676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə27/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

(55.277). Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu
barədə irəlidə söhbət açılacaqdır.
A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli
hesab edərək (159.43), yazmışdır:
“Buradan bir qədər şərqdə -Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə
sahib olan…qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlə-rin qaynağı və Ata yurdu
olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdi -lər.” (159.88).
A.İ. Terenojkin isə başqa, gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir
qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:
“İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və
Kiçik Asiyada yaşamışlar.” (160.17-18).
İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi
əsası yoxdur. Birincisi ona görə ki, həm H erodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu
kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu
(55.124) Herodotun öz yazdıqları sübut edir:
“Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür… O, tək bir axarla şərqə doğru
axaraq Xəzər dənizinə tökülür…”
“(Farslardan, midiyalılardan, saspirlərdən…) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz
çayı yerləşir…” (60.14).
İkincisi ona görə ki, iskit-sak dairəsinə daxil olan xalqların -kimmerlərin, sakların və
işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı -larda onlardan məhz
Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun
söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bir cə kəlmə
belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə
yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və
sonrakı müəlliflər də ağına -bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə
yazmışdır:


“Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi
ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının
arasından axır…
(Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun
dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları
daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və
indi də Midiya torpaqlarına soxuldular.
(Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə
Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz
yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə
buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar m əğlub oldular, onların
qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər.” (60.13-
14)
Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə
irəliləyərək Midiya torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini
nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə
çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni
bugnkü Ermənistanla və Naxçıvanla Bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba
axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu
Herodotun aşağıdakı sözləri də təsdiq edir:
“Köçəri iskit tayfaları Asiyada yaşayırdılar. Massagetlər onları oradan sıxışdırdıqda onlar
böyük hərbi qüvvə ilə Araz çayının keçib kimmerlər ölkəsinə gəldilər.” (55.277)
Bu məlumatdan isə belə məlum olur ki, iskitləri Araz çayını keçməyə massagetlər məcbur
etmişdilər. Massagetlərin isə ən azı e.ə Vll əsrdən Azərbayc an sakinləri olduqlarını bütün
mənbələr birmənalı şəkildə təsdiqləyir (137.10;55.124). Yəni iskitlər Azərbaycana kənardan
gəlməmişdilər, əksinə ilk vətənləri olan Azərbaycandan qovulmuşdular. kimmer torpaqlarına
daxil olmaları isə onu göstərir ki, onlar Araz çayını keçib Van sahilləri və Ağrı dağı
istiqamətinə üz tutmuşlar. Çünki kimmerlərin onlardan öncə ələ keçirdikləri və
məskunlaşdıqları yer Urartu ərazisi idi və bu ərazi Ağrı dağı, Van gölü və ətrafını əhatə edirdi.


Eyni zamanda o da məlumdur ki, kimmerlərin əlində olan torpaqlar arasında Kappadokiya da
var idi (55.106).
Üçüncüsü, iskit və saklara xas mədəniyyətin ən qədim nümunələri Azərbaycan ərazisindən
(Qədim Manna ərazisi) tapılmışdır. Söhbət Güney Azərbaycanın Ziviyə adlı yaşayış
məntəqəsindən tapılan, sensasiyaya səbəb olan, fəqət çox hissəsi oğurlanan xəzinədən gedir.
Həmin xəzinə 1947-ci ildə Sakkız şəhərindən 40 kilometr şərqdə, Həsənlu yaxınlığından
tapılmışdır. Maraqlıdır ki, R.Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu
söyləməkdədir (176).
M.A. Dandamayev və V.Q. Lukonin xəzinə barədə yazmışlar:
“Həmin dövrdə Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi rayonları ilə normal
əlaqələr üçün münasib deyildi. Bu üzdən də bir çox əşyalar, ilk növbə-də də qiymətli
metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli
əşyalarsa yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı -ayrı
şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylər inə
yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır.” (152.90-
91).
Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən,103-ü fil sümüyündən)
tam siyahısını, hazırlanma materiallarını və ölçülərini ilk dəfə R.Qrişman dərc etdirmişdir
(161.445-452). Bir vaxtlar İranın Arxeolyi Xidmətinin baş inspektoru olmuş Andre Qodar
1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin
dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğu fikrini ifadə etmişdi. “Heyvani
üslub” terminini də ilk dəfə məhz o, işlətmişdir. Məhz Qodar ilk dəfə bu üslubda aşşur
incəsənətinə xas elementlərin olduğunu ifadə etmişdir. Məhz onun sayəsində bu əşyaları çoxu
Tehrana, muzeyə göndərilmiş və qoruna bilmişdir.
Andre Qodar digər böyük alim E.Hersfeldin ardınca bu incəsənətin iskit incəsənətinə
başlanğıc verdiyini söyləmiş, sözügedən incəsənətin “Manna” incəsə-nəti olduğunu
bildirmişdir (162). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyə yaşayış məntəqəsinin
adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində (163.llc.səh 5) “Zubie
qalası” kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu
söyləyərək göstərmişdir ki, Ziviyə xəzinəsindən tapılan əşyaları n bənzərlərinə bu


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə