A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   27   28   29   30   31   32   33   34   35

149 

                      

 

 

Şəkil 44 



Şimal qitələri üçün qütbün fərz olunan yerdəyişmə 

trayektoriyası: 1.Avropa; 2.Amerika. 

 

sadə yerdəyişməsinin zəminində Sakit okeanın ekvator 



əyalətindən şimala doğru bir neçə ilgək ayrılır: Şimali Amerika 

üçün gec trias paleogen və kembiri-silur üçün, Şimali avropa 

üçün eyni zamanda devon dövrü – orta karbon üçün, həmçinin 

Şərqi Sibir ordovik devon dövrləri üçün. Bu ilgəklərin 

vəziyyəti geoxronoloji şkaladan aydınca görünür ki, litosfer 

plitələrin hərəkətinin xarakterinə  və istiqamətinə uyğunlaş-

dırılmışdır.  

         Qütbün fərz olunan yerdəyişməsi cənub qitələrinin (şəkil 

45) trayektoriyaları üçün şimal qitələrinkindən nəzərə çarpacaq 

dərəcədə, hər  şeydən  əvvəl böyük amplituda ilə  fərqlənirlər, 

xüsusilə ilkin paleozoy hissəsində  cənub materiklərin, Hindis-

dan və Avstraliya qitələrinin böyük miqyasda yerdəyişməsində 

özünü göstərir. Çox da böyük olmayan litosfer blokların 

yerdəyişmə trayektoriyası  qırışıqlıq qurşağın forması yuksək 

mürəkkəbliyi ilə  fərqlənirlər, bu da regional və lokal üfiqi 

hərəkətlərin olması ilə əlaqədardır.   

 

150


                          

 

 



Şəkil 45. 

Cənub qitələri üçün qütbün fərz olunan yerdəyişmə 

trayektoriyası: 1.Cənubi Amerika; 2.Afrika; 3.Avstraliya; 

4.Hindistan; 5.Antarktida. 

 

5.4. Qarşılıqlı yerləşmiş iki qitənin rekonstruksiyası 

Paleomaqnit təyin etmələr qarşılıqlı yerləşmiş nöqtələrin 

qədim en dairələrinə  və qütbə nisbətən vəziyətini, həmçinin 

meridianlara görə  ərazinin yerləşdiyi yeri verir. Paleomaqnit 

məlumatlara  əsaslanaraq deyə bilərik ki, eyni bir epoxa üçün 

heç bir üsulla həmin dövr üçün nöqtələr arasında uzunluq 

dairələrinin fərqini təyin edə bilmərik,  əgər bu nöqtələr 

müxtəlif qitələrə (plitələrə, bloklara)  aiddirsə  və sonradan 

qarşılıqlı yerdəyişməyə  məruz qalıblarsa. Onda bu məsələ o 

vaxt həll oluna bilər ki, bu blokların keçmişdə bir bloka, yaxud 

bir plitəyə mənsub olduğu məlum olsun, yəni müəyyən zaman 

intervalında onların qaşılıqlı 

vəziyyəti dəyişməyib. Bu 

məsələni həll etmək üçün iki  üsul var, biri İrvinq üsulu 




151 

digəri isə Qrexem üsuludur. 

Qrexem üsulu qütbün uyğun gələn trayektoriyasını, 

birləşdirməkdən və kontinentin buna uyğun gələn trayektoriyası 

ilə çox sıx əlaqədar olan yerdəyişməsindən ibarətdir. Tutak ki, 

iki A və B kontinenti (1,2,…..10) epoxalar üçün qütbün iki 

seriya təyin olunmuş qiymətləri var (şəkil 46). Əgər 

kontinentlər 1,2,3, epoxalarda ayrıca hərəkət edib vəsonra 4 

epoxada birləşiblər və qütbə nisbətən 4, 5, 6, 7, epoxalarda 

birlikdə yerlərini dəyişiblər, onların qütblərinin fərz olunan 

yerdəyişmə trayektoriyasının 4-7, hissəsində bir-birinə uyğun 

gəlir (şəkil 46 a). Fərz edək ki, 7 epoxada parçalanma baş verdi 

və sonralar  qitələr bir-birinə nisbətən hərəkət edib (epoxa 8-

10), bunun nəticəsində qitələrin müasir vəziyyəti və bununla 

bərk bağlı olan yerdəyişmə  əyrisi (şəkil 46,b) kimi olacaqdır. 

Ardıcıl olaraq yerdəyişmə əyrisində 10 nöqtəsindən başlayaraq  

bir-birinə uyğun gələn hissələri birləşdirsək aşkar olunacaq ki, 

əyrinin  4-7, hissəsi bir-birinə uyğundur (şəkil 46,v) və beləliklə 

A və B qitələrinin qarşılıqlı  vəziyyətini tapırıq, 4 qitələrin 

birləşməsini 7,  AB qitələrinin parçalanmasını göstərir.    

        

 

 



Şəkil 46

. Bir plitənin hissəsi olan qarşı-qarşıya yerləşmiş iki A 

və B qitələrinin rekonstruksiyası (Xramov). 

 

152


5.5. Super qitələrin əmələ gəlməsi və onların dağılması 

Pangeyin parçalanması  və  əmələ  gəlməsi prosesini 

öyrənmək üçün ilk olaraq yerdəyişmə  əyrisinin birləşdirilməsi 

üsulundan istifadə olunmuşdur. Bütün qitələr üçün qütblərini 

trayektoriyasının paleocoğrafi rekonstruksiyasını müqayisə 

edərək Veqener-Dyu-Toyta göstərdilər ki, əyrinin uyğun gələn 

hissəsində silur-gec trias intervalı müşahidə  olunur (şəkil 47).   

        


         

 

 



Şəkil 47. 

Pangeyin rekonstruksiyası zamanı paleomaqnit 

qütbün yerdəyişməsinin trayektoriya sxemi:  

1-3- Pangey əmələ gələnə qədər Sibir, qondvan və Avramerika 

üçün qütbün yerdəyişmə sxemi; 4-9- qütbun mezozoy 

yerdəyişmə trayektoriyası (4-Hindistan; 5-Afrika; 6-Avropa; 7-

Şimali Amerika; 8- Cənubi Amerika; 9- Antarktida).     

 

5.6. Azərbaycan  ərazisinin Qafqaz qırışıqlıq  əyalətində 

inkişaf tapmış mezokaynozoy əmələgəlmələrində baş verən 

tektonik deformasiyaların xarakteri və palinspastik 

rekonstruksiyası 

Alp Himalay qırışıqlıq qurşağının Qafqaz 

seqmentində  qədim hövzə olan  tetisin  və mezotetisin 



153 

bağlanmasının paleomaqnit üsulla rekonstruksiyası bu 

tədqiqatlar qurşağın  əmələ gəlmə tarixini dərk etmək və geoloji 

kəşfiyyat işləri üçün  böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 

Qafqaz qırışıqlıq qurşağı paleomaqnit nöqteyi-nəzərdən  ən 

yaxşı öyrənilən ərazilərdəndir. 

Qafqazın Azərbaycan, Gürcüstan və Ermənistan ərazisin-

də aparılan paleomaqnit tədqiqatların nəticəsinə  əsasən bütün 

tektonik inkişaf tarixini bir neçə etapa bölmək olar. Birinci etap 

triasa qədər olan etapdır ki, bu etap triasın sonunda qurtarır. 

İkinci etap bütün mezozoy erasını və paleogenin çox hissəsini 

əhatə edərək müasir vəziyyətinə gəlib çıxır. 

Keçmiş SSR-də buraxılan kataloqda Kiçik Qafqaz üzrə 

kifayət qədər təyin olunmuş paleomaqnit istiqamətin və qütbün 

qiymətləri dərc olunmuşdur. Eyni yaşlı paleomaqnit təyin ol-

unmalar hər bir tektonik vahidlər üçün qruplaşdırılaraq qədim 

qütbün orta qiyməti hesablanmışdır (şəkil 48 ). 

Kiçik Qafqazın yura dövrü üçün tektonik rekonstruksiyası 

zamanı qonşu ərazilərlə bərabər Türkiyə, İran və Dağıstan üçün 

təyin olunan paleomaqnit qütbülərin qiymətindən istifadə 

edərək  ərazinin fırlanma və yerdəyişmə  hərəkətində  iştirak 

etdiyi öyrənilmişdir və  aşağıdakı kinematik parametrlər təyin 

edilmişdir: saat əqrəbi istiqamətində  fırlanma hərəkəti, saat 

əqrəbinin  əks istiqamətində, üstünlük təşkil edən fırlanma 

hərəkəti, həmçinin ərazinin şimala, yaxud cənuba yerdəyişməsi 

təyin edilmişdir. 

Dağıstan Alp qırışıqlıq qurşağının şimal sərhədində yerləşib və 

Ərəbistan sintaksisinin stuktur qövsündən çox uzaqda yerləşib. 

Dağıstan yuxarı qalxmış  kənarları Skif platforması  tərəfidən 

əzilərək qırışıqlığa məruz qalmış qum  daşlarıilə təsvir olunub, 

Türkiyə  və  İran Alp qırışıqlıq qurşağının cənub sərhədində 

yerləşib.  İranın qərb hissəsi  Ərəbistan sintaksisinin  struktur 

qöfsündə yerləşib.  İran və Türküyə yuxarı qalxmış,  əzilərək 

qırışıqlıqlarla təsvir olunan cavan oliqosen yaşlı vulkan 

əmələgəlmələri ilə təqdim olunmuşdur.  

 

        



154

    


         

  Şəkil 48. Kiçik Qafqazın və qonşu  ərazilərin kəsilişlərindəki 

mezokaynozoy süxurlarında paleomaqnit istiqamətlərin 

paylanması. 

 

Yura dövrü üçün aparılan paleomaqnit tədqiqatların 



nəticələrinin təhlili göstərdi ki, bu dövrdə Azərbaycan  ərazisi 

20

ο



  şimal en dairəsində yerləşmiş, indi isə 40-42

°

  şimal en 



dairəsində  yerləşdiyi en dairədən 20-22

ο

, yəni indi yerləşdiyi 



ərazidən 2200-2300 

± 300 km cənubda yerləşmişdir (şəkil 49).  

Belə nəticəyə gəlmək olur ki, orta yura dövründən indiki 

dövrə  qədər, yəni 160 mln. il ərzində  ərazinin  şimala doğu 

hərəkət sürəti ildə 1,3-1,5 sm olmuşdur.  

 



155 

        


 

 

Şəkil 49. 

Yura dövrü üçün Tetisin şərq hissəsinin paleotektonik 

rekonstruksiyası (İ.N.Sborşikova görə). 

 

Tez təbaşir dövrü ərazi 25-27



°

 şimal en dariəsində  

olmuş üfiqi tektonik hərəkətlər nəticəsində  şimala doğru 

yerdəyişmənin sürəti ildə 1,1-1,2 sm olmuşdur (şəkil 50). 

 

156


        

 

 



Şəkil 50. 

Tez təbaşir dövrü üçün Tetisin şərq hissəsinin 

paleotektonik rekonstruksiyası (İ.N.Sborşikova görə) (117). 

 

Gec təbaşir dövrü isə ərazi 30-32



°

 şimal en dairədə olmuş, 

üfiqi yerdəyişmə 8-10

°

 olmuşdur, yəni1230-1250 km, bu 



dövrdə illik üfiqi yerdəyişmənin sürəti 1,5-2 sm olmuşdur 

(şəkil.51 ).  

 



157 

        


 

 

Şəkil 51. 

Gec təbaşir dövrü üçün Tetisin şərq hissəsinin 

paleotektonik rekonstruksiyası (İ.N.Sborşikova görə) (117). 

 

Paleogen dövründə  tədqiq olunan ərazi 34-36



°

  şimal en 

dairəsində yerləşmiş indiki vəziyyətini almaq üçün cənubdan 

şimala doğru 700-800 km yerini dəyişərək müasir vəziyyətini 

almışdır, illik üfiqi yerdəyişmə sürəti 1,6-1,8 sm olmuşdur 

(şəkil 52). 

  

Qafqaz  ərazisi üçün alınan paleomaqnit qütbün koor-



dinatlarını Gürcüstan, Ermənistan, Türkiyə,  İran və Dağıstan 

ərazisində təyin olunan nəticələr Rus platformasının nəticələrilə 

müqayisə olunmuşdur. Dərc olunan məqalələrdə  

nəticələritəhlil edərək belə qənaətə gəlinib ki, Dağıstan ərazisi 

hazırda Kiçik Qafqazdan 2

°

 şimalda yerləşməsiня baxmayaraq 



yura dövründə bunlar arasında məsafə 10

°

, yəni   



 

 

158



 

 

 



Şəkil 52.

 Paleogen gövrü üçün Tetisin şərq hissəsinin 

paleotektonik rekonstruksiyası (İ.N.Sborşikova görə). 

 

1100 km təşkil edirdi, gec təbaşirdə isə bu məsafə 8



°

,

 



yəni 880 

km olmuşdur, bunların hamısı göstərir ki, Kiçik Qafqazın 

ərazisi, nə  də Dağıstanın  ərazisi yura dövründə indiki kimi nə 

Avroasiya plitəsilə, nə  də  Ərəbistan plitəsinə  məxsus 

olmamışdır, yəqin ki, Qafqaz meqazonasını  başqa litosfer 

plitəsi kimi təsvir etmək olar və Avroasiya və Afrika qitəsi 

arasında yerləşmiş  və hər iki plitədən nəzərəçarpacaq dərəcədə 

uzaq məsafədə olmuşdur. Tez təbaşir dövrü ərazinin  şimala 

doğru yerdəyişmə sürəti bütün dövrlərdəki sürətdən kiçik 

olmuşdur. Belə güman etmək olar ki, bu dövrdə Qafqaz plitəsi 

şimala doğru hərəkəti zamanı başqa plitələrlə toqquşduğundan 

sürətini azaltmış  və paleogen dövründə bu ərazi ilə Rus 

platforması arasında olan məsafə 6

°

, yəni 700-800 km olmuşdur 



və illik hərəkət sürəti 1,6-1,8  sm-ə çatmışdır. 

Ərazi üçün, eyni yaşlı strukturaların müxtəli f 




159 

yerляриндян  əldə olunan paleomaqnit məlumatların təhlili, 

paleomaqnit xarakteristikaların belə müxtəlifliyə malik 

olmasını tektonik hərəkətlər hesabına olduğunu sübut edir. 

Kiçik Qafqazın və qonşu  əyalətlərdə mezokaynozoy 

əmələgəlmələrində paleomaqnit tədqiqatlarından alınan mə-

lumatlara  əsasən belə  nəticəyə  gəlinib ki, paleogendən sonra 

Kiçik Qafqaz, İran, Dağıstan 23-30

°

 saat əqrəbi istiqamətində 



Türkiyə isə 30-40

°

 saat əqrəbinin əks istiqamətində dönmüşdür, 



həmin dövr ərzində  ərazi  şimala doğru hərəkət edərək Kiçik 

Qafqaz qövsünü yaratmışdır (şəkil 53). 

           

          

 

 

Şəkil 53. 



Kiçik Qafqazın və qonşu  ərazilərin qöfsvari 

əyilməsinin paleomaqnit üsulu ilə sübutu.  

 

 

 



 

 

160


                          ƏDƏBİYYAT 

1.Палеомагниталгия Храмоа А.Н., Гончаров Г.И. и.др. 

M,: Недра, 1982, 312 с.  

2.Палеомагнетизи. Храмоа А.Н., Шолпо Л.Е.  M,: Не-

дра, 1967, 250 с. 

3.Использование  магнетизми  горных  пород  для  ре-

шения  геологических  а  задач.  Шолпо.Л.Е.  Издательство 

«Недра» 1977, 183 

4.Земной  магнетизм.  Яновский  Б.М.  Издательство 

Ленинградского Университета, 1978, 587с. 

5.Магнетизм  горных  пород.  Нагата  Т.  Москва  Мир:. 

1965, 340с. 

6.Палеомагнетизм  эвгеосинклинальной  зоны  южного 

урала. Минибаев Р.А.  Уфа, 1986, 140с. 

7.Методы  палеомагнитных  исследований  горных  по-

род. Белоконь В.И., Кочегура В.В., Шолпо Л.Е. M.: Недра, 

1973, 232с. 

8.Палеомагнетизм сборник статей Москва.: Издатель-

ство Иностранной литературы, 1962,  404с. 

9.Xələfli A.A. Kiçik Qafqazın şərq hissəsinin üst təbaşir 

süxurlarının paleomaqnetizmi. Bakı Universitetinin nəşriyyatı., 

1998, 251s. 

10. Халафлы А.А. Палеомагнетизм и проблемы сдви-

говых деформации Малого Кавказа Баку, Тахсил, 2006, 205 

с. 

 

 



 

 

 



 

 

 



 

 

 




161 

 

MÜNDƏRİCƏT 

 

 



 İşdə qəbul olunan şərti işarələr 3 

FƏSİL  I

  

Paleomaqnetizmin fiziki əsasları 6 



             1.1 

 Maqnetizm haqqında ümumi anlayış 8 

             1.2 

 Maqnitli cisimin potensialı 8 

             1.3  

Maqnit sahəsi 10 

             1.4 

Sabit maqnit 

11 

             1.5 



Maqnetiklər  

12 


             1.6     Maqnit dipol anlayışı 14 

             1.7 

Cərəyan keçən sistemlərin qarşılıqlı təsiri 14 

             1.8 

Yerin maqnit sahəsi 15 

             1.9 

Yerin maqnit sahəsinin elementləri 19 

            1.10 

Cisimlərin əsas maqnit xassələri 22 

            1.11 

Daşıyıcı minerallar və əmələgəlmə şəraiti 26 

            1.12 

Yerin maqnit sahəsinin strukturu 

38 


            1.13 

Yerin  maqnit  sahəsinin  əsrlik variasiyası  və 

onun xüsusiyyətləri. 

 

41 



            1.14 

Yerin maqnit sahəsinin analitik təsviri 45 

 

            1.15 



Maqnitlənmənin növü və maqnit halı 45 

            1.16       Süxurlarda  ferromaqnit  mineralların maqnit 

həssaslığı 

 

50 



            1.17 

Elastik gərginlikli maqnit anizatropiyası 56 

            1.18 

Formaya görə anizatropiya 

57 

            1.19 



Təzyiqin qalıq maqnitlənməyə təsiri 58 

            1.20 

Normal (izotermik) maqnitlənmə 59 

            1.21 

İdeal maqnitlənmə 64 

            1.22 

Temperatur maqnitlənmə 65 

            1.23 

Vyazki (zamana görə) maqnitlənmə 67 

            1.24        Kimyəvi maqnitlənmə 69 

            1.25 

İstiqamətlənmiş maqnitlənmə 70 

            1.26 

Dinamik maqnitlənmə 71 

            1.27 

Süxurların təbii qalıq maqnitliyi 

72 

162


            1.28    Qalıq maqnitlənmənin stabilliyi 

80 


            1.29 

Süxurların paleomaqnit stabilliyi 

88 

            1.30 



Birinci və ikinci maqnitlənmə 90 

            1.31 

Qalıq maqnitlənmənin stabilliyi 

91 


            1.32 

Süxurların paleomaqnit stabilliyi və 

Ι

n

-nin 



əhəmiyyəti 

 

93 



            1.33 

Süxurlarda  əksinə maqnitlənmənin  əmələ 

gəlməsi problemi 

 

95 



            1.34 

Ι



vektorunun Fişer paylanması funksiyasının 

gös tərilmə üsulları 

 

99 


 FƏSİL II 

Paleomaqnit tədqiqatlar üsulu, texnikası  və 

geoloji hədəflərin öyrənilməsi prinsipləri və 

istiqamətli nümunələrin götürülməsi.  

Paleomaqnit tədqiqatlar obyekti 

 

 



 

103 


             2.1 

Geoloji obyektin öyrənilmə sistemləri 104 

             2.2 

İstiqamətli 

ştufun götürülməsi və 

nümunələrin hazırlanması 

 

107 


             2.3 

Astatik maqnitometr 

109 

             2.4 



Rok- generator 

110 


             2.5 

Süxur nümunələrində I

n

 və 


χ ölçülməsi 

111 


             2.6 

Yekun 


Ιn vektorunun istiqamətinin təhlil 

üçün seçilməsi 

 

114 


             2.7 

Paleomaqnit  qütbün  koordinatlarının Vulf 

şəbəkəsində təyini 

 

114 



             2.8 

Süxurlarda 

Ι

n

 



vektorunun qiymətinin real 

(düzgün)  paylanması   

 

116 


             2.9 

Paleomaqnit  təhlil üçün vacib olan Yerin 

müasir maqnit  sahəsinin qanunauyğun 

paylanması 

 

118 


            2.10 

Yerin  maqnit  sahəsinin mərkəzi ox dipol 

sahəsindən kənara çıxması 

 

118 



            2.11 

Paleomaqnit sahənin modeli   

120 

            2.12 



Geomaqnit inversiyanın sübutu 

121 



163 

            2.13 

Bir-birinə 

əks qütbləşmiş geomaqnit 

şkalanın tipləri 

123 


            2.14 

Birləşmiş təmizləmələr 124 

            2.15 

Təmizləmənin nəticələrinin göstərmə yolları 

və onun təhlili 

 

127 



 FƏSİL III 

Qədim maqnitlənmənin  əmələ  gəlməsinin 

təhlili 

129 


              3.1 

Paleomaqnit  istiqamətin və paleomaqnit 

qütbün statistik təhlili 

 

132 



             3.2 

Geomaqnit sahənin qiymətinin təyininin əsas 

prinsipləri 

 

133 



             3.3 

Yenidən çökdürmə yolu ilə Yerin qədim 

maqnit sahəsinin H

 qiymətinin təyini 



 

135 


             3.4 

Telye üsulu 

136 

              3.5     İdeal maqnitlənmə üsulu 



137 

              3.6 

Pilləli yenidən maqnitləndirmə üsulu 

137 


              3.7 

 Qədim sahə  H

- nın qiymətinin Q faktoru 



vasitəs ilə təyini 

 

138 



 FƏSİL IV 

Geomaqnit inversiya və geomaqnit 

qütbləşmənin şkalası 

 

139 



             4.1 

Geomaqnit qütbləşmə şkalasının tipləri 142 

             4.2 

Lava  axınlarında qütbləşmə epoxalarının 

yaşının təyini 

 

144 



             4.3 

Okean dibi çöküntülərdə geomaqnit qütbləş-

mə zonaları 

145 


            4.4 

Xətti maqnit anomaliyalar şkalası 146 

            4.5 

Maqnitostratiqrafik  qütbləşmə  şkalası, onun 

qurulma prinsipi və problemləri 

148 


            4.6 

Azərbaycanın maqnitostratiqrafik şkalasının 

qurulması 

149 


            4.7 

Geomaqnit 

inversiyanın mümkün 

mexanizmləri 

158 

           4.8 



Geomaqnit  inversiyanın morfologiyasının 

nəticələri 

 

159 


164

           4.9 

Mezozoy  inversiyası 162 

           4.10 

Geomaqnit    inversiyanın morfologiyası 

nəticələr 

163 

 FƏSİL V 

Paleomaqnit üsulla həll olunan tektonik 

məsələlər 

165 


             5.1 

Paleomaqnit  üsulla  tektonik  məsələlərin 

həllolunma prinsipləri 

168 


             5.2 

Paleomaqnit  qütbün  miqrasiyasının trayek-

toriyası 

170 


            5.3  

Əsas plitələr üçün paleomaqnit qütbün 

miqrasiyası 

170 


            5.4    

Qarşılıqlı yerləşmiş iki qitənin 

rekonstruksiyası 

173 


            5.5 

Super  qitələrin  əmələ  gəlməsi və onların 

dağılması 

175 


            5.6  

Azərbaycan  ərazisinin Qafqaz qırışıqlıq 

əyalətində inkişaf tapmış mezokaynozoy 

əmələgəlmələrində baş verən tektonik 

deformasiyaların xarakteri və palinspastik 

rekonstruksiyası 

 

 

 



176 

                

Ədəbiyyat 184 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə