A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   27   28   29   30   31   32   33   34   35

145 

qədim en dairələrinin müasir en dairələrlə uyğunsuzluğuna 

gətirib çıxarır. yerdəyişmə deformasiyası  və litosferin 

genişlənmə prosesi düzünə  və  əksinə maqnitlənən zonaların 

sərhədlərinin izoxronun şəklini dəyişir. 

Elə ona görə  də paleomaqnit üsul müxtəlif miqyaslarda 

baş verən üfiqi tektonik hərəkətlərin, qırışıqların  əmələ  gəlmə 

proseslərinin, qırışıqlıq zonalarında və ada qövslərində, üfiqi 

deformasiyaların, qitələrin direyfinin və okean dibinin 

genişlənməsi prosesinin öyrənilməsinə cəlb oluna bilər.  

Beləliklə, paleomaqnit üsulla həll olunan tektonikanın 

məsələsi təbii olaraq lokal, regional və qlobal hissələrinə 

ayrılır. Qoyulan məsələnin bu və ya digər kateqoriyaya 

ayrılması aşağıdakı əlamətlərinə görə aparılır. 



 Lokal  məsələlər. 

1.Süxur bloklarının ölçüsü bir neçə on 

kilometrdən böyük deyil; 2.Bloklar bütöv də hərəkət edə bilər, 

yaxud da deformasiya olunar; 3.Blokların yerdəyişməsi Yerin 

səthinə paralel olması vacib deyil, kütlənin fırlanma oxunun 

istiqaməti istənilən ola bilər; 4. Paleomaqnit məlumatlar yalnız 

bir,  çoxda böyük olmayan geoloji zaman intervalına aid edilir; 

5. Kifayətdir ki, ayrılan 

Ι

n

 komponentinin deformasiya olunma 



yaşını sübut edək; 6.Blokun sərhədləri hüdudunda paleomaqnit 

sahə bircinslidir; 7.Nəticələrin təhlili paleomaqnit istiqamətə 

əsaslanıb (

Ι



- nin ayrılan komponentin istiqamətinə); 8. Yalnız 

nisbi hərəkətlər təyin olunur. 



Regional məsələlər

. 1. Blokun ölçüləri yüz kilometrlədir; 

2.Blokların bərk və sərt olması vacib deyil, deformasiya bütün 

ərazidə paylanır; 3.Yerdəyişmə yalnız Yerin səthinə paralel 

olaraq dəyişir, ardıcıl olaraq fırlanma oxu Yerin mərkəzindən 

keçir; 4.Adətən paleomaqnit məlumat iki-üç (nadir hallarda 

daha çox) period üçün olur; 5. Bəzi məsələlər üçün 

Ι

n



-nin ayrı-

lan komponentinin dəqiq yaşı tələb olunursa, digər məsələlərin 

həllində onun qırışıqlıqdan  əvvəl yaşa malik olmasını sübut 

etmək kifayətdir; 6.Paleomaqnit sahə blok hüdudlarında prak-

tiki olaraq bircinslidir; 7.Alınan nəticələrin təhlili paleomaqnit 

qütbə, həm də paleomaqnit  istiqamətə görə aparıla 

bilər; 8.Formanın dəyişməsi, fırlanma, en dairələri üzrə 

146


yerdəyişmə məsələlərinin həlli zamanı hərəkətin nisbi  mütləq 

qiyməti (coğrafi  şəbəkəyə nisbətən) tədqiq olunur; 9.Tədqiq 

olunan hərəkətin amplitudu geniş hüdudda dəyişir. 

  

Qlobal məsələlər

. 1.Blokların ölçüsü min kilometrlədir; 

2.Bloklar möhkəmdir, onların formasının və ölçülərinin 

dəyişməsi blokların qırılması  və bir-biri ilə birləşməsi zamanı 

baş verir; 3.Blokların yerdəyişməsi yalnız Yer səthinə paralel 

baş verir, fırlanma oxu Yerin mərkəzindən keçir; 4.Böyük 

geoloji zaman intervalları üçün paleomaqnit nəticələr az çox 

bərabər olmalıdır; 5.Süxurlarda ayrılan maqnitlənmə 

vektorunun komponentlərinin dəqiq yaşı  məlum olmalıdır; 

6.Blokun hüdudlarında paleomaqnit sahə  nəzərəçarpacaq 

dərəcədə  dəyişir; 7.Paleomaqnit üsulu ilə  həll olunan əsas 

məsələlər: en dairələr boyunca yerdəyişmələr, blokların 

qarşılıqlı  vəziyyətinin təyini; 8.Tədqiq olunan hərəkətin 

amplitudası min kilometrlərlədir, adətən mütləq yerdəyişmələr 

təyin olunur. 

 

5.1. Paleomaqnit üsulla tektonik məsələlərin həllolunma 

prinsipləri 

Yeni qlobal tektonikaya əsasən, yaxud hərəkət edən 

plitlərin konsepsiyası, məlumdur ki, üç hadisə üzərində qurulur: 

okean dibinin genişlənməsi, qitələrin dreyfi və plitələrin 

toqquşması üstəgəlmələrlə müşayiət olunan, qırışıqlıq qurşağın 

və ada qöfslərinin yaranmasına və onların deformasiyaya məruz 

qalması ilə müşayiət olunur. Bu hadisənin qiymətləndirilməsi 

paleomaqnetizm paleomaqnit tədqiqatlarından sonra mümkün 

olmuşdur. 

Qlobal tektonik məsələləri həll etmək üçün iki tamamilə 

bir-birindən asılı olmayan paleomaqnit üsül mövcuddur: o 

imkan verir ki, okean dibinin genişlənməsinin sürətini, 

hadisənin vaxtını  və geoloji keçmişdə litosferin kontinental 

bloklarının yerləşmə  vəziyyətini və rekonstruksiya etməyə 

imkan verir. 

Birinci paleomaqnit üsul  (tarixi  olaraq  ikinci) 

geomaqnit sahənin inversiyasıyasına 



147 

söykənir: bu okean dibinin aktiv genişlənən qata əsaslanır (61- 

ci paraqrafa bax). Yaşı  təyin edilmiş süxurlardan alınan 

nəticələrin köməyilə qurulmuş geomaqnit sahənin 

inversiyasının xronoloji şkalasını quraraq, okean 

anomaliyasının hər zolağının zamanla əlaqəsini qurmaqla 

okean dibinin izoxron aparmaqla və bununla  okean dibinin 

inkişaf tarixini və bununla əlaqədar qitələrin litosfer plitlərinin 

dreyfini rekonstruksiya etmək olar. 

İkinci üsul paleomaqnit qütbün fərz olunan miqrasiyasına 

söykənir, mərkəzi dipol oxu prinsipinə uyğun olaraq Yerin 

fırlanma oxuna nisbətən dreyf  prosesini, litosfer blokların 

vəziyyətinin dəyişməsini  əks etdirməkdən ibarət dir. Müxtəlif 

blokların paleomaqnit qütblərini Yerin fırlanma oxu qütbü ilə 

birləşdirərək, bu blokların vəziyyətini istənilən epoxaların 

qütblərinə nisbətən təyin etmək olar, epoxadan - epoxaya qədər 

dəyişməni izləməklə qitələrin bloklarının qarşılıqlı 

yerləşmələrini rekonstruksiya etmək olar. 

Regional və lokal tektonik məsələləri həll etmək üçün 

paleomaqnit tədqiqatları  tətbiq etməklə, yəni qırışıqlıq 

əyalətlərində ada qövslərində lokal strukturlarda bununla 

əlaqədar olan deformasiyaların öyrənilməsi sadə  və  şübhəsiz 

əsasa malikdir, geoloji əmələgəlmələrin istənilən deformasiyası 

geomaqnit sahədə qalıq maqnitlənməni əldə etdikdən sonra bu 

əmələ  gəlmələrdə daşlaşmış paleomaqnit istiqaməti həmin çür 

deformasiyaya məruz qoyacaqdır. Belə  məsələlərin həlli 

deformasiya olmuş və dəyişmiş kütlələri elə vəziyyətə gətirirlər 

ki, paleomaqnit istiqamətlər paralel vəziyyətə gətirilsin. 

Mərkəzi oxlu dipol modeli yuxarıda göstərildiyi kimi 

tektonikanın qlobal məsələsinin  əsasını  təşkil edir. Geomaqnit 

sahə iki sahənin cəmi  kimi baxılır - əsrlik variasiya sahəsi və 

paleomaqnit sahəsi.  Əsrlik variasiya (geoloji zaman 

yerdəyişməsində) tez dəyişir və onun orta inteqral qiyməti bir 

neçə on, yaxud yüz illər ərzində sıfıra bərabərdir. Paleomaqnit 

sahə dipol sahəsidir (düzünə, yaxud əks istiqamətli), Yerin 

mərkəzində yerləşir və yerin  fırlanma oxu 

istiqamətindədir. 

148


 

5.2. Paleomaqnit qütbün miqrasiyasının trayektoriyası 

Mərkəzi dipol prinsipinə uyğun olaraq paleomaqnit 

istiqamətin Yer qabığının istənilən yerində  dəyişməsi lokal, 

regional və qlobal tektonik hərəkətlərin izidir. Buna görə  də 

paleomaqnit qütbün trayektoriyası ümumilikdə götürüldükdə 

coğrafi qütbün Yer üzərində onun həqiqi izi deyil, ona görə də 

buna qütbün fərz olunan miqrasiyası deyilir. Buna baxmayaraq 

üfiqi tektonik hərəkəti, xüsusilə qlobal hərəkət zamanı qütbün 

fərz olunan hərəkətini göstərmək sadə və göz qarşısında olması 

çox rahatdır. Yer qabığında blokların trayektoriyalarının belə 

müqayisəsi o saat bu nisbi  bloklar arasında horizontal 

hərəkətlərin miqyası, onun xarakteri və baş verdiyi zaman 

haqda fikir söyləməyə imkan verir və paleotektonik (qlobal 

regional) rekonstruksiya etmə zamanı birinci vacib mərhələ 

olur.  

Qütbün fərz olunan yerdəyişməsinin trayektoriyasını 



şimal quru hissələri üçün şimal, yaxud sakit okean (

λ=90÷ 


270

°

) xəritəsində qurmaq əlverişlidir, haradakı şimal qütbü gec 



kembridə və fanerazoyda yerini dəyişdirmişdir. Qondvanın qitə 

və sub qitələri (Cənubu Amerika, Afrika, Hindistan, Avstraliya 

və Antarktida) cənub qütbün yerdəyişməsinin müqayisəsi üçün 

daha əlverişlidir.  



 

5.3. Əsas plitələr üçün paleomaqnit qütbün miqrasiyası

 

Şimal yarımkürəsinin  Şimali Avropa, Şərqi Sibir, və 



Şimali Amerika qitənin hissələrinin maqnit qütbülərinin 

yerdəyişməsinin trayektoriyasına baxaq (şəkil 44). Bu yerdəyiş-

mələr özünə  məxsus hörümçəyəbənzər  şəkilə oxşayır. Bu onu 

göstərir ki, plitələrin müasir yerləşməsi qədim dövrlərdə baş 

verən üfiqi hərəkətlərin nəticəsidir. Paleomaqnit qütbün  

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə