A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   27   28   29   30   31   32   33   34   35

133 

Kiçik Qafqazın  Şərq hissəsinin konyak-santon paleo-

maqnit kəsilişlərində süxurların müxtəlif istiqamətlərdə 

maqnitlənməsinə görə 6 maqnit zonası (şəkil 41) ayrılmışdır, bu 

bizə vulkanogen çökmə süxurlarında paleomaqnit stratiqrafik 

şkalanın dəqiq sxeminin qurulmasına imkan verir. Konyak san-

ton yarusunda ayrılan zonalar Cəlal /NR/ qiper zonasına aiddir 

(26 milyon il). Bu şkalanı Azərbaycan ərazisində konyak san-

ton dövrləri üçün istinad şkalası kimi qəbul etmək olar ki, bu 

yaşlı süxurları tərkib hissələrinə ayırmaq olsun. 

 Son zamanlar yura dövrü süxurlarında aparılan paleo-

maqnit tədqiqatların təhlili daha dəqiq  əsaslandırılmış, 

ümumiləşdirilmiş mezozoy şkalası təklif olunmuşdur. 

      

Mezozoy çöküntülərinin paleomaqnit tədqiqatlarının tari-

xinə varmadan qeyd etmək lazımdır ki, yura dövrünün paleo-

maqnit tədqiqatların nəticələri Azərbaycan geologiyasının Yer 

fizikasının 

ΙV tomunda ümumiləşdirilmişdir (2). Paleomaqnit 

tədqiqatların nəticələri çox hallarda  öyrənilən kəsilişlərə dəqiq 

bağlanmışdır. Onu qeyd etmək lazımdır ki, bu kəsilişlərin 

stratifikasiyası köhnə  nəticələrə  əsaslanmışdır və öz əksini 

aşağdakı topluda tapmışdır. Kiçik Qafqazın Azərbaycan 

hissəsində orta və üst yuranın kəsilişləri paleomaqnit 

tədqiqatları ilə daha dəqiq öyrənil 

        

134


           

         

 

 Şəkil 41

. Kiçik Qafqazın Gec təbaşir süxurlarında 

paleomaqnit kəsilişin müqayisəli təhlili: 1.Əksinə maqnitlənən 

zona; 2.Düzünə maqnitlənən zona; 3.Kəsilişin öyrənilməyən 

hissəsi. 

 

mişdir. 



Bununla əlaqədar olaraq bizim tərəfimizdən əsasən bayos-batın 

sərhədindən  titon da daxil olmaqla kəsilişə baxılmışdır.Təhlil 

olan kəsilişlərin paleomaqnit xarakteristikaları K.C. Həsənova-

nın işindən götürülmüşdür. Kiçik Qafqazın yura çöküntülərinin 

stratiqrafik sxemi A.A.Qasımzadə tərəfindən təklif olunmuşdur. 

Bu sxem yeni paleontoloji və kompleks biostratiqrafik, 

litostratiqrafik, kimyəvi stratiqrafik və bundan qabaq mövcud 

olan nəzərəçarpacaq dərəcədə 

fərqlənən üsulların  

nəticələrindən istifadə olunmuşdur. Burada istifadə olunan 

mezazoyun geoxronometrik şkalası Kiçik  Qafqazın maqmatik 

əmələgəlməlir materialları  əsasında biostratiqrafik nəticələr 

izotop qeoxronometrik yaşının təyini kali-arqon üsuluna 

əsaslanmışdır. 

Kiçik Qafqazın Azərbaycan hissəsinin üst 

bayos-titon  əmələgəlmələrindəki   kəsilişlərin stratiqrafik 



1

 

 2   3   




135 

dəqiqləşdirilməsi və  tərkib hissələrinə ayrılması üçün aparılan 

paleomaqnit tədqiqatları  aşağıdakı  nətcələri almağa imkan 

verir. 


Üst bayosda üç paleomaqnit zona ayrılıb: iki zona əks 

istiqamətdə maqnitlənmiz və  kəsilişin alt və üst hissəsində 

yerləşir, bir zona isə düzünə maqnitlənən zonadan ibarətdir. 

Bat kəsilişində  tədqiq olunan kəsilişlərin hamısında iki 

düzünə  və  əksinə maqnitlənən zoa ayrılmışdır. Aşağı batın alt 

hissəsi  əksinə maqnitlənən zona ilə  və batın qalan hissəsi 

düzünə maqnitlənən zona ilə səciyyələnir. Beləliklə, demək olar 

ki, bat/bayos əmələgəlmələrinin sərhədi üst bayosun ammonit 

Parkinson parkinsoni zoasına zonanın alt hissəsi alt bata uyğun 

gəlir və kəsilməz tərsinə maqnitlənən zona ilə səciyyələnir. 

Kelloveydə iki zona ayrılır: Birinci əksinə maqnitlənən 

zona ilə  səciyyələnir və kelloveyin alt hissəsinə uyğundur. 

Kellovey kəsilişinin qalan hissəsi düzünə maqnitlənən zonaya 

uyğundur. 

Kiçik Qafqazda alt oksford, demək olar ki, yoxdur. 

Palemaqnit tədqiqatlar  orta və üst oksfortda  aparılmışdır. 

Kiçik qafqaz kəsilişlərində iki zona ayrılır. Birinci zona orta 

oksforda uyğundur, düzünə maqnitlənmiş zonadan ibarətdir, 

ikinci isə üst oksforda aiddir və  əksinə maqnitlənən zonadan 

ibarətdir. 

Kiçik Qafqazın faunalarla səciyyələnən alt kimeric və üst 

oksford kəsilişləri  əksinə maqnitlənən zona kimi xarakterizə 

olunur. Kiçik Qafqazda dəqiq olaraq üst kimeric çöküntüləri 

yoxdur və titon çöküntüləri transqresiv olaraq alt kimeric və 

daha qədim əmələgəlmələrin altında yatır. 

Kiçik Qafqazın titon kəsilişlərində beş düzünə  və  əksinə 

maqnitlənən zona ayrılır. Öyrənilən kəsilişdə titonun alt hissəsi 

düzünə maqnitlənən zonadan ibarətdir, alt titonun üst hissəsinə 

və orta titonun alt hissəsinə uyğun gəlir. Sonra kəsilişin üst 

hissəsi düzünə maqnitlənən zona ilə ayrılır və orta titonun orta 

hissəsinə uyğun gəlir. Sonrakı əksinə maqnitlənən zona ayrılır, 

orta titonun üst hissəsinə  və üst 

titonun alt hissəsinə uyğun 

gəlir. Titon kəsilişi düzünə maqnitlənən zona ilə 

136

qurtarır. 



Kiçik Qafqazın orta və üst yuranın kəsilişlərində  aparılan 

paleomaqnit tədqiqatlar daha dəqiq tamamlanmış, istinad 

paleomaqnit şkalasının qurulması mümkün olmuşdur (şəkil 42). 

Tədqiqatın nəticələri Kiçik Qafqazın mezozoy 

əmələgəlmələrinin paleomaqnit şkalasının qurulmasında və 

paleocoğrafi rekonstruksiyalarda istifadə oluna bilər. 

Polyarlığı:  

A – Xramov və b., təklif etdiyi şkala 1982

Azərbaycanın istinad kəsilişi

1 – əksinə maqnitlənmiş zona; 

2 – düzünə maqnitlənmiş zona; 

3 –  kəsilişin öürənilməyən hissəsi. 

   Öyrənilən kəsilişlər:  

I - Quşçu kəndi.;                              VIII - Şuşa düzü;  

                                                          IX - Pristavlı; 

II - Aşaqı Daşkəsən kəndi.;             X - Şuşa düzü; XI 

                                                                Şuşa düzü; 

III - Şuşa rayonu dağı.                     XII – Xaçbulaq kəndi; 

(Zarıslı çayı);                                    XIII -Kırvakar dağı; 

IV – Sarıbaba dağı;                           XIV. Qazax-Elçular; 

V -  Herhan kəndi;                            XV – Sarıbaba dağı. 

VI - Hamamçay hövzəsi 

VII - Sarıbaba dağı.  

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə