676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

da daşımışlar. Yuxarıda bu barədə söhbət açarkən, müəyyənləşdirmişdik ki, bu saklar
utilərin, yəni paytaxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonş uluğunda yaşayan saklar
idi ki, b.e. Vll əsrinə qədər Kür və Araz çayları arasında yaşamaqda davam edirdlər və həmin
ərazidəki Sakasena (Şakaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, həmin sakların
Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edilir ki, Manna Cənubi Azərbaycanda,
Urmiya gölünün cənubunu və şərqini əhatə edən bir ölkə idi (1.86;175.48) və Quzey
Azərbaycan ərazisi onun sınırlarına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman
birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə güneydə) Sakasena
olduğunu iddia edən Qiyasəddin Qeybullayev (55.321) haqlıdır və sözügedən Sakasenanın
Manna ərazisindəki Sakasenaya, birinci Sakasenada yaşayan sakların isə “Manna sakları”na
heç bir aidiyyatı yoxdur.
Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən
dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün
gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir (175.69). İlkin mənbələrin diqqətlə
incələnməsi bu müddəanın tam doğru olduğu-nu, Manna ərazisinin düşünüldüyündən çox -çox
böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan
və Çeçenistanı da içinə aldığını göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki,
mütəxəssislərin, demək olar ki, hamısı (V.V.Struve, İ.M. Dyakonov, K.V.Trever, İ.Q.Əliyev,
V.F.Minorski, A,P.Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya
gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd
etmişlər (55.321). Məsələn, İ.Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal
sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır (132.250).
İ.Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənub unu, həm də şimalını
əhatə etmişdir (177.230, qeyd 5). M. İsmayıl da eyni fikirdə olmuşdur (137.11). Arxeoloji
tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan
ərazisi də daxil idi (130).
Məlum olduğu kimi, “Sakasena” adına antik müəlliflərin, “Şakaşen” adına isə erməni
müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen-bol söz açan aşşur mənbələrində isə
bu toponimə rast gəlmirik. Əvəzində isə aşşur və Urartu mənbələrində paytaxtı Parda (Bərdə)
olan Saqarta (Zikertu) toponiminə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın
əyalətlərindən biri kimi qeyd edilir (175.63).


Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab
edilir (175.63), lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə
ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət
açan Herodot onları utilərlə birlikdə yad edir (55.147), utilərin isə Araz çayı yaxınlarında
yaşadıqlarını göstərir (55.143). Və məsələ təkcə bu faktla bitmir.
Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll
Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir (175.64).
Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər
sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar (178.75 сн 2; 132.165).
Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Parda şəhəri ilə Azərbaycandakı Bərdə,
eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət
çəkmiş, fəqət bunu mannalıların guya qafqazdilli olduqlarını “sübut” etmək üçün etmişdir
(178.60). Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə
Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi
sahilində yerləşən bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı)
xalqının adı ilə bağlı olmuşdur. Məlimat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan
xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdə-dirlər. Fəqət sovet dövründə
onların millətləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir (179.166).
Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə “Avarskoye
Koysu”, digəri isə andilərin adı ilə “Andiyskoe Koysu” adlanmaqdadır.
Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qar -şı Urartu çarının
təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə
hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir.
Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya
daxil olmuşdu (1.98-99). Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey
Azərbaycandan keçmək lazımdır.
Mannanın digər bir əyalətinin də “Durdukka” olduğu və burada eyniadlı şəhərin bulunduğu
məlumdur (1.96). Q.Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı
olan “durdzuk” (Dağıstanda bu gün də çeçenlərə “durdzuk” deyirlər) etnonimi ilə bağlıdır
(178.60). Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür


(169.85). O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan
didoyların da (179.166) adını çəkmişdir (169.85).
Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbay-can ərazisi ilə
yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta da
Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm
də güney ərazilərini əhatə edirdi. Mənbələrdən belə aydın olur ki, həmin dövrdə “sak” adı
Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş (1.127 -
128). Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətini n deyil, Saqartanın (Zikkertunun)
mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də “sak” adı
ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.
Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal -qərbində, Xəzər sahillərində yaşamış
massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər (137.11-12). Sonrakı
dövr mənbələrində “maskutlar” adlandırılan bu xalqın bəzi mütəxəssislərin fikrincə,
Dərbəndlə Beşbarmaq dağı arasında (180. 304), digər mütə xəssislərin fikrincə isə, Kür çayına
qədər olan ərazilərdə və Muğanda (181.19) yaşadıqları bildirilimişdir. Antik müəlliflərin
massaget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında,
daha sonra isə isə erməni müəlliflərinin əsərlərində “maskut” kimi çəkilməkdədir (83.53).
Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə
massagetləri midiyalılarla birlikdə yad etmişdir (55.174 -175).
Herodot massaget tayfaları barədə yazırdı ki, “bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə
Araz çayının o tərəfində issidonlarla üzbəüz yaşayır. Bəzilərinin ikrincə, bu iskit xalqıdır.”
(1.124). Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi.
Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar
(1.124) və Araz çayı sahilində yaşayırdılar (60.25). Əhəməni şahlarının yazılarında ayrıca
“massaget” adına rast gəlinmir və onlar da ümumiləşdirici “sak” adı altında tanınırdı. Və
maraqlıdır ki, Prokopiy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri
massagetləri hunlarla eyniləşdirmişlər (1.118; 66.l, XlV fəsil; 55.177; 182.114).
Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi -Rüstəmdəki kitabəsində üç növ
saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları
(oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar)
(75.54).


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə