149
Şəkil 44
Şimal qitələri üçün qütbün fərz olunan yerdəyişmə
trayektoriyası: 1.Avropa; 2.Amerika.
sadə yerdəyişməsinin zəminində Sakit okeanın ekvator
əyalətindən şimala doğru bir neçə ilgək ayrılır: Şimali Amerika
üçün gec trias paleogen və kembiri-silur üçün, Şimali avropa
üçün eyni zamanda devon dövrü – orta karbon üçün, həmçinin
Şərqi Sibir ordovik devon dövrləri üçün. Bu ilgəklərin
vəziyyəti geoxronoloji şkaladan aydınca görünür ki, litosfer
plitələrin hərəkətinin xarakterinə və istiqamətinə uyğunlaş-
dırılmışdır.
Qütbün fərz olunan yerdəyişməsi cənub qitələrinin (şəkil
45) trayektoriyaları üçün şimal qitələrinkindən nəzərə çarpacaq
dərəcədə, hər şeydən əvvəl böyük amplituda ilə fərqlənirlər,
xüsusilə ilkin paleozoy hissəsində cənub materiklərin, Hindis-
dan və Avstraliya qitələrinin böyük miqyasda yerdəyişməsində
özünü göstərir. Çox da böyük olmayan litosfer blokların
yerdəyişmə trayektoriyası qırışıqlıq qurşağın forması yuksək
mürəkkəbliyi ilə fərqlənirlər, bu da regional və lokal üfiqi
hərəkətlərin olması ilə əlaqədardır.
150
Şəkil 45.
Cənub qitələri üçün qütbün fərz olunan yerdəyişmə
trayektoriyası: 1.Cənubi Amerika; 2.Afrika; 3.Avstraliya;
4.Hindistan; 5.Antarktida.
5.4. Qarşılıqlı yerləşmiş iki qitənin rekonstruksiyası
Paleomaqnit təyin etmələr qarşılıqlı yerləşmiş nöqtələrin
qədim en dairələrinə və qütbə nisbətən vəziyətini, həmçinin
meridianlara görə ərazinin yerləşdiyi yeri verir. Paleomaqnit
məlumatlara əsaslanaraq deyə bilərik ki, eyni bir epoxa üçün
heç bir üsulla həmin dövr üçün nöqtələr arasında uzunluq
dairələrinin fərqini təyin edə bilmərik, əgər bu nöqtələr
müxtəlif qitələrə (plitələrə, bloklara) aiddirsə və sonradan
qarşılıqlı yerdəyişməyə məruz qalıblarsa. Onda bu məsələ o
vaxt həll oluna bilər ki, bu blokların keçmişdə bir bloka, yaxud
bir plitəyə mənsub olduğu məlum olsun, yəni müəyyən zaman
intervalında onların qaşılıqlı
vəziyyəti dəyişməyib. Bu
məsələni həll etmək üçün iki üsul var, biri İrvinq üsulu
151
digəri isə Qrexem üsuludur.
Qrexem üsulu qütbün uyğun gələn trayektoriyasını,
birləşdirməkdən və kontinentin buna uyğun gələn trayektoriyası
ilə çox sıx əlaqədar olan yerdəyişməsindən ibarətdir. Tutak ki,
iki A və B kontinenti (1,2,…..10) epoxalar üçün qütbün iki
seriya təyin olunmuş qiymətləri var (şəkil 46). Əgər
kontinentlər 1,2,3, epoxalarda ayrıca hərəkət edib vəsonra 4
epoxada birləşiblər və qütbə nisbətən 4, 5, 6, 7, epoxalarda
birlikdə yerlərini dəyişiblər, onların qütblərinin fərz olunan
yerdəyişmə trayektoriyasının 4-7, hissəsində bir-birinə uyğun
gəlir (şəkil 46 a). Fərz edək ki, 7 epoxada parçalanma baş verdi
və sonralar qitələr bir-birinə nisbətən hərəkət edib (epoxa 8-
10), bunun nəticəsində qitələrin müasir vəziyyəti və bununla
bərk bağlı olan yerdəyişmə əyrisi (şəkil 46,b) kimi olacaqdır.
Ardıcıl olaraq yerdəyişmə əyrisində 10 nöqtəsindən başlayaraq
bir-birinə uyğun gələn hissələri birləşdirsək aşkar olunacaq ki,
əyrinin 4-7, hissəsi bir-birinə uyğundur (şəkil 46,v) və beləliklə
A və B qitələrinin qarşılıqlı vəziyyətini tapırıq, 4 qitələrin
birləşməsini 7, AB qitələrinin parçalanmasını göstərir.
Şəkil 46
. Bir plitənin hissəsi olan qarşı-qarşıya yerləşmiş iki A
və B qitələrinin rekonstruksiyası (Xramov).
152
5.5. Super qitələrin əmələ gəlməsi və onların dağılması
Pangeyin parçalanması və əmələ gəlməsi prosesini
öyrənmək üçün ilk olaraq yerdəyişmə əyrisinin birləşdirilməsi
üsulundan istifadə olunmuşdur. Bütün qitələr üçün qütblərini
trayektoriyasının paleocoğrafi rekonstruksiyasını müqayisə
edərək Veqener-Dyu-Toyta göstərdilər ki, əyrinin uyğun gələn
hissəsində silur-gec trias intervalı müşahidə olunur (şəkil 47).
Şəkil 47.
Pangeyin rekonstruksiyası zamanı paleomaqnit
qütbün yerdəyişməsinin trayektoriya sxemi:
1-3- Pangey əmələ gələnə qədər Sibir, qondvan və Avramerika
üçün qütbün yerdəyişmə sxemi; 4-9- qütbun mezozoy
yerdəyişmə trayektoriyası (4-Hindistan; 5-Afrika; 6-Avropa; 7-
Şimali Amerika; 8- Cənubi Amerika; 9- Antarktida).
5.6. Azərbaycan ərazisinin Qafqaz qırışıqlıq əyalətində
inkişaf tapmış mezokaynozoy əmələgəlmələrində baş verən
tektonik deformasiyaların xarakteri və palinspastik
rekonstruksiyası
Alp Himalay qırışıqlıq qurşağının Qafqaz
seqmentində qədim hövzə olan tetisin və mezotetisin
153
bağlanmasının paleomaqnit üsulla rekonstruksiyası bu
tədqiqatlar qurşağın əmələ gəlmə tarixini dərk etmək və geoloji
kəşfiyyat işləri üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan
Qafqaz qırışıqlıq qurşağı paleomaqnit nöqteyi-nəzərdən ən
yaxşı öyrənilən ərazilərdəndir.
Qafqazın Azərbaycan, Gürcüstan və Ermənistan ərazisin-
də aparılan paleomaqnit tədqiqatların nəticəsinə əsasən bütün
tektonik inkişaf tarixini bir neçə etapa bölmək olar. Birinci etap
triasa qədər olan etapdır ki, bu etap triasın sonunda qurtarır.
İkinci etap bütün mezozoy erasını və paleogenin çox hissəsini
əhatə edərək müasir vəziyyətinə gəlib çıxır.
Keçmiş SSR-də buraxılan kataloqda Kiçik Qafqaz üzrə
kifayət qədər təyin olunmuş paleomaqnit istiqamətin və qütbün
qiymətləri dərc olunmuşdur. Eyni yaşlı paleomaqnit təyin ol-
unmalar hər bir tektonik vahidlər üçün qruplaşdırılaraq qədim
qütbün orta qiyməti hesablanmışdır (şəkil 48 ).
Kiçik Qafqazın yura dövrü üçün tektonik rekonstruksiyası
zamanı qonşu ərazilərlə bərabər Türkiyə, İran və Dağıstan üçün
təyin olunan paleomaqnit qütbülərin qiymətindən istifadə
edərək ərazinin fırlanma və yerdəyişmə hərəkətində iştirak
etdiyi öyrənilmişdir və aşağıdakı kinematik parametrlər təyin
edilmişdir: saat əqrəbi istiqamətində fırlanma hərəkəti, saat
əqrəbinin əks istiqamətində, üstünlük təşkil edən fırlanma
hərəkəti, həmçinin ərazinin şimala, yaxud cənuba yerdəyişməsi
təyin edilmişdir.
Dağıstan Alp qırışıqlıq qurşağının şimal sərhədində yerləşib və
Ərəbistan sintaksisinin stuktur qövsündən çox uzaqda yerləşib.
Dağıstan yuxarı qalxmış kənarları Skif platforması tərəfidən
əzilərək qırışıqlığa məruz qalmış qum daşlarıilə təsvir olunub,
Türkiyə və İran Alp qırışıqlıq qurşağının cənub sərhədində
yerləşib. İranın qərb hissəsi Ərəbistan sintaksisinin struktur
qöfsündə yerləşib. İran və Türküyə yuxarı qalxmış, əzilərək
qırışıqlıqlarla təsvir olunan cavan oliqosen yaşlı vulkan
əmələgəlmələri ilə təqdim olunmuşdur.
154
Şəkil 48. Kiçik Qafqazın və qonşu ərazilərin kəsilişlərindəki
mezokaynozoy süxurlarında paleomaqnit istiqamətlərin
paylanması.
Yura dövrü üçün aparılan paleomaqnit tədqiqatların
nəticələrinin təhlili göstərdi ki, bu dövrdə Azərbaycan ərazisi
20
ο
şimal en dairəsində yerləşmiş, indi isə 40-42
°
şimal en
dairəsində yerləşdiyi en dairədən 20-22
ο
, yəni indi yerləşdiyi
ərazidən 2200-2300
± 300 km cənubda yerləşmişdir (şəkil 49).
Belə nəticəyə gəlmək olur ki, orta yura dövründən indiki
dövrə qədər, yəni 160 mln. il ərzində ərazinin şimala doğu
hərəkət sürəti ildə 1,3-1,5 sm olmuşdur.
155
Şəkil 49.
Yura dövrü üçün Tetisin şərq hissəsinin paleotektonik
rekonstruksiyası (İ.N.Sborşikova görə).
Tez təbaşir dövrü ərazi 25-27
°
şimal en dariəsində
olmuş üfiqi tektonik hərəkətlər nəticəsində şimala doğru
yerdəyişmənin sürəti ildə 1,1-1,2 sm olmuşdur (şəkil 50).
156
Şəkil 50.
Tez təbaşir dövrü üçün Tetisin şərq hissəsinin
paleotektonik rekonstruksiyası (İ.N.Sborşikova görə) (117).
Gec təbaşir dövrü isə ərazi 30-32
°
şimal en dairədə olmuş,
üfiqi yerdəyişmə 8-10
°
olmuşdur, yəni1230-1250 km, bu
dövrdə illik üfiqi yerdəyişmənin sürəti 1,5-2 sm olmuşdur
(şəkil.51 ).
157
Şəkil 51.
Gec təbaşir dövrü üçün Tetisin şərq hissəsinin
paleotektonik rekonstruksiyası (İ.N.Sborşikova görə) (117).
Paleogen dövründə tədqiq olunan ərazi 34-36
°
şimal en
dairəsində yerləşmiş indiki vəziyyətini almaq üçün cənubdan
şimala doğru 700-800 km yerini dəyişərək müasir vəziyyətini
almışdır, illik üfiqi yerdəyişmə sürəti 1,6-1,8 sm olmuşdur
(şəkil 52).
Qafqaz ərazisi üçün alınan paleomaqnit qütbün koor-
dinatlarını Gürcüstan, Ermənistan, Türkiyə, İran və Dağıstan
ərazisində təyin olunan nəticələr Rus platformasının nəticələrilə
müqayisə olunmuşdur. Dərc olunan məqalələrdə
nəticələritəhlil edərək belə qənaətə gəlinib ki, Dağıstan ərazisi
hazırda Kiçik Qafqazdan 2
°
şimalda yerləşməsiня baxmayaraq
yura dövründə bunlar arasında məsafə 10
°
, yəni
158
Şəkil 52.
Paleogen gövrü üçün Tetisin şərq hissəsinin
paleotektonik rekonstruksiyası (İ.N.Sborşikova görə).
1100 km təşkil edirdi, gec təbaşirdə isə bu məsafə 8
°
,
yəni 880
km olmuşdur, bunların hamısı göstərir ki, Kiçik Qafqazın
ərazisi, nə də Dağıstanın ərazisi yura dövründə indiki kimi nə
Avroasiya plitəsilə, nə də Ərəbistan plitəsinə məxsus
olmamışdır, yəqin ki, Qafqaz meqazonasını başqa litosfer
plitəsi kimi təsvir etmək olar və Avroasiya və Afrika qitəsi
arasında yerləşmiş və hər iki plitədən nəzərəçarpacaq dərəcədə
uzaq məsafədə olmuşdur. Tez təbaşir dövrü ərazinin şimala
doğru yerdəyişmə sürəti bütün dövrlərdəki sürətdən kiçik
olmuşdur. Belə güman etmək olar ki, bu dövrdə Qafqaz plitəsi
şimala doğru hərəkəti zamanı başqa plitələrlə toqquşduğundan
sürətini azaltmış və paleogen dövründə bu ərazi ilə Rus
platforması arasında olan məsafə 6
°
, yəni 700-800 km olmuşdur
və illik hərəkət sürəti 1,6-1,8 sm-ə çatmışdır.
Ərazi üçün, eyni yaşlı strukturaların müxtəli f
159
yerляриндян əldə olunan paleomaqnit məlumatların təhlili,
paleomaqnit xarakteristikaların belə müxtəlifliyə malik
olmasını tektonik hərəkətlər hesabına olduğunu sübut edir.
Kiçik Qafqazın və qonşu əyalətlərdə mezokaynozoy
əmələgəlmələrində paleomaqnit tədqiqatlarından alınan mə-
lumatlara əsasən belə nəticəyə gəlinib ki, paleogendən sonra
Kiçik Qafqaz, İran, Dağıstan 23-30
°
saat əqrəbi istiqamətində
Türkiyə isə 30-40
°
saat əqrəbinin əks istiqamətində dönmüşdür,
həmin dövr ərzində ərazi şimala doğru hərəkət edərək Kiçik
Qafqaz qövsünü yaratmışdır (şəkil 53).
Şəkil 53.
Kiçik Qafqazın və qonşu ərazilərin qöfsvari
əyilməsinin paleomaqnit üsulu ilə sübutu.
160
ƏDƏBİYYAT
1.Палеомагниталгия Храмоа А.Н., Гончаров Г.И. и.др.
M,: Недра, 1982, 312 с.
2.Палеомагнетизи. Храмоа А.Н., Шолпо Л.Е. M,: Не-
дра, 1967, 250 с.
3.Использование магнетизми горных пород для ре-
шения геологических а задач. Шолпо.Л.Е. Издательство
«Недра» 1977, 183
4.Земной магнетизм. Яновский Б.М. Издательство
Ленинградского Университета, 1978, 587с.
5.Магнетизм горных пород. Нагата Т. Москва Мир:.
1965, 340с.
6.Палеомагнетизм эвгеосинклинальной зоны южного
урала. Минибаев Р.А. Уфа, 1986, 140с.
7.Методы палеомагнитных исследований горных по-
род. Белоконь В.И., Кочегура В.В., Шолпо Л.Е. M.: Недра,
1973, 232с.
8.Палеомагнетизм сборник статей Москва.: Издатель-
ство Иностранной литературы, 1962, 404с.
9.Xələfli A.A. Kiçik Qafqazın şərq hissəsinin üst təbaşir
süxurlarının paleomaqnetizmi. Bakı Universitetinin nəşriyyatı.,
1998, 251s.
10. Халафлы А.А. Палеомагнетизм и проблемы сдви-
говых деформации Малого Кавказа Баку, Тахсил, 2006, 205
с.
161
MÜNDƏRİCƏT
İşdə qəbul olunan şərti işarələr 3
FƏSİL I
Paleomaqnetizmin fiziki əsasları 6
1.1
Maqnetizm haqqında ümumi anlayış 8
1.2
Maqnitli cisimin potensialı 8
1.3
Maqnit sahəsi 10
1.4
Sabit maqnit
11
1.5
Maqnetiklər
12
1.6 Maqnit dipol anlayışı 14
1.7
Cərəyan keçən sistemlərin qarşılıqlı təsiri 14
1.8
Yerin maqnit sahəsi 15
1.9
Yerin maqnit sahəsinin elementləri 19
1.10
Cisimlərin əsas maqnit xassələri 22
1.11
Daşıyıcı minerallar və əmələgəlmə şəraiti 26
1.12
Yerin maqnit sahəsinin strukturu
38
1.13
Yerin maqnit sahəsinin əsrlik variasiyası və
onun xüsusiyyətləri.
41
1.14
Yerin maqnit sahəsinin analitik təsviri 45
1.15
Maqnitlənmənin növü və maqnit halı 45
1.16 Süxurlarda ferromaqnit mineralların maqnit
həssaslığı
50
1.17
Elastik gərginlikli maqnit anizatropiyası 56
1.18
Formaya görə anizatropiya
57
1.19
Təzyiqin qalıq maqnitlənməyə təsiri 58
1.20
Normal (izotermik) maqnitlənmə 59
1.21
İdeal maqnitlənmə 64
1.22
Temperatur maqnitlənmə 65
1.23
Vyazki (zamana görə) maqnitlənmə 67
1.24 Kimyəvi maqnitlənmə 69
1.25
İstiqamətlənmiş maqnitlənmə 70
1.26
Dinamik maqnitlənmə 71
1.27
Süxurların təbii qalıq maqnitliyi
72
162
1.28 Qalıq maqnitlənmənin stabilliyi
80
1.29
Süxurların paleomaqnit stabilliyi
88
1.30
Birinci və ikinci maqnitlənmə 90
1.31
Qalıq maqnitlənmənin stabilliyi
91
1.32
Süxurların paleomaqnit stabilliyi və
Ι
n
-nin
əhəmiyyəti
93
1.33
Süxurlarda əksinə maqnitlənmənin əmələ
gəlməsi problemi
95
1.34
Ι
n
vektorunun Fişer paylanması funksiyasının
gös tərilmə üsulları
99
FƏSİL II
Paleomaqnit tədqiqatlar üsulu, texnikası və
geoloji hədəflərin öyrənilməsi prinsipləri və
istiqamətli nümunələrin götürülməsi.
Paleomaqnit tədqiqatlar obyekti
103
2.1
Geoloji obyektin öyrənilmə sistemləri 104
2.2
İstiqamətli
ştufun götürülməsi və
nümunələrin hazırlanması
107
2.3
Astatik maqnitometr
109
2.4
Rok- generator
110
2.5
Süxur nümunələrində I
n
və
χ ölçülməsi
111
2.6
Yekun
Ιn vektorunun istiqamətinin təhlil
üçün seçilməsi
114
2.7
Paleomaqnit qütbün koordinatlarının Vulf
şəbəkəsində təyini
114
2.8
Süxurlarda
Ι
n
vektorunun qiymətinin real
(düzgün) paylanması
116
2.9
Paleomaqnit təhlil üçün vacib olan Yerin
müasir maqnit sahəsinin qanunauyğun
paylanması
118
2.10
Yerin maqnit sahəsinin mərkəzi ox dipol
sahəsindən kənara çıxması
118
2.11
Paleomaqnit sahənin modeli
120
2.12
Geomaqnit inversiyanın sübutu
121
163
2.13
Bir-birinə
əks qütbləşmiş geomaqnit
şkalanın tipləri
123
2.14
Birləşmiş təmizləmələr 124
2.15
Təmizləmənin nəticələrinin göstərmə yolları
və onun təhlili
127
FƏSİL III
Qədim maqnitlənmənin əmələ gəlməsinin
təhlili
129
3.1
Paleomaqnit istiqamətin və paleomaqnit
qütbün statistik təhlili
132
3.2
Geomaqnit sahənin qiymətinin təyininin əsas
prinsipləri
133
3.3
Yenidən çökdürmə yolu ilə Yerin qədim
maqnit sahəsinin H
a
qiymətinin təyini
135
3.4
Telye üsulu
136
3.5 İdeal maqnitlənmə üsulu
137
3.6
Pilləli yenidən maqnitləndirmə üsulu
137
3.7
Qədim sahə H
a
- nın qiymətinin Q faktoru
vasitəs ilə təyini
138
FƏSİL IV
Geomaqnit inversiya və geomaqnit
qütbləşmənin şkalası
139
4.1
Geomaqnit qütbləşmə şkalasının tipləri 142
4.2
Lava axınlarında qütbləşmə epoxalarının
yaşının təyini
144
4.3
Okean dibi çöküntülərdə geomaqnit qütbləş-
mə zonaları
145
4.4
Xətti maqnit anomaliyalar şkalası 146
4.5
Maqnitostratiqrafik qütbləşmə şkalası, onun
qurulma prinsipi və problemləri
148
4.6
Azərbaycanın maqnitostratiqrafik şkalasının
qurulması
149
4.7
Geomaqnit
inversiyanın mümkün
mexanizmləri
158
4.8
Geomaqnit inversiyanın morfologiyasının
nəticələri
159
164
4.9
Mezozoy inversiyası 162
4.10
Geomaqnit inversiyanın morfologiyası
nəticələr
163
FƏSİL V
Paleomaqnit üsulla həll olunan tektonik
məsələlər
165
5.1
Paleomaqnit üsulla tektonik məsələlərin
həllolunma prinsipləri
168
5.2
Paleomaqnit qütbün miqrasiyasının trayek-
toriyası
170
5.3
Əsas plitələr üçün paleomaqnit qütbün
miqrasiyası
170
5.4
Qarşılıqlı yerləşmiş iki qitənin
rekonstruksiyası
173
5.5
Super qitələrin əmələ gəlməsi və onların
dağılması
175
5.6
Azərbaycan ərazisinin Qafqaz qırışıqlıq
əyalətində inkişaf tapmış mezokaynozoy
əmələgəlmələrində baş verən tektonik
deformasiyaların xarakteri və palinspastik
rekonstruksiyası
176
Ədəbiyyat 184
Dostları ilə paylaş: |