A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   27   28   29   30   31   32   33   34   35

141 

qütbləşməsinin belə 

dəqiq öyrənilməsi ilk olaraq 

Türkmənistanda X.Nazarov və  İ.A.Poqarski tərəfindən  üst 

təbaşir (santon) süxurlarında aparılmışdır. Onlar göstərmişlər  

ki, R-N və N-R düzünə maqnitlənən məhdudlaşmış subzonanın 

sahəsi  əksinə maqnitlənmiş sahəylə  kəskin qütbləşmə 

xarakterinə malik sahədir. Sonralar bu tədqiqatlar Azərbaycanın 

Kiçik Qafqaz hissəsində inkişaf tapmış konyak-santon süxur-

larında A.A.Xələfli tərəfindən aparılmış  və belə  nəticəyə 

gəlinmişdir ki, burada da qütbləşmə kəskin olaraq dəyişmişdir. 

Belə nəticəyə gəlinmişdir ki, qırışıqlıqların əmələ gəlməsi geo-

maqnit sahənin istiqamətinin tez dəyişməsi dövrünə  təsadüf 

edir, paleomaqnit qütbün bir yerdən başqa yerə tez hərəkəti baş 

verir. Belə ki, üst təbaşirdəki yerdəyişmələr konyak əksinə 

maqnitlənən zonasının santon düzünə maqnitlənən zonası ilə 

əvəz olunduğu dövrə təsadüf edir. Bu dəyişmə konyakda Cənub 

Qərb istiqamətində 10

0

, santon dövründə isə  Şimali  Şərq 



istiqamətində 10

0

 təşkil etmişdir (şəkil 43). 



 

4.10. Geomaqnit  inversiyanın morfologiyasının  

mexanizmi  

İnversiya anı sahənin həndəsi formasının tədqiqi  əsas 

verir ki, sahənin istiqamətinin dəyişməsi prosesi, sahənin 

dağılması  və ya bərpa olunması, ritmik proseslərin hesabına 

olduğu güman olunur, yaxşı ifadə edilmiş ritmin periodu n

⋅10


3

 

ildir. 



İnversiyanın növü və onun fərdiliyi ritmlərin sayı ilə təyin 

olunur; öyrənilən kəsilişlərdə bir və bir neçə tam qütbləşmə 

müşahidə olunur. Daha çox xarakterik qütb yerdəyişmələri 

aşağıdakı növlərdən ibarətdir: 

 

142


         

 

 



Şəkil 43.

 Konyak-santon yaşlı süxurlarda paleomaqnit 

qütbün vəziyyəti.            

                                                                                                                

1.İnversiya bir ritmdə (ahəngdə) yerləşir, qəflətən sahənin 

istiqamətinin  əvvəlki istiqamətin  əksinə  dəyişməsi baş verir, 

sahənin amplitudunun qısa fasilələrlə azalması ilə müşayiət 

olunur. Bu halda bir şeyi nəzərə almaq lazımdır ki, süxur əmələ 

gəlmə prosesində fasilələrin olması hesabına sahənin 

dəyişməsinin tam olmaması, kəsilişdə gizli fasilənin və 

yuyulmaların olması və s; 

2.Bir neçə ritmli inversiya: sahənin gərginliyinin azalması 

və onu dayanıqlığının bir qədər itirilməsi müşahidə olunduqdan 

sonra qəflətən sahənin istiqaməti dəyişir. Növbəti bir-iki ritm 

özünü sahənin istiqamətinin tam və kəskin dəyişməsi ilə təsvir 

olunur. 


Geomaqnit sahənin inversiyasının  əsas xüsusiyyəti 

aşağıdakılardan ibarətdir:  

1.Geomaqnit sahənin istiqamətinin dəyişməsi sahənin 

gərginliyinin 2-10 dəfə azalması ilə müşayiət olunur; 

2.Sahənin gərginliyinin azalmağa başlamasından sonra və 

onun istiqamətinin dəyişməsindən qabaq 

sahənin lokal istiqamətlərinin dispersiyasının artması 



143 

müşahidə olunur; 

3.  İnversiyanın davametmə müddəti 1

⋅ 10


– dən  2


⋅ 10

5

 



qədər olur; 

İnversiya prosesi zamanı geomaqnit sahənin dəyişməsin-

də  aşkar olunan qanunauyğunluq,  əsasən keyfiyyət xarakteri 

daşıyır nəinki, kəmiyyət.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

144


 

V FƏSİL 

PALEOMAQNİT ÜSULLA HƏLL OLUNAN 

TEKTONİK MƏSƏLƏLƏR 

Geologiyada istənilən tektonik hərəkətlər  onun nəticəsi 

ilə öyrənilir, yəni kütlənin nisbi və mütləq hərəkəti ilə. Bu 

yerdəyişməni müəyyən etmək üçün kütlənin ilkin vəziyyətini 

bilmək lazımdır. Bunun üçün ən etibarlı istinad suyun 

səviyyəsi, yaxud üfiqi yatan layın səthi ola bilər. Ona görədə də 

ən yaxşı  şaquli hərəkətlər və  qırışıqlıqlar öyrənilmişdir. Nisbi 

üfiqi hərəkəti öyrənmək çox çətindir, bunun üçün layların 

kəsilişlərdə yaxşı  təbəqələşməsi vacibdir. Adi geoloji 

tədqiqatların köməyilə nisbi və mütləq üfiqi fırlanmaları  və 

mütləq üfiqi yerdəyişmələri, yəni coğrafi  şəbəkəyə görə 

yerdəyişmələri, demək olar ki, təyin etmək mümkün deyil. 

Tektonik hərəkətləri öyrənmək üçün paleomaqnit 

tədqiqatların əhəmiyyəti onunla müəyyən olunur ki, məhz buna 

görə  də paleomaqnit tədqiqatlar üfiqi yerdəyişmələri  təyin 

etməyə imkan verir, beləliklə, tektonik quruluşlarda buraxılan 

məcburi boşluq doldurulmuş olacaq.  

Paleomaqnit üsulla üfiqi tektonik hərəkətin öyrənilməsi 

iki fakta əsaslanıb. Birinci paleomaqnit sahənin kəsilməzliyi  

(qitələr miqyasında sahənin dipol sahə olmasıdır) və süxurların 

yaddaşında geomaqnit sahənin təbii qalıq maqnit sahəsinin 

komponenti kimi izinin olmasıdır, bunu ayırmaq olar və 

süxurların əmələ gəldiyi müəyyən mərhələləri müqayisə etmək 

olar.  İkinci fakt geomaqnit inversiyanın mövcud olmasıdır, 

geoloji keçmişdə süxurların yaddaşında düzünə  və  əksinə 

maqnitlənən zonaların dəyişməsi kimi müntəzəm  olaraq təkrar 

olunur. 

Beləliklə, demək olar ki, istənilən süxur kütlələrinin 

fırlanması ilə baş verirsə, mütləq maqnit vektorunun həmin 

bucaq qədər fırlanmağa məcbur edəcəkdir (yəni süxurların 

yaddaşına həkk olunmuş təyin etdiyimiz paleomaqnit vektoru).                     

Kütlələrin en dairələri boyunca  hərəkəti öz 

növbəsində paleomaqnit 

əyimliklə  təyin olunan 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə