A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

123 

tələb olunan dəqiqlikdən, tamlıqdan və inversiyanın baş verdiyi   

dövrün qeyd olunmasından asılı olaraq təyin olunur. Çünki 

geomaqnit inversiya qlobal hadisələrin, bu bütün dünya üzrə 

baş verən düzünə  və  əksinə maqnitlənən  əmələ  gəlmələrin 

dəqiq  


 

stratiqrafik, xranaloji müqayisəsini verməlidir. Ona görə  də 

geomaqnit inversiya şkalası prinsip etibarı ilə xronoloji şkala 

kimi qurula bilər, bu o vaxt mümkündür ki, maqnit 

qütbləşməsini təyin etmək üçün istifadə olunan süxur 

nümunələri fiziki üsullarla əmələgəlmə tarixi təyin oluna bilsin. 

Belə  şkalaya maqnitoxronoloji şkala deyilir. Geomaqnit 

inversiyanın tarixinin bu yaxınlaşma ilə öyrənilməsi o vaxt 

düzgün hesab olunur ki, geomaqnit qütbləşməni saxlayan 

epoxanın davametmə müddəti üsulun təyin etmə xətasından çox 

olsun. Məsələn, klassik paleontologiya üsulu burada çətin ki, 

əlverişli ola bilər. Maqnit xronoloji şkalanın qurulması yalnız 

kalio-arqon üsulunun inkişafından sonra mümkün oldu,  bu 

üsulla təyin olunan vulkanogen süxurların yaşını maqnit 

qütbləşməsi üsulu ilə çox dəqiqliklə təyin etməyə imkan verdi. 

Geomaqnit qütbləşmənin tarixini izləmək üçün ikinci 

qayda okeanda xətti anomalyaların öyrənilməsi və bu ano-

maliyanın uzanma istiqamətinə perpendikulyar profillərin 

qurulmasıdır. Belə profillərin təhlili anomaliya yaradan kütlə-

lərin düzünə və əksinə maqnitlənən zonaların ardıcıllığını verir, 

beləliklə, okean dibinin genişlənməsi konsepsiyasına  əsasən 

geomaqnit inversiyanın geoxronoloji yazısını  təqdim edir. 

Okean dibinin genişlənməsinin sürətini bilərək və bu ana 

süxurlarda anomaliyalardan bir neçəsinin yaşını bilərək 

geomaqnit inversiyanın anomal şkalasını qura bilərik. 

Qazılmış quyulardan çıxarılmış okean dibi çöküntülərində 

aparılan paleomaqnit tədqiqatları geomaqnit inversiyanın 

tarixini tədqiq edən üçüncü üsul adlana bilər. Okean dibinin 

cavan olmasından və bundan qabaqkı üsul yalnız yura dövrün-

dən başlayaraq geomaqnit şkalanın qurulmasında 

istifadə oluna bilər. 

124


Nəhayət, geomaqnit inversiya şkalasının qurulmasının 

dördüncü üsulu normal stratiqrafik qaydanın istifadə olunma 

üsuludur: stratiqrafik əyalətlərdə çökmə və vulkanogen çökmə 

qatlarda tam paleomaqnit tədqiqatlar düzünə  və  əksinə 

maqnitlənmiş zonaların tamamlanması, ayrı-ayrı kəsilişlər üçün 

müqayisəsi və sonra isə qlobal miqyasda maqnitostratiqrafik 

kəsilişin tərtib edilməsindən ibarətdir. 

Bu yolla qurulan zaman ekvivalenti maqnitostratiqrafik 

şkala düzünə  və  əksinə maqnitlənən zonaların dövrlərlə, 

epoxalarla  əsrlərlə ardıcıllığını onun normal geoxronoloji 

şkalaya bağlanmasını təsvir edir.                                                                      

 

4.2. Lava axınlarında qütbləşmə epoxalarının yaşının 

təyini 

Yerin geomaqnit inversiyasının yaşını kali-arqon üsulu ilə 

ilk olaraq 1963-cü ildə A.Koks, R.Dollo və Q.Dalrimplo 

tərəfindən təyin edilmiş ilk şkalasını qurmuşlar. Bu şkala 

axırıncı 3,5 mln. il dövrünü əhatə edir və üç zonadan ibarətdir, 

bunlardan ikisi düzünə maqnitlənən, biri isə əksinə maqnitlənən 

zonadan ibarətdir, hər biri təxminən 1 mln. ildir. Təyin 

olunmaların sayının artımı göstərdi ki, bunlardan çoxu bu sadə 

sxemə yerləşməmişdir. Bu da əsas zona intervalları arasında 

(10


il) daha kiçik intervalların- 10

5

 il olduğu kəşfinə  gətirib 



çıxardı. Qısa zonalar epizod, yaxud da hadisə kimi adlandırıldı 

və  aşkar edildiyi yerin adı ilə adlandırıldı, uzun epoxalara isə 

məşhur paleomaqnitoloqların adları verildi Bryunesa, 

Matuyama, Qaus, Gilbert. Qeyd etmək lazımdır ki, bu şkalanın 

hissələrinin sərhədlərinin yaşını  dəqiqləşdirmək üçün okeanın 

zolaqlı maqnit anomaliyalarının  şkalasından və okeanın dərin 

hissələrində əmələ gələn çöküntülərindən alınan nəticələrindən 

istifadə edilmişdir (64). Bu şkala Koksun klassik şkalası adlanır 

və sonralar bəzi dəqiqləşdirmələr və əlavələr olunmuşdur. 

Qədim dövrlər üçün maqnitostratiqrafik şkalanın qurul-

ması kali-arqon üsulu ilə yaşın təyin edilməsində mütləq 

xətanın artması ilə  əlaqədardır. 

Yaşı  5

⋅10


5

 il olduqda xəta 

5% olur, buda 2,5

⋅10


5

 il mütləq 

xəta verir, bu da çoxlu 



125 

sayda epizodların davam etməsindən çoxdur. 

Beləliklə, qeyd etmək lazımdır ki, 5-7 mln il, yəni plio-

senin başlanğıcından indiki dövrə  qədər qurulan geomaqnit 

sahənin inversiyası  şkalası  təmiz kali-arqon üsulunun tətbiq 

olunmasının alt sərhədi hesab etmək olar. Əlavə inversiyaları 

tədqiq etmək yalnız stratiqrafik yaxınlaşmalarla düzgün olardı.                                                                                                                                                                  

 

4.3. Okeandibi çöküntülərdə geomaqnit qütbləşmə 

zonaları 

Lava axım seriyalarının və örtüyün öyrənilməsi çox 

hallarda zaman etibarı ilə geomaqnit inversiyanın bərabər, 

aramsız paylanması haqda məlumat verə bilmir, çünki vul-

kanların fəallıq prosesi zamana görə  nəzərəçarpacaq dərəcədə 

bərabər deyil. Bu məqsədlə tam informasiyanı paleomaqnit 

tədqiqatlarla dərin su hövzələrində əmələ gələn çökmə süxurları 

tədqiq etməklə əldə etmək olar, çünki dərin hövzələrdə çöküntü 

axınlarının təsiri az olur. 

Okean dibi çöküntülərində geomaqnit inversiyanın yazı-

ları ilk olaraq 1964-cü ildə aşkar olunmuşdur və Koksun şkala-

sını 9 mln ilə qədər, yəni gec miosenin ortalarına qədər davam 

etdirmişlər. 

Okean dibi çöküntülərin tədqiqinin ikinci istiqaməti 

quyulardan çıxarılan süxurların vasitəsilə tez çökmələrlə əmələ 

gələn süxurlarda geomaqnit sahənin epizodlarını  və anomal 

kənara çıxmaları ekskursları tədqiq etmək məqsədi güdür.  

 

4.4. Xətti maqnit anomaliyalar şkalası 

Okean dibinin genişlənməsi fərziyyəsi okean dibi anomal 

sahənin xüsusiyyətlərinə sadə izahat gətirdi: xəttiliyi, 

istiqamətin dəyişməsi, mərkəzi okean dağ silsiləsinə nisbətən 

simmetrik olması bu oxdan bütün dünyanın hər  yerində 

hesablanan anomalyanın ardıcıllıq uyğunluğundan ibarətdir. 

Okean dibinin genişlənməsi fərziyyəsi ondan ibarətdir ki, 

silsiləni kəsən çatlarla Yerin təkindən maddi kütlələrin buraya 

gəlməsidir, maddələr silsiləsinin müxtəlif istiqamətlərində 

mantiyada kovektiv axımlar vasitəsilə aparılması  və 

126

nəticə etibarı ilə aramsız olaraq okean dibinin genişlənməsi 



hesabına yaranan sahələr silsilənin oxundan uzaqlaşdıqca yaşı 

artır. Bu hadisə geomaqnit sahənin sistematik inversiyası 

şəraitində gedir. Mantiyada ərimiş bazalt tərkibli maddələr 

qalxma prosesində soyuyaraq müəyyən geomaqnit qütbləşməyə 

malik temperatur qalıq maqnitlənmə  əldə edir və silsilə 

oxundan uzaqlaşdıqca  əldə etdiyi istiqaməti saxlayır. Bir neçə 

geomaqnit inversiyadan sonra maqnitlənməyə  fəal qat 

(inversiyon)  əmələ  gəlir ki, bu da silsilənin oxuna simmetrik 

ardıcıllıqla yerləşmiş N və R maqnitlənmiş kütlələr toplanır, bu 

ardıcıllığı geomaqnit inversiyanın növbəli xranaloji yazısı kimi 

baxmaq olar. 

Okean dibinin maqnitlənməyə  fəal qatın  əmələ  gəlməsi 

mexanizmi F.Vann və D. Metyuz tərəfindən verilmişdi. Bu 

təkcə okean dibinin aralanma mexanizmini və anomal 

geomaqnit sahənin  əsas xassələrini yox, eyni zamanda okean 

dibinin relyefini müqayisə etməyə imkan verir, bunu düzünə və 

əksinə maqnitlənən anomal zonaların köməyilə edirlər. Xətti 

maqnit anomaliyasının nəticələrinin təhlili doğrudanda 

geomaqnit inversiyanın ardıcıllı olmasının  ən inandırıcı 

sübutudur, bu eyni zamanda anomaliyanın üst hissəsinin 

şkalasının Koksun şkalası ilə uyğunluğunu göstərir, bu da quyu 

nəticələri ilə fundamentin yaşının anomalyaların yaşı ilə uyğun 

gəlməsini sübut edir. Kaynazoy üçün sonuncu geomaqnit 

inversiya şkalası şəkil 38-də göstərilmişdir.  

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə