171 -90


Ümumi azot,%

0.30 0.21

-0.09

0.25 0.15 -0.10

Ümumi fosfor, %

0.22

0.20

-0.02

0.22

0.21

-0.01

Ümumi kalium,%

3.36

3.1

0.26

2.10

1.5

-0.6

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



37.2

34.3

-2.9

33.9

32.6

-1.3

pH (su)

6.9

7.0

+0,1

7.5

7.7

+0.2

pH (duz)

5,8

6.5

+0.7

7.1

7.9

+0.4

Cədvəldən göründüyü kimi, Bolqarçay hövzəsinin tranzit ekoloji rayonunun tipik dağ-qəhvəyi və tünd dağ boz-qəhvəyi torpaqlarında müşahidə müddətində potensial münbitlik göstəricilərinin dəyişkənliyi digər çay hövzələrinin analoji rayonlarının torpaqlarından daha kəskin şəkildə olmuşdur. Monitorinqin nəticələrindən göründüyü kimi, hər iki torpaqda, demək olar ki, münbitlik üçün böyük əhəmiyyət kəsb edən biogen elementlərin (humus, azot, fosfor, kaliumun ) azalması, bəzi hallarda iki dəfədən çox olmuşdur;humusun ümumi miqdarı tipik dağ-qəhvəyi torpaqlarda 56%,tünd dağ boz-qəhvəyi torpaqlarda 41,5% azalmışdır ki,bu da özünü humusun ehtiyyat formalarının,azot,fosfor və digər göstəricilərin də azalmasında göstərmişdir. Bolqarçay hövzəsində münbitlik göstəricilərinin bu cür kəskin pisləşməsi, güman etmək olar ki, əsasən antropogen səbəblərdən baş vermişdir: ərazidə meşə örtüyünün məhv edilməsi, aridləşmə, relyefin meyilliyi və baxarlılığı gözlənilmədən dağ əkinçiliyinin aparılması və s. bu prosesləri sürətləndirmişdir.



Təngərüçay hövsəsi. Bu hövzə Lənkərançay vilayətində sahəcə ən kiçik çay hövzəsi olsa da ( 230 kv.km) , digər hövzələrdən özünün yüksək meyilliyi (53%) ilə seçilir. Lənkərançay hövzəsində olduğu kimi Təngərüçay hövzəsində də ərazinin meşəliyi yüksək göstəriciyə malikdir. Bu da hövzənin yüksək meyilliyinə və ərazidə yağıntıların yüksək olmasına baxmayaraq , eroziya proseslərinin qarşısını alan amillərdən hesab olunur. Bununla belə, hövzə daxilində bəzi sahələrdə meşələrin qırıldıği talalarda eroziya proseslərinin intensiv getməsinə səbəb olmuşdur. Bunu da qeyd edildiyi kimi, hövzənin yüksək meyilliyi ilə izah etmək mümkündür. Qeyd edək ki, hövzə torpaqlarının böyük hissəsi alçaq və orta dağlıq ərazilərdə yerləşmişdir.

Təngərüçay hövzəsinin suayrıcı ekoloji rayonuna aid olan torpaqlar, müşahidə müddətində daha çox dəyişikliyə uğramışdır. Suayırıcı ekoloji rayonu daxilində yayılmlış dağ çəmən-bozqır və dağ – şabalıdı torpaqların münbitlik göstəricilərinin çoxillik dəyişikliklərindən də bunu görmək mümkündür (cədvəl 3.7).

Cədvəl 3.7

Təngərüçay hövzəsi suayırıcı ekoloji rayonu torpaqlarının münbitlik

göstəricilərinin monitorinqi ( Məmmədova S.Z [ 5 ] )


Münbitlik göstəriciləri



Dağ sarı

Podzollu-sarı




1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

4,80 2,10 -2,70

3,06 1,76 -1,27

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



115 65 -50

210 135 -75

307 220 -87


76 44 -32

142 88 -54

261 171 -90


Ümumi azot,%

0,30 0,21 -0,09

0,25 0,15 -0,10

Ümumi fosfor, %

0,22 0,20 -0,02

0,22 0,21 -0,01

Ümumi kalium,%

3,36 3,1 0,26

2,10 1,5 -0,6

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



37,2 34,3 -2,9

33,9 32,6 -1,3

pH (su)

6,9 7,0 +0,1

7,5 7,7 +0,2

pH (duz)

5,8 6,5 +0,7

7,1 7,9 +0,4

Müşahidə müddətində ( 1953-1956 və 1997 -2005-ci illər) dağ çəmən-bozqır və dağ şabalıdı torpaqların, demək olar ki, bütün münbitlik göstəriciləri əsaslı dəyişikliklərə məruz qalmışdır. Xüsusən də humus göstəriciləri onun miqdarı və ehtiyatı kəskin surətdə azalmışdır. Bu azalma 0-20 və 0-50 sm-lik qatlarda daha çox nəzərə çarpan dərəcədə olmuşdur. Dağ-çəmən bozqır torpaqlarda humus 104,1 t/ ha( 0-20 sm) azalaraq 36,5 t/ ha-ya, dağ şabalıdı torpaqlarda 75,0 t/ ha-dan 38,7 t/ha-ya qədər azalmışdır.Yada salaq ki, son onilliklərdə respublikamızın ekoloji vəziyyəti hədsiz dərəcədə pisləşmişdir və bu proses yenə də davam etməkdədir. Torpaqların qüvvədən düşməsi, münbitliliyin azalması isə az qala qarşısı alınmaz bir bəlaya çevrilmişdir. Lakin torpaq üzərində ekoloji nəzarətin monitorinqin lazımi səviyyədə olmaması baş verən proseslər, onların miqyası və intensivliyi haqqında hələ tam informasiya əldə etməyə imkan vermir. Ekoloji monitorinqin olmaması mühafizə işlərinin həyata keçirilməsinin vacibliyini azaltmır. Bu problemin həlli isə yalnız kompleks şəkildə ,torpaqla bağlı hüquqi, sosial- iqtisadi, mülkiyyət məsələlərinə ekoetik baxımdan yanaşmaqla həll etmək mümkündür.

N Ə T İ C Ə

Dissertasiya işində Lənkəran vilayətinin torpaq fondunun müasir vəziyyəti, onun strukturu, kənd təsərrüfatı yerləri üzrə paylanmasının təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, kənd təsərrüfatına yararlı torpaqların 15,4 % - i ( 43261,3 ha) eroziyaya, 12,7%-i ( 19503 ha ) şorlaşmaya məruz qalmışdır.

Lənkəran vilayətinin çay, üzüm, taxıl və tərəvəzaltı torpaqların aqroekoloji əsasda bonitirovkasının ümumi müddəaları, qiymət meyarlarının və təshih əmsallarının seçilməsinin yanaşma qaydaları əsaslandırılmış , zona torpaqlarının daxili diaqnostik əlamətləri ilə üzüm, çay,taxıl və tərəvəzin məhsuldarlığı arasında çox sıx korelyativ əlaqənin olması müəyyən olunmuşdur.

Çay, üzüm, taxıl və tərəvəzlaltı torpaqların əsas bonitet şkalası qrulmuş torpaqların qiymət meyarları əsasında bonitet balları tapılmışdır: Lənkəran vilayətinin çaya yararlı torpaqları –zəif padzollaşmış sarı-100 bal,tipik sarı dağ meşə -91 bal,zəif podzollaşmış sarı dag-meşə-92 bal, orta podzollaşmış sarı-88 bal, şiddətli podzollu-sarı qleyləşmiş-68 bal, zəif podzollu-sarı qleyləşmiş-88 bal ,zəif podzollu-sarı qleyli-78 bal,orta podzollu-sari qleyləşmiş-90 bal, taxıla yararlı torpaqlar-yuyulmuş dağ-qəhvəyi -100bal,tipik dağ-qəhvəyi-93 bal,karbonatlı dağ-qəhvəyi-95 bal,bozqırlaşmış dag-qəhvəyi -72bal,bərkimiş yuyulmuş qəhvəyi-91 bal,bərkimiş tipik qəhvəyi-93 bal,dağ-şabalıdı-73 bal,tipik çəmən qəhvəyi-90 bal,yuyulmuş çəmən qəhvəyi-94 bal,tund boz qəhvəyi-88 bal,açıq boz qəhvəyi-62 bal ,çəmən boz qəhvəyi-85 bal,açəq çəmən boz-qəhvəyi-60 bal,tünd çəmən-78 bal,açıq çəmən-63 bal ,adi çəmən-75 bal, üzümə yararlı torpaqlar -bərkimiş tipik qəhvəyi-100 bal,bozqırlaşmış dağ-qəhvəyi-78 bal,bərkimiş yuyulmuş qəhvəyi-93 bal,yuyulmuş çəmən qəhvəyi-90 bal,tipik çəmən qəhvəyi-91 bal,tund boz qəhvəyi-75 bal,çəmən boz-qəhvəyi -65 bal, tərəvəzə yararlı torpaqlar –zəif podzollu sarı qleyləşmiş -93 bal, orta podzollu sarı qleyləşmiş -90bal,şiddətli podzollu sarı qleyləşmiş -85 bal, yuyulmuş çəmən qəhvəyi -79 bal, tipik çəmən qəhvəyi -80 bal,tünd çəmən -87 bal, bataqlı-çəmən -91 bal, lilli bataqlı -94 balla qiymətləndirilir.

Təshih əmsallarının tətbiqi ilə çay, üzüm,taxıl və tətrəvəz altı torpaqların orta hesabı bonitet balları hesablanmış, torpaqların aqroistehsalat qruplaşdırılması aparılmış, torpaq qruplarının müqayisəli dəyəyrlilik əmsalları tapılmışdir. Çaya yararlı torpaqların vilayət üzrə ümümi orta hesabı qiymətinin -76 bal, taxıla yararlı torpaqların -78 bal, üzümə yararlı torpaqların -81 bal, tərəvəzə yararlı torpaqların isə-78 bal olduğu müəyyən olmunmuşdur.

Lənkəran vilayətinin Lənkəran-Astara, Cəlilabad, Lerik-Yardımlı, Peştəsər-Burovar torpaq-kadastr (qiymət) rayonları torpaqlarının yekun bonitet şkalaları qurulmuş, torpaq qruplarının orta hesabi balı və müqayisəli dəyərlilik əmsalları tapılmışdır. Lənkəran-Astara torpaq-kadastr rayonu -85 bal, Cəlilabad -82 bal, Lerik-Yardımlı -69 bal, Peştəsər-Burovar -47 balla qiymətləndirilmişdir.

Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsasları təhlil edilmişdir. Torpaqların ekoloji qiymətləndirilməsinin mövcud ümumi sxemi qəbul edilərək, Lənkəran vilayəti torpaqlarının ayrı-ayrı əlamətlərinin təzahür dərəcələrinə görə xüsusi qiymətləndirmə şkalaları əsasında, torpaq və onun münbitliyinin formalaşdığı mühit amillərindən (hündürlük,yağıntılar,Md, ∑T >10°, BİP) torpaqların qiymət meyarları əsasında tapılmış bonitet ballarından və torpaqların bonitirovkası zamanı meyar və təshih əmsalları kimi götürülmımiş əlamət və xassələrin ( pH, suyadavamlı aqreqatların miqdarı, sıxlıq ) təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarında balla ifadə olunmuş göstricilərdən istifadə etməklə çay, üzüm, taxıl və tərəvəzaltı torpaqların ekoloji qiyməti şkalası qurulmuş və ekoloji qiymət tapılmışdır.

Lənkəran vilayətinin iri çay hövzələri daxilində yayılmış kənd və meşə təsərrüfatı torpaqlarının münbitlik göstəriciləri üzərində ekoloji nəzarət (monitorinq) məlumatları əsasında təbii şəraitindən, istifadəsindən və başqa səbəblərdən aslı olaraq Astaraçay, Lənkərançay, Viləşçay, Təngərüçay, Bolqarçay hözələrində kənd təsərrüfatına yararlı torpaqların münbitlik göstəricilərin uzun dövr ərzində dəyişkənliyinin 3 tipi müəyyən edilmişdir:

a)göstəricilərin pisləşməsi; b)göstəricilərin sabitləşməsi; c)göstəricilərin yaxşılaşmasl (münbitliyin yüksəlməsi)


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə