A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   27   28   29   30   31   32   33   34   35

137 

          

 

                         



      Şəkil 42 Kiçik Qafqazın orta və üst yura kəsilişlərininn 

maqnitostratiqrafik məlumatlar əsasında qurulmuş paleomaqnit 

şkala (Azərbaycan). 

 

4.7. Geomaqnit inversiyanın mümkün mexanizmləri 

Geomaqnit inversiyanın əsas sualını onun nəzəriyyəsi həll 

etməlidir, inversiya geomaqnit dinamo mexanizminin özünə 

məxsusdur, yoxsa xarici mexanizmilərin təsiri nəticəsində 

dəyişir. E.Bullard göstərdi ki, bir diskli dinamo istənilən işləmə 

şəraitində yaratdığı induksiya sahəsinin istiqamətini özbaşına 

əks istiqamətə  dəyişdirə bilməz. T.Rikitaki tərəfindən təklif 

olunan iki qarşılıqlı bir-biri ilə bağlı olan diskli dinamo 

təkcə özbaşına həyacanlanmaqla bərabər (müəyyən 

138

şəraitdə) qeyristabil halda da ola bilər, bu da həyacanlanmış 



sahənin həm qiymətini, həm də istiqamətini dəyişdirə bilər. Bu 

prosesin nəzəriyyəsi diskin  

hərəkət tənliyinin və onun elektromaqnit halının həllinə gətirib 

çıxarır. Beləliklə, geomaqnit dinamo nəzəriyyəsi göstərir ki, 

özbaşına qütb yerdəyişməsi mümkündür. Lakin bu mexanizmin 

reallığı sübut olunmayıb,  iki diskili dinamo çox sadələşdirilmiş 

olduğundan mövcud hərəkətin və Yerin nüvəsində yaranan 

cərəyanların  qarşılıqlı təsiri də çox sadələşdirilmiş formadadır.  

Koksun modelinə görə inversiya zamanı geomaqnit 

sahənin dipol hissəsi yox olur, yalnız qeyri, dipol komponenti 

qalır. Geomaqnit inversiyanın mexanizmini dəqiq təhlil etmək 

üçün sahənin aşağıdakı xarakteristikalarını aydınlaşdırmaq 

lazımdır: 

1.Geomaqnit sahənin inversiya zamanı və qonşu hissədəki 

zaman kəsiyində gərginliyinin dəyişməsini; 

2.  İnversiyanın morfologiyasını, yəni sahənin bucaq 

komponentinin və virtual geomaqnit sahənin kordinatının 

dəyişməsinin xarakterini; 

3.İnversiyanın müddəti; 

4.İnversiyanın başlanma xarakteri və onun qurtarması 

xəbərçilərin olub - olmaması; 

5.İnversiya prosesinin zamana görə gedişi: onun simme-

trik, yaxud asimmetrik olması; 

6.İnversiyanın bütün xarakteristikalarının müşahidə 

məntəqələrinin coğrafi vəziyyətindən asılılığı.  

 

                                                                                                                          



4.8. Geomaqnit inversiyanın morfologiyası 

İnversiyanın morfologiyasının öyrənilməsində qoyulan 

əsas məqsəd geomaqnit sahənin nəzəri məsələlərinin öyrənil-

məsindən ibarətdir (dinamo nəzəriyyəsi, Yerin nüvəsinin quru-

luşu və nüvədə gedən proseslər). Bundan başqa eyni ərazidə 

müxtəlif yaşlı geomaqnit inversiyaların xarakterik cəhətlərini, 

geomaqnit sahənin zaman və 

məkandan asılı olmadan 

inversiya baş verdikdə özünü  aparmasını birlikdə  və 



139 

təhlil etmək üçün, müxtəlif  ərazilərdə  eyni yaşlı inversiya-

lardan alınan nəticələrin müqayisəsi və s. Bunların hamısı iki 

əsas məsələni izah etmək üçün böyük əhəmiyyət kəsb edir: a) 

inversiya zamanı sahənin  dipol sahəsi olub, yaxud olmaması; 

b) hər bir konkret inversiyanın özünə  məxsus  əlamətə malik 

olub - olmaması. Bu suallara cavab vermək konkret geoloji 

məsələlərin həlli üçün çox vacibdir, xüsusilə  də stratiqrafik 

məsələlərin həllində. 

Məlumdur ki, paleomaqnit stratiqrafiya kəsilişlərdə 

yerləşmiş süxurlarda saxlanıb bu günə  qədər gətirilib çatdır-

ılmış ilkin qalıq maqnitlənmə vektorunu paleomaqnit zonalara 

ayrılmasının köməyilə qurulur. Müasir kompleks laboratoriya 

üsulları böyük inamla tədqiq olunan ərazilərdə ilkin qalıq 

maqnitlənmə vektorunun qiymət və istiqamətini təyin etməyə 

və qonşu müxtəlif zonaların sərhədlərini bir-birindən ayırmağa 

imkan verir. Müxtəlif  ərazilərdəki kəsilişlərdə paleomaqnit 

zonaları müqayisə etdikdə paleomaqnit xarakteristikalar kifayət 

etmir və litoloji, paleontoloji və s. məlumatlara müraciət etməli 

oluruq.  Ən böyük çətinlik  zaman intervallarında baş verir ki, 

bu intervallara kritik intervallar deyilir: bu intervallarda geo-

maqnit sahənin qütbləşməsi çox tez-tez baş verir və ardıcıl 

yerləşmiş paleomaqnit zonaların xarakteristikaları bir-birinə 

çox yaxındır. 

Geomaqnit inversiyanın öyrənilməsi bir neçə baxışa 

malikdir:  

1.Süxurlarda geomaqnit inversiya prosesinin dəqiq yazı-

sının axtarışı və öyrənilməsi; 

2.İnversiyanın zamana görə statistik paylanması; 

3.Geomaqnit sahənin stabil olmayan dövrlərdə  qədim 

əsrlik variasiyanın amplituda və tezlik xarakteristikasının 

öyrənilməsi. 

İnversiya prosesinin dəqiq yazısını keçid laylarında 

müxtəlif tip süxurlarda almaq olar, buraya qitələrdəki və okean 

dibindən götürülən süxurlar, o cümlədən effuziv və intruziv 

süxurlar daxildir. İnversiya  dövrü keçid zonalarında 

geomaqnit sahənin özünü aparması  bəzi faktorların 

140


birlikdə baş verməsi zamanı mümkündür, bunların hər biri bir-

birindən asılı olmayan proseslərlə əlaqədardır. Buraya daxildir, 

bərabər və tez çökmə, süxurların (yaxud lava axımının) əmələ 

gəlməsi, yaxud sahənin dəyişməsi;  şəraitin olması ilkin qalıq 

maqnitlənmənin istiqamətinin saxlanmasını  təmin etməlidir, 

nəhayət, ikinci maqnitlənmənin olmaması üçün təsir edən 

amillərin olmaması vacibdir. Çökmə və vulkanogen süxurların 

əmələ gəlməsində olan fasilələr düzünə və əksinə maqnitlənən 

zonaların axtarılması  və qeyd edilməsində müvəffəqiyyət 

qazana bilmir. Bundan başqa inversiyanın baş vermə müddəti 

nisbətən kiçik olduğundan (10

3

-10



4

 il), inversiya haqqında 

dəqiq yazı almaq kifayət qədər çətindir. 

Çoxlu sayda paleomaqnitoloqların cəhdləri ona yönəldilib 

ki, müxtəlif yaşlı süxurlarda bu keçid zonalarını aşkar etsinlər 

və inversiya zamanı sahənin özünü necə aparmasını müəyyən 

edə bilsinlər. Müxtəlif mənşəli maqmatik axınların, intruziya-

ların çökmə süxurlarının kəsilişlərdə düzünə  və  əksinə 

maqnitlənən keçid zonaları Avropada, Asiyada, Avstraliyada, 

Şimali Amerikada və Sakit, Atlanik və Hind okeanı ərazisində 

öyrənilir. Bu tədqiqatların nəticələri inversiya zamanı geo-

maqnit sahənin dəyişməsini xarakterizə etdiyindən, inversiya 

zamanı geomaqnit sahədə  hər hansı bir dəyişikliyin  mövcud 

olduğunu təyin etmək üçün istifadə etmək olar. Keçid 

zonalarını tədqiq etmək üçün (nəşr olunan məlumatlara əsasən) 

kəsilişdə arasıkəsilməz nümunələr götürülməlidir.  

Aşkar olunan qütbləşmə zonalarında sahənin dəyişmə-

sinin doğruluğu nəticələrin oxşarlığı ilə  təyin olunur, bu 

müxtəlif ərazilərdən toplanmış müxtəlif tərkibə malik müxtəlif 

tektonik şəraitlərdə əmələ gəlmiş süxurlarda aparılır.  



 

4.9.  Mezozoy  inversiyası 

Mezozoyun  əvvəlində inversiyaların sayı daha çoxdur, 

sahələrin istiqamətinin dəyişməsi çox tez-tez baş verir. Cavan 

qütbləşmədə geomaqnit sahənin qütbləşməsi paleozoy-

mezozoy qütbləşməsində müşahidə olunan qütb-

ləşmə növü kimidir. Gec təbaşir geomaqnit 

sahəsinin 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə