676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

H.Cəfərov deyir:
“Həmin dövrdə gön-dəri emalı və bununla bağlı sahələrin də inkişaf etməsi nəticəsində
aşılanmış dəridən ayaqqabı,paltar və sairə də hazırlayırdılar.
Hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf et -
mişdi.Azərbaycanın bir sıra Eneolit abidələrindən —Kültəpə 1,Hacı Firuz,İlanlıtə -
pə,Babadərviş,Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları,habelə Əlikömək -təpəsindən
tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.
Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içərisində dulusçuluq daha kütləvi
istehsal xüsusiyyətləri ilə fərqlənirdi.Neolit dövrünün bəsit və kobud qabla-
rından fərqli olaraq Eneolit dövründə istehsal olunmuş saxsı qablar həm forma,həm də
hazırlanma texnologiyasına görə diqqəti cəlb edir.Əhalinin artan tələbatına uy-ğun yeni qab
növlərinin istehsalı mənimsənilirdi.
Onların davamlılığını artırmaq və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan
istifadə olunurdu.Bu dövrdə ən mühüm yeniliklərdən biri saxsı qabların bişirilməsi üçün
dulus kürələrinin meydana gəlməsidir .Kültəpə, Şomutəpə,
İlanlıtəpə,Əliköməktəpə,Çalağantəpə yaşayış məskənlərində dulus kürələri qalıqlarına da çox
təsadüf edilmişdir.Burada dulus kürələri əsasən iki qatlıdır.Alt qatda ocaq qalanır,üst qatda
isə saxsı qablar yığılırmış.Əliköməktəpə və Leyletəpə abidələrində dulus kürələri yaşayış
yerinin kənarında cəmlənmişdi.
Tədqiqatçıların fikrincə,bu fa ktı eramızdan əvvəl 5-ci minilliyin axırı və 4 – cü
minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının”varlığı kimi qiy -mətləndirmək
lazımdır.Maraqlıdır ki,bu abidələrdə tapılmış saxsı qabların bir qis-mi sadə quruluşlu dulus
çarxında hazırlanmışdır.” (1.30).
Öncələr elə hesab edilirdi ki,Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq
edilməyə başlamışdır..Dulus çarxının kəşf və ilk dəfə tətbiq edil -diyi yerin isə qədim Şumer
ərazisi olduğu hesab edilirdi.Ölkəmizin ərazisindən əl -
də edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib,tətbiq edildiyi mə -kanın məhz
Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu,məhz son Eneolit dövründə baş


vermişdir.Maraqlıdır ki,qədim yunan müəllifləri dulus çarxı-nın kəşfini iskitlərə aid
etmişlər.Məsələn, Posidoniy və Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus
çarxını iskit Anaxarın icad etdiyini yazmışlar. (13,31).
O da maraqlıdır ki,Eneolit,yəni Mis-Daş dövrünün başlamasına səbəb olan misin kəşfi
məsələsində də qədim yunanlar birinciliyi iskitlərin ayağına yazmışlar. Məsələn, Pliniy
Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir (17.197) .
Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə
bağlıdır.Belə ki,Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik
isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır (18.1241).
Artıq qeyd etdiyimiz kimi, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ilk öncə A raz
çayı sahilində yaşadıqlarını,sonradan Avrasiyanın geniş torpaqlarına yayıldıqlarını
bildirmişlər(7.85).Bu qədim türk xalqı haqqında elmə məlum ən qədim yazılı mənbələr
eramızdan əvvəl 7-6-cı əsrlərə aid Aşşur mənbələridir və bu mənbələr həmin xalqdan
Azərbaycan əhalisi kimi söz açmaqdadır (38,65).Təbi ki,Eneolitin başlanğıcına təsadüf edən
yazılı mənbələr ola bilməzdi və yox idi də.Lakin fakt budur ki,bu gün Araz çayı sahillərində
yerləşən Naxçıvan ərazisi dünyada misin ilk dəfə emal edilməyə başladığı ən qədim
ocaqlardandır.
Tarixçi alim A.Seyidov bildirir:
“Naxçıvan ərazisi çox-çox qədim zamanlardan,eramızdan əvvəl 6-cı minillikdən
başlayaraq,yaxın Şərq və Qafqazın müstəqil metallurgiya mərkəzlərin -dən biri kimi çıxış
etmişdir.Burada çox sayda qədim metal məmulatı nümu-nəsi,eləcə də metal emalı sənayesi
qalıqları tapılmışdır ki,bu da Naxçıvanda ən qədim zamanlardan metallurgiya sahəsində bilik
və vərdişlrin ortaya çıxdığını sübut edir.Eyni zamanda bu tapıntılar bir sıra həllini gözləyən
məsələlərin həllinə yardım edir.
Görkəmli Azərbaycan alimi Səlimxanov bu diyarın erkən Eneolit abidələ -rindən olan
Kültəpə abidəsindən əldə edilmiş ilk metal məmulatlarının spektral analizini apararkən
onların tərkibində mislə yanaşı arsen qarışığının da olduğunu üzə çıxarmışdır.Kültəpənin
erkən Eneolit dövründən son Tunc dövrünə qədərki
bütün mərhələlərini əks etdirən və qalınlığı 22,2 metr olan mədəni təbəqəsindən tapılan
məmulatların təhlili əsasında edilmiş bu böyük kəşf sayəsində Azərbaycanda və sonrakı


dövrlərdə bütün Qafqaz ərazisində ayrıca bir mis-arsen mərhələsinin olduğu dünyaya məlum
oldu.
Məlum olduğu kimi,metallurgiyanın yaranması və inkişafı üçün xammal bazasının
olması vacibdir.Naxçıvan ərazisində belə bir baza vardır.Bu,mis,arsen və polimetal
yataqlarıdır.Azərbaycanda qalaydan başqa bütün zəruri metal yataqları mövcuddur.Və bu
yataqlarda malaxit ,azurit, xalkopirit ,helenit ,sfalerit ,antimonit və sairə minerallara da rast
gəlinir.Onların erkən dövrlərdən emal edildiyini sübut edən çox sayda qədim metalçıxarma və
metalişləmə sənayesi izləri tapılmışdır.Belə izlərə Ordubad rayonu ərazisindəki Misdağ ,
Dizixçay,Parağaçay, Göy-göl,Ağyurd və Şəkərdərədə rast gəlinmişdir.”(39.165).
Maraqlıdır ki, Ordubadın Nüsnüs kəndindən qərbdə “Sak dağı” adlana bir dağ iskitlərin, daha
dəqiq desək, sakların adını yaşatmaqdadır. Sözügedən kəndin ən böyük küçələrindən biri
“Sak” adını daşıyır və bu küçə Sak dağının şərqindədir. Mahmud İsmayıl bu toponimlərin,
eləcə də Nüsnüs kəndinin şimal-şərq, Naxçıva-nın qərb istiqamətində yerləşən Saqqarsu adlı
yerin də saklarla bağlı olduğunu yazmışdır (137.19).
Bütün bu faktlar Azərbaycanda iskit və sak mədəniyyətinin köklərinin ən azı Eneolit dövrünə
qədər uzandığını söyləməyə əsas verir. Lakin əldə olan digər faktlar bu mədəniyyətin
köklərinin daha qədimlərə-Neolit dövrünə qədər uzandığını söyləməyə də imkan yaradır.
Neolit dövrü Azərbaycanda eramızdan əvvəl 7-ci minilliyin əvvəllərindən başlamış və
6-cı minilliyə qədər davam etmişdir.Neoliti, yəni yeni Daş dövrünü başqa dövrlərdən
fərqləndirən əsas xüsusiyyət bu dövrdə əkinçilik və maldarlıq mədəniyyətinin əsaslı surətdə
təşəkkülü və inkişafı ilə bağlıdır.Bu dövrdə insanlar istehsal mədəniyyətini
mənimsəyir,təbiətdə hazır şəkildə mövcud olmayan ye ni materialların istehsalına
başlayır.Toxuculuğun kəşfi və gil qabların hazırlanması istehsalda xüsusi yer tutur.İlk vaxtlar
toxuculuq materialı qismində gicitkan,kətan və sairə kimi yabanı texniki bitkilərdən istifadə
olunurdu (1.26).
Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını məhz Neolit, yəni yeni Daş dövrü ilə
bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir.
Fakt budur ki, elmə məlum ilk xalça e.ə.Vl-V əsrlərə aid Pazırık kurqanından (Altay)
tapılmışdır (16.10) və sözügedən Pazırıq kurqanı saklara aid edilir (7.122-123).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə